Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Tayka Vaytiti
Tayka Vaytiti (ing. Taika Waititi; 16 avqust 1975, Vellinqton, Yeni Zelandiya) —Yeni Zelandiya film istehsalçısı və aktyoru. "Oskar", "BAFTA" və "Qremmi" mükafatları qazanmış və 2 dəfə "Primetime Emmi" mükafatına namizəd göstərilmişdir. == Həyatı == Tayka Vaytiti 16 avqust 1975-ci ildə Yeni Zelandiyanın Raukokore bölgəsində doğulmuş və Vellinqtonda böyümüşdür. Atası incəsənət xadimi, anası isə məktəb müəllimidir.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur. Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. == Arxaplan == Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır. 645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər.
Ayka Hakoyama
Ayka Hakoyama (d. 27 iyul 1991, Naqano, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Ayka Hakoyama 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Hakoyama həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Ayka Hakoyama 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Ayka Hakoyama komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Caya Bhaduri
Caya Bhaduri(ing. Jaya Bhaduri, ərlik soyadı Caya Baççan; doğ. 9 aprel 1948, Cabalpur, Madhya-Pradeş, Hindistan) — hind aktrisası və yazıçısı. == Həyatı == Aktrisa, yazıçı, prodüserdir. 9 aprel 1948-ci ildə anadan olmuşdur. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm xoşbəxtlikdə, həm kədərdə” filminə çəkilib. Abhişek Baççanın anasıdır. Ailəlidir, iki övladı var.
Caya dağı
Caya (ind. Puncak Jaya) — Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsi. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyda adada yerləşən ən hündür dağdır. Bəzi mənbələr dağın 5029 və ya 5030 metr hündürlyə malik olduğunu göstərir. Avropalılar ilk dəfə zirvəni 1623-cü ildə gürmüş. Holladiyalı tədqiqatçı Yan Karstens uzaqdan, açıq havada başı qarlı dağ görmüşdür. Məhs bu onun təəcüblənməsinə səbəb olmuş: düz ekvatorun mərkəzində buzlaq Dağ ilk öncə Yan Karstensin şərəfinə adlandırılmış, sonra 1965-ci ildə İndoneziya prezidentinin şərəfinə Sukarno adlandırmışlar. 1969-cu ildən dağ Caya adlandırldı İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş vermiş.
Çaka bəy
Çaka bəy (?-1092) — Oğuzların Çavundur boyuna mənsub türk sərkərdəsi və hökmdarı. İlk türk admiralı. == Həyatı == Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan 1092-ci ildə Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir.Tarixçilər qeyd edirlər ki, Çaka bəyin öldürülməsində Bizansın əli vardı. Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan türk tayfaları mövcud idi. == Çaka bəy və peçeneqlər == Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirə edən Peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğrubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər.
Çaka bəyliyi
Çaka bəyliyi — Anadolu bəyliklərindən biri. == Tarixi == Çaka bəyliyi 1081-ci ildə İzmirdə qurulmuşdur. Qurucusu Çaka bəydir. 1093-cü ildə Bizanslılar tərəfindən dağıdıldı. Beləcə Qərbi Anadoludakı ilk Türk suverenliyi sona çatmış oldu. Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir. Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan Türk tayfaları mövcud idi.
Calka cümə məscidi
Sultan Delimxanov adına Calka cümə məscidi çeç. Джалкар Султан Делимханов цIарах дина маьждиг — Çeçenistan Respublikası Qudermes rayonu, Calka kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Dövlət Dumasının deputatı Adam Delimxanovun atası Sultan Delimxanovun adını daşıyır. == Tarixi == Sultan Saytarbiyeviç Delimxanov adına kafedral məscidi, Dövlət Dumasının deputatı A.S.Delimxanovun atasının şərəfinə adlandırılmışdır. Məscidin inşasına 2009-cu ildə başlanılıb. Bu layihə Əhməd-Hacı Kadırov adına Regional İctimai Fond tərəfindən maliyyələşdirilmişdir. Tikintisi iki il çəkən məscidin açılışı Çeçenistan Respublikasının Prezidenti Əhməd-Hacı Kadırovun 60 illik yubileyinə təsadüf etmişdir. 23 avqust 2011-ci ildə məscidin təntənəli açılışı oldu, burada yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edirdi: Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan Respublikası Hökumətinin sədri Odes Baysultanov, Parlamentin sədri Dukuvaxa Abdurahmanov, hökumət üzvləri, şəhər və rayonların rəhbərləri. Mərasimin fəxri qonaqları həmən günü Qroznıda keçirilən "İslamda təsəvvüfün yeri və rolu" Beynəlxalq İslam Konfransının iştirakçıları idi. == Memarlığı == Məscidin memarlığı iki üslubu özündə birləşdirir - biri klassik Osmanlı, digəri isə Bizans üslublarıdır.
