Otar Yevtixiyeviç Çerkeziya (gürc. ოთარ ჩერქეზია; 26 sentyabr 1933, Çuqureti rayonu[d] – oktyabr 2004, Moskva) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.
Otar Çerkeziya | |
---|---|
gürc. ოთარ ჩერქეზია | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1933 |
Doğum yeri |
|
Vəfat tarixi | oktyabr 2004 (71 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi.
1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.
SSRİ Ali Sovetinin 11 çağırış deputatı.
1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.