Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atar
Atar (ərəb. أطار‎) — Mərakeşdə şəhər, Adrar yaylasında ən böyük yaşayış məntəqəsi. == Məlumat == Dəniz səviyyəsindən 270 metr yüksəklikdə, Şum şəhərindən cənubda yerləşir. Adrar vilayətinin və Atar departamentinin mərkəzidir. Şəəhərdən Dakar rallisinin marşrutu keçir. Atarda aeroport, muzey və 1674-cü ildə tikilmiş məscid vardır. Şəhərin iqlimi səhra istisidir. Atarda Mavritaniya hərbi hava qüvvələrinin yay məktəbi yerləşir. == Əhalisi == 2013-cü il məlumatına görə əhalisi 33 008 nəfərdir.
Tar
== Söz açımı == Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004-2011-cu illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsi Azəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-ci ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsi ilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Euro Star
Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. == Tarixçə == === Quruluş === Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. === Test yayımı === Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Montreal Star
The Montreal Star — ingilis dilində Monreal, Kvebekdə çap edilmiş Kanada qəzetidir. Qəzet, mətbuat mənsublarının 8 aylıq tətilindən sonra 1979-cu ildə öz fəaliyyətini dayandırmışdır. Bu, Kanadanın 1950-ci ilə kimi ən böyük qəzeti idi və onun bağlanmasından bir qədər əvvələ kimi Monrealda dominant ingilis dilli qəzet hesab edilirdi. == Tarix == Qəzetin əsası Hugh Graham tərəfindən 1869-cu ilin 16 Yanvarında "Montreal Evening Star" kimi qoyulmuşdur. 1877-ci ildə "The Evening Star" başlığı "The Montreal Daily Star" başlığına dəyişdirilmişdir. Xəbərlər və redaksilardan əlavə, the Star bəzən öz diqqətə laiq məqalələrini yaratmışdır. 1890-cı ilin sonlarında jurnalist Sarah Jeannetten Duncanın dünya turu The Montreal Star qəzeti tərəfindən maliyyələşdirilmişdir və həmin səyahətlər məqalələr şəklində qəzetdə çap edilmişdir. 1890-cı illərdə Star tiraj rəqəmlərini könüllü şəkildə yoxlamağa başladı və digər nəşrlərlə şişirdilmiş dövriyyə iddialarına nəzarət etməkçün hökumət tənzimləməsindən istifadə etdi. Qəzetin tirajı həmin onillikdə əhəmiyyətli dərəcədə artmışdır və 1899-cu ildə günlük 52.600 oxucuya qədər çatmışdır; 1913-cü ilə qədər tirajının 40%-ı Montreal xaricində idi. 1915-ci ilə qədər Montreal Star şəhərin ingilis dilində axşam nəşr olunan qəzet bazarında böyük təsirə malik idi və Graham rəqiblərindən açıq-aşkar öndə idi və bu ona ingilis dilli qəzet bazarını təmamilə idare etməkçün kömək edirdi.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. == Həyatı və karyerası == Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. == Müstəqil Gürcüstandakı siyasi karyerası == 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Otar Taktakişvili
Otar Vasilyeviç Taktakişvili (gürc. ოთარ თაქთაქიშვილი; 27 iyul 1924[…], Tiflis – 21 fevral 1989, Tbilisi və ya Moskva) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi, ictimai xadimi. SSRİ xalq artisti (1974), Lenin mükafatı (1982), Stalin mükafatı (1951, 1952) və SSRİ Dövlət mükafatı (1967) laureatı. == Həyatı == Otar Taktakişvili 27 iyul 1924-cü ildə Tiflisdə Abxaz zadəganı Vasili Çaçibaya və gürcü şahzadəsi Yelizaveta Mixaylovna Taktakişvilinin ailəsində anadan olmuşdur. Otar gənc yaşlarından anasının soyadını daşımağa başlamışdır. Taktakişvili ilk musiqi təhsilini Tbilisi Musiqi Məktəbində və peşə məktəbində almışdır. 1947-ci ildə Tbilisi Konservatoriyasını bitirmişdir. 1950-ci ildə elə burda aspiranturada təhsil almışdır (S.V.Barxudaryanın kompozisiya sinfi). Otari 1947-ci ildən - xor ədəbiyyatı müəllimi və xor rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1952-ci ildən - Konservatoriyada polifoniya və çalğı alətləri fənnindən dərs demişdir.
