Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. == Ümumi məlumat == Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Stanislav Çekan
Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан; 2 iyun 1922, Rostov-na-Donu – 11 avqust 1994, Moskva) — sovet və rus teatr-kino aktyoru.RSFSR əməkdar artisti. == Həyatı == Stanislav Çekan 2 iyun 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur. 1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir. Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır. Stanislav Yulianoviç Çekan 11 avqust 1994-cü ildə vəfat etmişdir.
Məkanda və zamanda səyahət
Məkanda və zamanda səyahət (ing. An Adventure in Space and Time) — «Doktor Kim» serialın 50 illik yubileyə həsr olunmuş Britaniya yarı sənədli televiziya filmi.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. == Məzmunu == Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. == Rollarda == Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko == Xarici keçidlər == «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında."«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.