Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Frits Çernike
Frits Çernike (16 iyul 1888[…], Amsterdam – 10 mart 1966[…], Amersfoort[d], Utrext) — Frits Çernike Fritz (hollandiyalı Frits Zernike ; 16 iyul 1888 – 10 mart 1966) — holland fiziki, 1953-cü ildə fizika üzrə Nobel mükafatı "Faza-kontrast metodunun əsaslandırılmasına və xüsusilə faza- kontrast mikroskop ixtirasına görə" laureatı adına layiq görülüb. Hollandiya Kral Elmlər Akademiyasının üzvü (1946), London Kral Cəmiyyətinin xarici üzvü (1956). == Bioqrafiyası == F. Çernike Amsterdamda Karl Friedrix August Çernike və Anti Diperink ailəsində anadan olub. Valideynləri riyaziyyat müəllimi idi və o, atasından fizikaya olan həvəsini qazanmışdı. O, Amsterdam Universitetində kimya (onun əsasları), riyaziyyat və fizika üzrə təhsil alıb. 1912-ci ildə o, qazlarda opalessensiyaya dair işinə görə mükafata layiq görülüb. 1913-cü ildə Qroningen Universitetinin astronomik laboratoriyasında Yakob Kornelius Kapteynin köməkçisi oldu. 1914-cü ildə Leonard Ornstein ilə birlikdə kritik nöqtə nəzəriyyəsi üçün Ornstein-Çernike tənliklərini əldə etdi. 1915-ci ildə həmin universitetdə nəzəri fizika kafedrasında vəzifə alır, 1920-ci ildə isə nəzəri fizika professoru təyin edilir. == Əsas əməkləri == 1930-cu ildə Çernike spektral xətlər üzərində araşdırma apararkən, difraksiya barmaqlıqlarından istifadə edərək yaradılan spektrlərdəki hər bir ana xəttin solunda və sağında olan sözdə spektral xəyalların ilkin xəttdən 90 dərəcə fazadan kənar olduğunu aşkar etdi.
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Texnika
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Çernuşka
Çernuşka — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. == Tarixi == İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Cenia
Cotula (lat. Cotula) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Çərik
Xüsusi təlim görmüş oxçu qvardiyasıdır. Sözün türk dillərində müxtəlif variantları mövcuddur. Bu söz “ordu”, “yürüş” “bahadırın yoldaşları”, “igid” anlamında işlənir. Xanın xüsusi qvardiyasına da çerik deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları korpusu “yeniçəri” adlandırmışlar. Azərbaycan dövlətçiliyinin ordu terminologiyasında bu söz “könüllü əsgər” korpusunu ifadə etmişdir. Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində Rus-İran müharibəsi zamanı qızılbaş ordusunun könüllü əsgərləri çəri, xüsusi piyada şah qvardiyası isə canbaz adlanır. Ruspərəst erməni tarixçisi, 1804-cü il İrəvan ətrafındakı döyüşü təsvir edərkən qeyri-ixtiyari bu sözləri yazır: “Qızılbaşlar atlarını çaparaq, döyüş meydanına, rus əsgərlərinin içərisinə girdilər. Rusların bir çoxunun başlarını qılıncla vurub, yenə meydandan salamat çıxırdılar.” == Mənbə == Ə.Əsgər, M. Qıpçaq. Türk savaş sənəti, B., 1997.
Bidens cernua f. cernua
Əyilən yatıqqanqal (lat. Bidens cernua)— üçbarmaq cinsinə aid bitki növü. == Sinonim == == Bidens cernua var. bidens (L.) Farw. == Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var.
Alevtina Çernikova
Аlevtina Anatolyevna Çernikova (22 may 1966, Şatalovka[d], Belqorod vilayəti) — Rusiya iqtisadçı alimi, iqtisad elmləri doktoru, "MİSİS" - Milli tədqiqat texnoloji universitetinin rektoru ( 21 may 2013-cü ildən).
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Cessika Alba
Cessika Mari Alba (ing. Jessica Marie Alba; 28 aprel 1981) — amerikalı aktrisadır. Saturn mükafatı (2000) və MTV Kino Mükafatı (2006) laureatıdır. Karyerası 1994-cü ildə başlayıb. "Qaranlıq mələyi" serialında çəkilmişdir. == Həyatı == Cessika Alba Pomona, Kaliforniyada doğulmuşdur. Anası danimarkalı və kanadalı fransızdır, atası meksikalıdır. Joshua adlı özündən böyük bir qardaşı var. Bir vaxt özünü feminist kimi hiss etdiyini reportajlarında bildirmişdir. 2008-cildə Cash Warren adlı aktyorla evlənmişdir, iki övladı var.
Cessika Augusto
Cessika Augusto (8 noyabr 1981) — Portuqaliyalı marafonçu. Cessika Augusto Portuqaliyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb. == Karyerası == Cessika Augusto birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında 16:05.71 saniyəlik nəticə ilə 26-cı, 3000 metr məsafəyə maneəli qaçış yarışlarında 9:30.23 saniyəlik nəticə ilə 20-ci yeri tutdu. Cessika Augusto özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Cessika Augusto marafon məsafəsini 2 saat 25 dəqiqə 11 saniyəyə qət edərək 7-ci yeri tutdu. Cessika Augusto növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1978, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Cessika Ceyms
Jessica Jaymes (8 mart 1976, Ankoric – 17 sentyabr 2019) — ABŞ-lı porno ulduz. == Həyatı == Jessica Jaymes yetkin kino karyerasına 2002-ci ildə başladı və 2009-cu ildə Brazzers ilə müqavilə imzalamışdır.
Cessika Kamposano
Cessika Kamposano (d. 26 noyabr 1992) — Kolumbiyalı üzgüçü. Cessika Kamposano Kolumbiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cessika Kamposano birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:04.13 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 33-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cessika Lanc
Cessika Lanc (ing. Jessica Lange, 20 aprel 1949[…], Klokey[d], Minnesota)— 2 dəfə Oskar mükafatına layiq görülmüş amerikalı aktrisa. 2010-cu ildə Lanc, HBO seriyasındakı Boz Bağçalar (2009) filmindəki Jaklin Kennedinin xalası Edit Yuinq Buve Bil roluna görə ilk Emmi mükafatını qazandı. 2011-2014-cü illər arasında ilk Ekran Aktyorları Gildiyası Mükafatını, ilk tənqidçilər seçimi, 5-ci Qızıl Kürə, üç Dorian Mükafatını və serialın ilk, ikinci və üçüncü mövsümlərindəki çıxışlarına görə ikinci və üçüncü Emmi Mükafatlarına layiq görüldü.Pibodi mükafatlı Luis C.K.in veb saytında köməkçi rolu var. 2017-ci ildə Lanc, Münaqişə mini seriallarında aktrisa Coan Krauford rolu üçün 8. Emmi, 16. Qızıl Kürə, 6. Ekran Aktyorları Gildiyası və 2. TCA nominasiyasını qazandı. 2019-cu ildə Amerikan qorxu hekayəsindəki roluna görə onuncu Emmi namizədliyini aldı.
Cessika Mauboy
Cessika Hilda Mauboy (ing. Jessica Hilda Mauboy; 4 avqust 1989, Darvin) və ya sadəcə Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur. Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə tədqim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır.
Cessika Mayer
Cessika Mayer (d. 21 avqust 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Cessika Mayer 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mayer həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Cessika Mayer 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Cessika Mey
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. == Həyatı və karyerası == Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Cessika Steffens
Cessika Steffens (7 aprel 1987, San-Fransisko, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Cessika Steffens, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Cessika Steffens, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.