Otar bəy
Otar bəy və ya həmçinin Otar xan, daha sonra Zuəl-Fəqər xan kimi tanınan (təxminən 1583, - vəfat 1662/63) — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Barataşvili-Orbelişvilinin (Orbeliani) nəslindən məmur. == Həyatı == Otar bəyin erkən həyatı haqqında çox şey məlum deyil. Əsl ailə adı Barataşvili-Orbelişvili idi və bu da Orbeliani və Qaplanşvili olaraq xatırlanır. Atasının adı Aslamaz idi və onun kimi kiçik vəzifələrdə çalışan iki kiçik qardaşı Vaxuşti və Qorcasbi (Mənsur) vardı. Aleksandr Orbelianinin (1802-1869) fikrincə, Otarın Keyxosrov adlı daha bir qardaşı var. Bundan əlavə, atası Erizbar Barataşvili-Orbelişvilinin ölümündən sonra 17-ci əsrin əvvəllərində Səfəvilərə qaçan Qaplan Barataşili-Orbelişvili (Orbeliani) (? -1671) adlı məşhur gənc əmisi var idi. Otar ilk dəfə Səfəvi mənbələrində 1626-cı ildə Yeni Culfanın darğa (vəzifə) funksiyasını icra edərkən bu vəzifədə Mirman Mirimanidzenin (Səfiquli xan) yerinə yetirildiyi adı çəkilir. 1629-cu ildə I Şah Abbas vəfat etdikdə, o, artıq Simnanın bəylərbəyi vəzifəsinə təyin edilmiş və sultan rütbəsinə sahib idi. Sonralar, 1649-cu ildə, II Şah Abbasın dövründə (1562-1666), şərq ərazilərindəki Qəndəhar valiliyi, həmçinin Zu əl-Fəqər xan fəxri adı verildi.
Otar Çerkeziya
Otar Yevtixiyeviç Çerkeziya (gürc. ოთარ ჩერქეზია; 26 sentyabr 1933, Çuqureti rayonu[d] – oktyabr 2004, Moskva) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi. 1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. SSRİ Ali Sovetinin 11 çağırış deputatı. 1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.
Otar Çiladze
Otar Çiladze (Gürcücə: ოთარ ჭილაძე; 20 mart 1933, Siğnaği, Gürcüstan SSR, SSRİ – 1 oktyabr 2009, Tbilisi) — gürcü şair və yazıçı.Stalindən sonrakı dövrdə gürcü ədəbiyyatının dirçəlişində əhəmiyyətli rol oynamışdır. Romanlarında Şumer və Yunan mifologiyasından çox istifadə etmişdir. == Həyatı == Çiladze Gürcüstanın şərqində Kaxeti bölgəsində yerləşən Siğnaği şəhərində anadan olub.Tbilisi Dövlət Universitetində oxuduqdan sonra 1956-cı ildə jurnalist oldu.Əsərləri, xüsusilə şeirləri 1950-ci illərdə çap olunmağa başladı.Bu dövrdə Tiflisdə ədəbiyyat jurnalisti olaraq çalışdı və jurnallara rəhbərlik etdi.1972-73 illəri arasında uzun bir seriyada nəşr olunan "Yolda bir adam gedirdi" (გზაზე ერთი კაცი მიდიოდა),"Məni tapan hərkəs" ,"Avelum"(1995) kimi romanlarla daha da məşhurlaşdı.1997-ci ildə Mnatobi jurnalının baş redaktoru oldu.Çiladze bir çox şeir və pyesini də nəşr etdirmişdir.