Çayna Enn MakKlayn
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Aykap
"Aykap" (qaz. آی قاپ, Айқап, Aıqap; mənası – Ayna) — Qazaxıstan ictimai-siyasi və ədəbi-tənqidi jurnalı. 1911–1915-ci illərdə (88 nömrə) indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində nəşr edilmişdir. “Aykap”ın naşiri və redaktoru Məhəmmədcan Seralin idi. Jurnalda J. Seydəlin, B. Qaratayev, Sultanmahmud Torayğırov, Saken Seyfullin, Beymbet Mailin əməkdaşlıq etmişdir. Jurnal milli ideyaları ifadə etmək məqsədi daşıyırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == История Казахской ССР, т.1, А.-А., 1957; Кенжебаев Б., Қазақ халқының, XX ғасыр басындағы демократ жазушылары, Алматы, 1958. == Xarici keçidlər == «АЙҚАП» ЖУРНАЛЫ Алаштың «Айқап» журналының жарық көргеніне 100 жыл толды Қазақ жазушылары «Айқап» ұлттың жоғын жоқтаған журнал еді дейді «Айқап» журналының оқырмандарына арнау.
Banka
Baykal
Baygöl (saxa Баай күөл) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir. Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir. == Etimologiyası == Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Çakra
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir. Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir. Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik. Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır. Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 1,33 mln. (2003). == Coğrafiyası == Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. == Tarixi == Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. == Alətin quruluşu == Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib. Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. == Alətin tarixi == Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər. Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. == Çanza aləti əsərlərdə == Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar. Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir.
AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. == Haqqında == “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. == Rəhbər == Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Canva
Canva — sosial media üçün onlayn qrafik redaktor platforması və proqramıdır. == Haqqında == Canva istifadəçilərə sosial media qrafikası, təqdimatlar, afişalar və digər vizual məzmun yaratmağa imkan verən qrafik dizayn platformasıdır. Canva onlayn və cihazlarda proqram təminatı olaraq mövcuddur, daxilində milyonlarla şəkilləri, şriftləri, şablonları və illüstrasiyaları birləşdirir. Platformanın istifadəsi pulsuzdur və Canva Pro və Canva for Enterprise kimi ödənişli abunələr əlavə funksionallıq təklif edir. 2019-cu ilə olan məlumata görə, Canva 3.2 milyard dollar dəyərinə yaxın qiymətləndirilmişdir və 190 ölkədə 20 milyondan çox istifadəçisi var. == Tarixi == Canva 1 yanvar 2013-cü ildə Avstraliyanın Pert şəhərində Melanie Perkins, Cliff Obrecht və Cameron Adams tərəfindən təsis edilmişdir. 2015-ci ildə Canva for Work istifadəyə verildi və müəssisələrə marketinq materialları istehsal etmək üçün alət təqdim etdi. 2019-cu ilin dekabr ayında Canva tələbələr və müəllimlər arasında əməkdaşlığı asanlaşdırmaq məqsədi daşıyan məktəblər və digər təhsil müəssisələri üçün pulsuz məhsul olan Canva for Education-ı elan etdi. Həmin ilin may ayında Canva təxminən 139 milyon istifadəçi məlumatının sındırıldığı təhlükəsizlik pozuntusuna məruz qaldı. Görünən məlumatlar həqiqi adlar, istifadəçi adları, ünvanlar və coğrafi məlumatlar idi.