NƏHRİ

ə. çaya aid olan, çayda olan.

NƏHRƏN
NƏHRİR
OBASTAN VİKİ
Nəhrivan (Xudabəndə)
Nəhrivan (fars. نهروان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 305 nəfər yaşayır (65 ailə).
Bet-Nəhrin
Bet-Nəhrin (süry. ܒܝܬ ܢܗܪ̈ܝܢ; hərf. (iki) çay vətəni) — Mesopotamiya kimi tanınan regionun süryani dilində adı. Coğrafi baxımdan Fərat və Dəclə çayları (həmçinin onların qolları) arasındakı və ətraf ərazilərə aid edilir. Arami dilindəki ad həm də çaylar arasında deyil, həm də çayların ətrafındakı əraziyə aiddir. Bu ərazi təxminən indiki İraqın demək olar ki, hamısını, Türkiyənin cənub-şərqinin bir hissəsini, İranın şimal-qərbini və daha yaxınlarda Suriyanın şimal-şərqini əhatə edir. Aysorlar Bet-Nəhrinin aborigen sakinləri hesab olunurlar.
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri (klass. süry. ܚܝܠܘ̈ܬܐ ܕܣܘܬܪܐ ܕܢܫ̈ܐ ܕܒܝܬ ܢܗܪܝܢ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Kəhtaniyyə şəhərində yerləşən tamamilə qadınlardan ibarət aysor hərbi və polis təşkilatı. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Süryani Hərbi Şurasının qadın briqadası kimi təsis edilmiş və aysorların məskunlaşdığı ərazilərdə mühafizəçi rolunu yerinə yetirir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinə hərbi və polis qüvvələri daxildir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinin polis bölməsinin Cəzirə regionunda, eləcə də hərbi bölmə, akademiyalar və hərbi məntəqələr üçün ofisləri var. == İdeologiyası == Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Türkiyənin Midyat şəhərində 1980-ci illərə qədər uzanan dünyəvi solçu aysor milliyyətçi hərəkatı olan davronoye ideologiyasını izləyir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Suriyada aysor qadınların bərabər hüquqlarını təmin etmək və bölgədəki din xadimlərinin qadınlara və feminizm ideallarına qoyduğu məhdudiyyətlərə qarşı çıxmaq üçün yaradılmışdır.
Bet-Nəhrin Vətənpərvərlər Birliyi
Bet-Nəhrin Vətənpərvərlər Birliyi (ərəb. الاتحاد الوطني بيت نهرين‎) — 1996-cı ildə İraqın Süleymaniyyə bölgəsində davronoye hərəkatının bir hissəsi olaraq qurulan aysor siyasi partiyası. 2003-cü il İraq müharibəsindən bəri partiyanın ölkədəki seçkilərdə iştirak etməsinə baxmayaraq, heç vaxt deputat mandatı qazana bilməmişdir.