Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bikini
Bikini — qadınlar üçün nəzərdə tutulan və üzgüçülükdə istifadə edilən çimərlik geyimi növüdür.
Cirinq
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Rimini
Rimini (it. Rimini, lat. Ariminum) — İtaliyanın Adriatik sahilində bir kurort. Emilia-Romanya bölgəsin Rimini vilayətin paytaxtı. Federiko Fellininin doğma şəhəri.
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Çivinli
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur. Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür.
Bizon içkisi
Bizon içkisi — sərinləşdirici içki. Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır. == Haqqında == Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir. Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.
Boris Çinkin
Boris Mixayloviç Çinkin (4 (17) noyabr 1916, Bakı – 23 aprel 1977, Lvov) — Aktyor. == Həyatı == Boris Çinkin 1916-cı ildə Bakıda anadan olub. Bakı Dram Teatrı nəzdində Teatr Məktəbində təhsil alıb (1938). Dram Teatrında (1941–1958), Sovet Ordusu Lvov Rus Dram Teatrında (1958–1977) çalışıb. Ukraynanın xalq artisti Boris Çinkin 23 aprel 1977-ci ildə vəfat edib.
Camini Roy
Camini Roy (11 aprel 1887–24 aprel 1972) — Hindistan rəssamı. == Bioqrafiya == Orta gəlirli bir ailədən idi, atası dövlət xidmətində idi. O əvvəlcə evdə təhsil aldı. 1903-cü ildə Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil oldu. O, "Klassik çılpaq" və yağlı boya sənətinin akademik ənənəsinə çəkilməyi öyrəndi. Burada gənc adam portret sənətində əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı. Eyni zamanda o, çörək qazanmaq üçün reklam şəkillərini tərtib etmək, yüzlərlə ucuz gravür rəsmlərini çəkmək, toxuculuq üçün toxuma atelyesində və teatr kostyumu ilə məşğul olurdu. 1908-ci ildə gözəl sənət diplomunu aldı. Vaxt keçdikcə klassik ənənədən ayrıldı. 1921-ci ildən xalq sənətinə daha çox diqqət ayırmağa başladı.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Enerji içkisi
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir == Variantları == ==== "Enerji atəşi" ==== "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Fulton çıxışı
Fulton çıxışı — 1945-in sonu 1946-cı ilin əvvəllərində Vinston Çörçill bir neçə ay ABŞ-də səfərdə olduğu müddətdə prezident Harri Trumenlə, dövlət departamentinin rəhbərləri və digər siyasi xadimlərlə görüşlər keçirir. Çörçill bir neçə həftə Floridadakı kurorta qaldığı müddətdə "Sülhün əzələləri" adlı çıxışını hazırlayır. Çörçillin nitqi Ettli, Boven, Trumen və dövlət katibi Ceyms Birnsin razılığı ilə baş tutur. Çörçill nitqinin əvvəlində çıxışının ümumdünya əhəmiyyətini daşıdığını və okeanın o tayındakı qardaş ölkələrə səsləndiyini vurğulayır. Çörçillin 1946-cı ilin 5 mart tarixində Fultonun Vestminster kollecindəki "Sülhün əzələri" adlı nitqindən əsas hissələr: - İndi biz hansı strateji konsepsiyaya əməl etməliyik? Biz indi bütün ölkələrdə, hər bir evin, ailənin, azadlığını və təhlükəsizliyini təmin etməliyik. Buna nail olmaq üçün 2 dəhşətdən xilas olmaq lazımdır - müharibələr və tiranlar. Məqsədimiz yeni müharibələrin qarşısını alnması olmalıdır. İndi müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaranıb. Millətlər Cəmiyyətinin xələfi olan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır.
Indoseiulus ricini
Likino-Dulyovo
Likino-Dulyovo — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Qafqaz sığını
Qafqaz sığını (lat. Alces alces caucasicus) — Sığın növünə aid yarımnöv.. Əsasən Qafqaz dağları, Şərqi Avropada və Kiçik Asiya yayılmışdı. Nəsli kəsilmişdir. Hazırda isə isə sığınlar Baltikyanı ölkələrdə və Skandinaviya yarımadası kimi ərazilərdə yayılıb. Qafqaz sığının izlərinə Şərqi Avropa və Qərbi sibirdə rast gəlinir. Artıq bu yarımnövün tamamən nəslinin kəsilməsi XIX əsrə təsadüf edir. == Mənbə == Nəslikəsilmiş Qafqaz sığını. Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine (ing.) == İstinadlar == == Xarici keçidlər == Caucasian Moose – Extinct Arxivləşdirilib 2011-04-22 at the Wayback Machine.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. == İqtisadiyyatı == İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Sergey Cikiya
Sergey Cikiya (gürc. სერგი ჯიქია; 20 oktyabr 1898 – 6 dekabr 1993) — gürcü şərqşünası və gürcü türkologiyasının banisi. 200-dən çox yazılı tədqiqat və məqaləsi olan Cikia, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür. == Həyatı == Cikiya Tiflis Universitetinin dilçilik fakültəsini bitirib. 1927-ci ildə Türkologiya mütəxəssisi olmaq üçün Türkiyəyə gəlmiş və İstanbul Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsində iki illik təhsil alıb. Universitetdə Fuad Köprülü, Ali Ekrəm, Hulûsi bəy və Orxan Şaiq Gökyay kimi müəllimlərdən dərs alıb. İstanbuldakı arxivlərdə türk dili və tarixi mənbələr üzərində işləyib. Türk dili üzərində etdiyi çalışmalara 1929-1936-cı illər arasında Rusiyadakı Türkologiya dairələrində davam edib. 1936-cı ildə Tiflis Universiteti Şərq Dilləri Bölməsinin müdiri seçilən Cikia, universitetdə türkologiya fənni tədris edən ilk akademik olub. 1945-1953-cü illər arasında Tiflis Universiteti Şərq Elmləri Fakültəsinin ilk dekanlığını yaradıb.
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Sıt içkisi
Sıt (сыть, bəzən канун)-Bal qatılmış sudur. == Haqqında == Bişmiş balı ilə qarışdırılır. Bundan çox vaxt slavyan xalqlarının milli şirniyyatlarını hazırlayan zaman istifadə edirlər.Sıta batırılmış bulkuları kanun adlandırırdılar. == Ənənəsi == Qədim Rusiyada sıt çox məşhur içki idi, hansı ki, onu yeməkdən sonra qəbul edirdilər. Sıt sözündən tox oluncaya qədər yemək, və ya başqa cür toxuq artıq şirin sıtın vaxtıdır.Sıtın hazırlanmasının bir resepti kimi qaynayan suya balı qataraq,boçkanın içərisinə qoymaqdan ibarətdir. Balın suda həll olmasından sonra soyumasını gözləmək lazımdır.Bəzən onları hazırlayan zaman 30°C-yə qədər qaynadılmış su balın üzərinə düşür.Bəzən ocaqda hazırlanan sıta dada görə bir çox otlar əlavə edilirdi.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Takamine Cokiçi
Takamine Cokiçi (高峰 譲吉, 3 noyabr 1854[…] – 22 iyul 1922, Nyu-York, Nyu-York ştatı) – Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs. "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır. ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur. == İlk illəri və təhsili == Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur. 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır. Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır. 1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir. Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir. Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir. == Karyerası == Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur.