Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. == Ümumi məlumat == Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Sun
Syun-Tszı
Syun-Tszı (çin. 荀子; ən geci e.ə. 298, Çjao – e.ə. 238) — Çin filosofu. == Fəlsəfəsi == Konfutsiliyin digər nümayəndəsi Syun-Tszının (e.ə. 298-238) təlimində isə mərkəzi xətt cəmiyyət və insan problemidir. O, iddia edirdi ki, göy, səma, təbiətin ayrılmaz bir hissəsi olan, materiyadır. Təbiətdə bütün hadisə və proseslər onun öz qanunları əsasında baş verir və dəyişir. Onun nəzərincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə malikdir.
Syun çayı
Syun çayı (rus. Сюнь; başq. Сөн; tatar. Сөн) – Rusiya Federasiyasından, Tatarıstan və Başqırdıstandan axan çay. == Haqqında == Ağidel çayının sol qoludur. Uzunluğu 209 kilometr təşkil edir, bunun 74 kilometri Tatarıstan ərazisindədir. Hövzəsinin sahəsi 4.500 km2 təşkil edir. Tatarıstan yerləşən əsas qolları Kalmiya, Sikiya, Terpelya, Bezyada, Başqırdıstanda yerləşən əsas qolu isə Şarandır. Çayın mənsəbində illik çöküntülərin yığılma miqdarı 120 millimetr təşkil edir. Çay 1978-ci ildən bəri Tatarıstanın milli təbiət abidəsi kimi qorunur.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Sun-Tszı
Sun-Tszı (çin. 孙子算经; III əsr) — Çin riyaziyyatçısıdır; "Riyazi traktat" əsərinin müəllifidir; hesablama taxtasında hesab əməllər qaydasını vermiş, bir dərəcəli tənliklərin tam ədədlərdə həll üsulunu şərh etmişdir. == Həyatı == == Ədəbiyyat == Берёзкина Э. И. Математический трактат Сунь-Цзы // «Историко-математические исследования». Вып. 3. — М., 1963. Lam Lay Yong and An Tian Se. "Fleeting Footsteps", p. 4. World Scientific.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sun Dzı
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Hao
Sun Hao (* 242; † 284) — U çarlığının dördüncü çarı, Sun Henin oğlu. Sun Henin böyük oğlu, yenicə xələf elan edilmiş Sun Deq 241-ci ildə öldükdən sonra, Sun Hao 242-ci ildə konkubina Hedən doğulmuş sonrakı böyük oğlu idi.
Sun Huizi
Sun Huizi (11 iyun 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Huizi, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Huizi, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Sun Lian
Sun Lian (* 243; † 260) — Sun Çyuanın oğlu və U çarlığının ikinci çarı.
Sun Microsystems
Sun Microsystems – 24 fevral 1982-ci ildə Kaliforniyanın Santa Clara şəhərindəki mərkəzi Silikon Vadisində təsis edilmişdir. Kompüter və kompüter hissələri, proqram təminatı və informasiya texnologiyaları daxil olmaqla bir çox daxili sahələrdə istehsal edən və satan bir şirkətdir. Sun 20 aprel 2009-cu ildə imzalanmış bir razılaşmaya əsasən 27 yanvar 2010-cu ildə Oracle tərəfindən 7,4 milyard $-a alınmışdır. Izlənən şirkətlər Sun Microsystems; Oracle, USA Inc ilə birləşdi və adı dəyişərək Oracle America Inc oldu. Şirkətin istehsal obyektləri Şotlandiya, Hillsboro, Oregon və Linlithgow şəhərlərində yerləşir. Sun məhsulları kompüter serverləri və iş stansiyaları daxildir. Məhsullar Sun-un öz işləyicisi SPARK və AMD-nin işləyicisi Opteron və Solaris əməliyyat sistemləri və Java platformasına uyğun qorulmuş, təməlləri bu sistem və kodlara dayanmaqdadır. Sun şirkətinin mərkəzi olan Santa Clara, Kaliforniya, 1888 və 1972-ci illər arasında Agnews İnkişaf Mərkəzinin, zehni və nevroloji xəstəliklər mərkəzinin qərb qəsəbəsidir.
