Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəkməli Pişik
Çəkməli Pişik—Şarl Perronun nağılı. "Çəkməli Pişik" (qısa məzmunu). Biri varmış,biri yoxmuş bir dəyirmançı və üç oğlu varmış. Bir ğün dəyirmançı öləcəyini bilir və oğullarına vəsiyyət edir. Böyük oğluna dəyirman, ortancıla eşşək, kiçik oğluna isə pişik düşür. Oğlan çox məyus olur və deyir ki,"indi mən acından öləcəm" Pişik ğedir ov ovlayır, hamısını da sahibinin adından padşaha ğətirir. Padşah bundan çox razı qalır. Bir ğün də o,ğözəl qızı ilə yəzməyə çıxır. Pişik tez sahibinə deyir ki, tez ol ğet o çayda çim. Oğlan çayda ikən padşah da oradan keçirdi.
Əli Əhmədov (çəkməçi)
Əli Davud oğlu Əhmədov (7 avqust 1934, Nuxa – 4 mart 2016, Bakı) — çəkməçi, "Əməkdar mədəniyyət işçisi" (19. sentyabr 1991) Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub. Adını nənəsi qoyub. Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur. 1952-ci ilə qədər burada çalışmışdır. Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin "Xəmsə"sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir.
Çəkməli pişik (Şrek)
Çəkməli pişik (ing. Puss in Boots) və ya sadəcə Pişik (ing. Puss) – Şrek franşizasında təkrarlanan uydurma personajdır. O, ilk dəfə "Şrek 2" (2004) filmində göründü, tezliklə Şrekin ortağı və köməkçisi oldu (Eşşək ilə birlikdə). Üçüncü Şrek (2007) filmində Pişik Şrekə Çox Uzaq Krallığın taxtının varisini tapmağa kömək edir. Hər zaman Şrek (2010) filmi əsasən alternativ kainatda qurulur, burada pişik şahzadə Fionanın ev heyvanıdır və təqaüdə çıxdıqdan sonra kökəlmişdir. O, 2011-ci ildə çəkilmiş "Çəkməli pişik" (onun mənşəyi təsvir olunur) və onun 2022-ci ildə çəkilmiş "Çəkməli pişik: Son arzu" ("Hər zaman Şrek " filmindən sonra çəkilən) serialında baş qəhrəman kimi təsvir edilmişdir. Pişik eyni zamanda, Netflix televiziya seriyası Çəkməli pişiklərin sərgüzəştləri (2015–2018)-də də var. Pişik obrazı "Çəkməli pişik" nağılının baş qəhrəmanından ilhamlanıb. Onun Tom Hester tərəfindən yaradılmış dizaynı əsl pişiklərə əsaslanırdı.
Çəkməli pişik: Son arzu
Çəkməli pişik: Son arzu (ing. Puss in Boots: The Last Wish) — DreamWorks Animation tərəfindən hazırlanan, Şrek cizgi seriyasının spin-offu və "Çəkməli pişik" filminin davamı olan Amerika kompüter cizgi macəra filmi . Filmin rejissoru Coel Klofford, rejissoru isə Pol Fişerin ssenarisindən Januel Merkadodur. Antonio Banderas və Salma Hayek müvafiq olaraq Çəkməli pişik və Kitty Yumşaq pəncələr rollarını canlandırırlar. Onlardan başqa, Olivia Colman, Harvey Guillier, Samson Cayo, Wagner Moura, Enthony Mendes, John Mulaney, Florence Pugh, Dawain Joy Randolph və Rey Winstone səs aktyorluğunda iştirak edirlər. Cizgi filminin premyerası 21 dekabr 2022-ci ildə baş tutmuşdur.
