Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
Çək-çək
Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir. == Hazırlanması == Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq. Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
CIA
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Cek
Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən). == Tarixi == Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə.
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. == Haqqında == O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çiy
Aphanopleura (lat. Achnatherum) — Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. == Növlər == Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
AİK FK
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Benz & Cie.
Benz & Cie. Rheinische Gasmotorenfabrik in Mannheim, 1883-cü ildə Karl Benz tərəfindən təsis edilmiş bir şirkətdir. 1885-ci ildə dünyada satış məqsədi ilə istehsal edilmiş və benzinli mühərrik ilə işləyən ilk avtomobili olan Motorwageni buraxmışdır. 1926-cı ildə bu şirkətin Qotlib Daymlerin Daimler Motoren Gesellschaft şirkəti ilə birləşməsi nəticəsində Daimler-Benz şirkəti yaradıldı.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır. Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi.
Böyük Çin
Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur. Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir. == İstifadəsi == Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir. "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir. Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir. Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur. == Tarixi == Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur.
Cek (ad)
Cek — ad. Cek London — ABŞ yazıçısı. Cek Kilbi — Amerikalı elektrik mühəndisi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.