Sun Qiaolu
Sun Qiaolu (12 iyun 1995, Şençjen, Quandun əyaləti[d] – 2 yanvar 2021) — Çin aktrisa və model. == Bioqrafiya == Sun Tsyaolu Çin uşaq televiziya seriyasında "ba-la-la kiçik şeytan Peri" serialında peri Lin Mayzi rolunda çıxış edib. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. Şounu bitirdikdən sonra o, moda biznesini açdı və sosial şəbəkələrdə nüfuzlu bir insana çevrildi. == Ölüm == Aktrisa, 1 yanvar 2021 ildə (25 yaşında), ürək tutmasından öldü.
Sun Tzu
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Xiu
Sun Xiu (* 235; † 264) — Sun Çyuanın oğlu və U çarlığının üçüncü çarı.
Sun Yatinq
Sun Yatinq (24 fevral 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Yatinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yatinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sun Yatinq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Sun Yatsen
Sun Yatsen (12 noyabr 1866[…], Cuihenq[d], Tzin sülaləsi – 12 mart 1925) — Çin inqilabçı demokratı. Çində ilk inqilabi təşkilat olan "Çin dirçəliş ittifaqı"nı yaratmışdır.
Sun Yujun
Sun Yujun (30 yanvar 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Yujun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yujun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Sun imperiyası
Sun imperiyası (çin 宋朝, pinyin Sòng Cháo, pall. Сун Чао) — 960-1279-cu illərdə Çində iqtidarda olmuş imperiya. == Tarixi == Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan döv­lətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar.
Sun sülaləsi
Sun imperiyası (çin 宋朝, pinyin Sòng Cháo, pall. Сун Чао) — 960-1279-cu illərdə Çində iqtidarda olmuş imperiya. == Tarixi == Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan döv­lətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar.
Sun Çyuan
Sun Çyuan (5 iyul 182 – 21 may 252) — Sun-çzı nəslindən olan Sun Çzyanın oğlu, U çarlığının birinci hökmdarı.
Sün Xan
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. == Mahiyyəti == Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.
The Sun
"San" (ing. The Sun "Günəş") — ingilis tabloidi, 1964-cü ildə qurulmuşdur. 2011-ci ilin iyun ayından etibarən qəzetin dövriyyəsi 2,806,746 nüsxə təşkil edir. Böyük Britaniya və İrlandiyada nəşr olunmuşdur. Orta hesabla gündə təxminən 7,7 milyon adam gündəlik qəzet oxuyur, bunun 56% -i kişi, 44% -i qadındır. Bu, News Corporation-nı təşkil edən media təşkilatıdır. 2013-cü il avqustun 1-də qəzetin rəsmi internet səhifəsi məzmunu ödənişli şəkildə təqdim etdi. Bunun əvvəli, sayt ayda 30 milyon oxucu tərəfindən ziyarət edildi, ödənişli versiya tətbiq olunduqdan sonra, yalnız 225.000-dən çox qaldı. Bununla əlaqədar olaraq, 30 noyabr 2015-ci ildə sayt yenə pulsuz olaraq qaldı. == Məzmunu == "San" qəzeti ulduzların həyatı, o cümlədən qalmaqallı və təxribatlı, habelə əyləncə sənayesi (pop musiqisinin hekayələri və dedikləri, televiziya şousu və s.) haqqında hekayələri ilə məşhurdur.
Vancouver Sun
Vancouver Sun — 1912-ci ildə yaranan Kanada qəzeti.
Sun Television
Sun Television (サンテレビジョン) və ya qısaca tvk – Yaponiyanın Hyoqo prefekturasında və Böyük Tokio Bölgəsində yayımlanan müstəqil televiziya kanalı.1968-ci ildə qurulmuşdur və 1969-cu ildə yayıma başlamışdır. 36-cı kanal vasitəsilə yayımlanır. Televiziya kanalı Yaponiya Müstəqil Televiziya Kanalları Assosiasiyasının üzvüdür. == Kanallar == Analoq: 36-cı kanal. Rəqəmsal: 26-cı kanal. == Verilişlər == Müstəqil bir kanal kimi Sun Television əsasən yerli xəbər, alternativ musiqi (bəzi tanınmış musiqiçilər hətta), yerli idman, təhsil verilişləri və anime yayımlayır.
Sun Kyun-Hva
Sun Kyun-Hva (d. 20 iyul 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.