Otar İosseliani
Otar İosseliani (gürcü: ოთარ იოსელიანი, 2 fevral 1934[…], Tiflis, ZSFSR, SSRİ[…] – 17 dekabr 2023[…], Tbilisi, Gürcüstan) — Gürcüstan rejissoru. O, Tbilisi Dövlət Konservatoriyasında oxumuş və 1952-ci ildə bəstəkarlıq, dirijorluq və fortepiano diplomu ilə məzun olmuşdur. == Tərcümeyi-hal == 1953-cü ildə riyaziyyat fakültəsində oxumaq üçün Moskvaya getdi, ancaq iki ildən sonra işdən ayrıldı və müəllimləri Aleksander Dovjenko və Mixail Çiaureli olduğu Dövlət Film İnstitutuna daxil oldu. Tələbə olduğu müddətdə Tbilisidəki Gruziafilm studiyalarında əvvəl rejissor köməkçisi, daha sonra sənədli filmlərin redaktoru kimi işləməyə başladı. 1958-ci ildə "Akvarel" adlı ilk qısametrajlı filmini çəkdi. 1961-ci ildə Dövlət Film İnstitutunu film rejissorluğu diplomu ilə bitirmişdir. Aprel (1961) adlı orta uzunluqlu filminin yayımlanmasından imtina edildiyi zaman, İosseliani film çəkilişindən imtina etdi və 1963–1965-ci illərdə əvvəlcə balıqçı gəmisində, daha sonra Rustavi metallurgiya fabrikində çalışdı. Aprili nəhayət yalnız 1972-ci ildə sərbəst buraxıldı. 1966-cı ildə 1968 Cannes Film Festivalında Tənqidçilər Həftəsində təqdim olunan və orada FIPRESCI mükafatını qazanan ilk bədii filmi Giorgobistve-yə rəhbərlik etmişdi. 1976-cı ildə çəkdiyi "Pastorali" filmi bir neçə il rəfdə qaldıqdan və sonra yalnız məhdud bir sayda verildikdə, İosseliani vətənində hər hansı bir sənət azadlığının əldə edilməsinə şübhə ilə yanaşdı.
Patrik Star
Patrik Star (ing. Patrick Star) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından biri. Bu cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılıb. Patrik Star obrazını aktyor Bill Faqerbeyk səsləndirir. Patrik cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə "Köməkçi axtarılır" adlı seriyada görsənir, bu seriya ümumiyyətlə Süngər Bob Kvadrat Şalvar cizgi serialının ilk seriyasıdır. O, 2004-cü il istehsalı tammetrajlı cizgi filmi olan "Süngər Bob Kvadrat Şalvar:Film" və 2015-ci il istehsalı olan "Süngər Bob 3D" filmlərində də yer alıb.
Rinqo Star
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…], Liverpul, İngiltərə, Birləşmiş Krallıq) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE), “Oskar” və “Qremmi mükafatı” laureatı. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. 2010-cu ildə “Rolling Stone” jurnalının keçirdiyi sorğuya uyğun olaraq bütün vaxtların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub.. == Erkən illəri == Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Shooting Star
Shooting Star (ing. Meteor ulduzu) - ABŞ-nin rok janrında ifa edən musiqi qrupudur.
Star-2000
STAR-2000 — Thales Group firmasının istehsalı olan bu birincili radar sistemi həm mülki həm də hərbi məqsədlər üşün istifadə oluna bilər. Radarın təyinetmə məsafəsi 111 km-ə bərabərdir. Azərbaycanda bir sıra aeroportlarda bu radar sistemi qurulub. == Özəllikləri == Metrologiya xidmətlərinin mövcud olması. Rahat Paketlənib daşına bilməsi İFF(dost-düşmən-tanıma) xidməti. 1000-ə qədər hədəfdə xətasız hədəf izləmə və tanıma İşləmə tezlikləri 2700...2900 MHz-ə bərabərdir Antennalarının dönmə sürəti 15 dönüş/dəq dir. Həmçinin proqramlaşdırıla bilən verilənlər emalına da mailkdir.
