Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. == Karyerası == Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Nataşa Ninkoviç
Nataşa Ninkoviç (serb. Наташа Нинковић / Nataša Ninković 22 iyul 1972, Trebine, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — "Xilaskar", "Həyat və Müharibə", "Professional", "Tələbə" filmlərindəki rolları ilə ən yaxşı tanınan bir serb əsilli teatr və kino aktrisası. Bir sıra nüfuzlu mükafatların qalibi, dəfələrlə yerli və xarici film festivallarının ən yaxşı aktrisası seçilmişdir. Nataşa Ninkoviç 22 iyul 1972-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının (indiki Serb Respublikası, Bosniya və Herseqovina) Trebin şəhərində anadan olub. Uşaqlığını orada valideynləri Branko və Milena Ninkoviçlə keçirir. Yerli ibtidai və orta məktəbləri bitirib. Məktəbi bitirdikdən sonra Belqrada gedir və Belqrad Universitetinə daxil olur. Burada professor Vladimir Evtoviçin rəhbərliyi ilə Dram Sənəti fakültəsində oxuyur. Tələbə yoldaşları Voin Çetkoviç, Serqey Trifunoviç və Neboyşa Qloqovats kimi məşhur sənətkarlar idi. 1994-cü ildə universiteti bitirir.
Müqəddəs Mixail kilsəsi (Sınkoviçi)
Müqəddəs Mixail kilsəsi (belar. Царква Святога Міхаіла) — Belarusun Qrodno vilayətində, Sınkoviçi kəndində Şərqi pravoslav kilsəsi. Kilsə Belorus qotikası üslubunda tikilib və Böyük Litva Knyazlığının ilk istehkam kilsələrindən biridir. Kilsənin Litva Böyük hersoqu Vytautas tərəfindən müharibə vaxtı əmisi oğlu Yoqaylodan qaçması şərəfinə inşa edildiyinə dair bir əfsanə var. Əslində kilsə XVI əsrdə inşa edilmişdir. Kilsənin əsası 1511–1522-ci illərdə Vilnüsdə oxşar kilsəni bərpa etdirən Konstanti Ostroqski tərəfindən qoyulmuş ola bilər. Brest Birliyindən sonra kilsə Müqəddəs Taxta tabe oldu. Polşa-Litva Birliyi bölündükdən sonra kilsə aktiv qaldı, lakin noyabr qiyamından sonra kilsə Şərqi Pravoslav kilsəsinə çevrildi. 1880–1881-ci illərdə məbəd əhəmiyyətli dərəcədə bərpa edilmişdir. 1926-cı ildə İkinci Polşa Respublikası hökuməti tərəfindən katolik kilsəsi olaraq yenidən qurulmuş, lakin 1988–1990-cı illərdə yenidən pravoslav kilsəsinə çevrilmişsir.