Çəkməli Pişik (cizgi filmi, 2011)
Çəkməli Pişik (ing. Puss in Boots) — 27 oktyabr 2011-ci ildə DreamWorks tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. Baş rolu Antonio Banderas ifa edir. Hekayə Çəkməli Pişiyin Şreklə qarşılaşmazdan əvvəlki həyatına aiddir. Hansı ki, həmin vaxtlar qorxubilməz qəhrəman zəifləri müdafiə edər, hər kəsin sevimlisinə çevrilərdi. Çəkməli Pişik — qorxmaz və hörmətli olan qəhrəmandır. Həmin qəhrəman Latın Amerikasından olub, doğma şəhəri San-Rikardoda yaşayır. Bir gün o, Bara süd içməyə gəlir. Ətrafdakılar ona gülməyə başlayır və onu ələ salmağa çalışırlar, lakin Çəkməli Pişik onlara nəyə qadir olduğunu göstərir. Ətrafdakılar dərhal ona oğurlamaq üçün müxtəlif yerlər təklif edirlər, amma onu daha çox iki qaçaq oğrunun insanlar üçün çox böyük təhlükə yaratdığını maraqlandırır.
Çəkməli pişik: Son arzu (film, 2022)
Çəkməli pişik: Son arzu (ing. Puss in Boots: The Last Wish) — DreamWorks Animation tərəfindən hazırlanan, Şrek cizgi seriyasının spin-offu və "Çəkməli pişik" filminin davamı olan Amerika kompüter cizgi macəra filmi . Filmin rejissoru Coel Klofford, rejissoru isə Pol Fişerin ssenarisindən Januel Merkadodur. Antonio Banderas və Salma Hayek müvafiq olaraq Çəkməli pişik və Kitty Yumşaq pəncələr rollarını canlandırırlar. Onlardan başqa, Olivia Colman, Harvey Guillier, Samson Cayo, Wagner Moura, Enthony Mendes, John Mulaney, Florence Pugh, Dawain Joy Randolph və Rey Winstone səs aktyorluğunda iştirak edirlər. Cizgi filminin premyerası 21 dekabr 2022-ci ildə baş tutmuşdur.
Təkəmçi
Təkə (Təkəmçi) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Çəkçəki
Çəkçəki (lat. Saxicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Ağquyruq çəkçəki
Boz çəkçəki (lat. Saxicola leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Böyük çəkçəki
Böyük çəkçəki (lat. Saxicola insignis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qara çəkçəki
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çeşməli (Şəki)
Çeşməli — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Çeşməli kəndi düzənlik sahədə yerləşir. Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur. Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür. Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində allivüal çöküntülərdə yemişan, palıd meşəlikləri yayılmışdır. Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir. Kənddə taxıl əkini geniş yayılmışdər.
Çeşməli bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çirkinli (Çeşməli)
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Təkəçi (Germi)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Təkəçi (Pərsabad)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 962 nəfər yaşayır (186 ailə).
Cəbəci (Ağyaxa)
Cəbəci —Türkiyənin Qars ilinin Ağyaxa ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
III Əhməd çeşməsi
III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir. Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Çeştəçi Əli Paşa
Çeştəçi Əli Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra zağarcı və yeniçəri kəndxudası oldu. Ardından 1623-cü ilin avqustunda yeniçəri ağası, 9 oktyabrda isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. Ancaq sələfi Qara Mustafa Paşanın tərtiblədiyi hərbi ayaqlanmayla bölgəyə buraxılmadı və geri dönməyə məcbur oldu. Sultan Muradın 11 yaşlı uşaq olması, dövlət idarəsinin isə dövlət təcrübəsi olmayan Validə Kösəm Sultanın əlində olması səbəbilə bu məsələnin üzərinə gedilmədi. 16 fevral 1624-cü il tarixli fərmanla Əli Paşa Anadoluda çıxan üsyanları yatırmaqla vəzifələndirildi. Misir əyaləti isə yenidən Mustafa Paşaya həvalə edildi. Əli Paşa isə haqqında gəzən şayələr və əsgərlər üzərindəki sərt tədbirləri səbəbilə 1626-cı ildə edam edildi.