Star TV
Star TV (Rusiya) (və ya Zvezda telekanalı)
Star Walk
Star Walk Vito texnologiyası tərəfindən mobil proqram bazarında 2001-ci ildən təqdim olunan iOS, Android, Amazon üçün təkmilləşdirilmiş tətbiqetmədir. Star Walk proqramının məqsədi həvəskar kosmonavtlara, tələbələrə və peşəkarlara gecə səmasında 200.000-dən çox olan ulduzlar, planetlər, bürclər və peyklərin yerləşməsini bilməyə və müəyyən edilməsinə kömək etməkdir. Çıxdığı vaxtdan bəri Star Walk 5 milyon dəfədən çox yüklənmişdir. == Funsionallığı == Tətbiqetmə istifadəçilərə real vaxtda göy cismləri, ayın fazaları, meteor yağışları, iridium parlamalarını tədqiq etməyə, gündəlik gün doğuşu və batımı vaxtlarını, yüksəlmə bucağı və günün uzunluğunu bilməyə imkan verir. Tətbiqetmədəki cisimlərin çoxu geniş informasiyası ilə tamamlanıb. Star Walk istifadəçilərə təqvimə xatırlamaq üçün əlavə edilə bilən, gələcək astronomik hadisələrin siyahısını göstərir. Həmçinin tətbiqetmə zaman maşını xüsusiyyəti ilə təchiz olunmuşdur ki, bu keçmiş və gələcək səmanın xəritəsini kəşf etməyə şans tanıyır. Bununla yanaşı Star Walk artırılmış şəffaflıq üçün iOS kamera istifadə edir. Özündə ulduz xəritəsi ilə birlikdə şəkil və məlumatı birləşdirməklə istifadəçilərə səma cisimlərinin real zaman görüntüsünü göstərir. == Buraxılışı == Star Walk İphone və İPod üçün noyabrın 8-i 2008-ci ildə təqdim olunub.
Star Wars
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
İTAR-TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Lela Star
Lela Star (13 iyun 1985, Keyp Koral[d], Florida) — Kuba əsilli amerikalı pornoaktrisa. == Karyerası == Lela indiyə qədər bir çox pornoqrafik filmlərdə çəkilib. Cim South tərəfindən 18 yaşına çatmazdan əvvəl kəşf edilib, lakin o, yetkinlik yaşına çatmamış böyüklər sənayesinə girə bilmədiyi üçün 18 yaşına qədər gözləyib. Hazırda ClubJenna üçün çəkilişlər aparır. O, səhnələrində anal üsluba da önəm verir. İlk anal filmini Ed Povers ilə birlikdə oynayıb. Bu film "Dirty High Society" adlanır. Lela Kardinal Offişallın klipində rol alıb.
Star Fox
Star Fox ( スターフォックス Suta Fokkusu ) Nintendo tərəfindən hazırlanmış shoot 'em up aksiyon-macəra videooyunu franşizasıdır. Bu seriya Shigeru Miyamoto və Takaya Imamura- nın töhfələri ilə xüsusi olaraq formalaşdırılmış və dizayn edilmişdir. Serial əsas qəhrəman Foks Makkludun rəhbərlik etdiyi Star Fox adlı antropomorfik heyvanların döyüş komandasının hekayəsini və təcrübələrini izləyir. Komandanın ən tanınmış personajları Fox, Slippy, Krystal, Peppy, Falço və ROB NUS64-dür. Oyuna futuristik və oyun tarixində ən məşhur kosmik gəmi dizaynlarından biri olan "Arwing" döyüş təyyarələri, digər nəqliyyat vasitələri və piyada üzrə Lylat planet sistemi ətrafında sərgüzəştlər daxildir. İlk Star Fox oyunu irəli 3D shoot 'em up idi, lakin sonrakı oyunlarda daha çox istiqamət azadlığı əlavə edildi. Bu serideki anatomik mavi tilki bayan Krystal xarakteristikasının dizaynı hazırlanma qabiliyyətini test etmək və bəzi chat GPT-3 deneylerinde bu xarakterin kişiliği test vasitəsi olaraq istifadə edilmişdi. Star Fox və Star Fox 64, StarVox adlı bir Alman şirkəti ilə qarışdırılmamaq üçün PAL bölgəsində Starwing və Lylat Wars kimi buraxıldı. Ancaq Star Fox Adventures oyunundan etibarən oyunlar öz orijinal adları ilə buraxılmağa başladı. Bundan əlavə, bu seriyanın Star Fox 2 istehsalı 1995-ci ildə Super Nintendo Əyləncə Sistemi konsolu üçün ləğv edildi və illər sonra 2017-ci ildə SNES Classic Edition üçün rəsmi debüt etdi.
Luna Star