Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Birun (Miyanə)
Birun (fars. بيرون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə).
Ciran (Piranşəhr)
Ciran (fars. جران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (34 ailə).
Çiran (Miyanə)
Çiran (fars. چرن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (61 ailə).
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Cerund
Cerund (ing. Gerund) — İngilis dilində feilin şəxssiz formasından bir növü. Feilin sonuna -ing şəkilçisi əlavə etməklə düzəlir. Cerund həm isim, həm də feilin xüsusiyyətlərinə malikdir. == Xüsiyyətlər == === İsim === Cümlədə mübtəda, tamamlıq və predikativ (ismi xəbərin ad hissəsi) kimi işlənir. Sözönü ilə işlənir. Yiyəlik əvəzliyi vəya yiyəlik halında olan isimlə təyin olur. === Feil === Şəxsi feillər kimi zaman xassələrinə malikdir. Şəxsli feil kimi, Cerund da zərflə təyin olur. Şəxsli feillər kimi, Cerunddan da sonra tamamlıq işlənə bilir.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Circus
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Cirinq
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Cirona
Girona (rəsmi olaraq və kat: Girona; isp: Gerona) — İspaniyanın Kataloniya muxtariyyətində şəhər. Barselona şəhərindən təxminən 100 km məsafədə yerləşən şəhərin 2018-ci il məlumatlarına əsasən yüz mindən artıq əhalisi mövcuddur. Girona, katalon əsilli insanların ən sıx yaşadığı şəhərlərdən biridir.
Ciruft
Ciruft— İranın Kirman ostanının şəhərlərindən və Ciruft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 95,031 nəfər və 19,926 ailədən ibarət idi.
Citrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Emil Çoran
Emil Çoran (8 aprel 1911[…], Reșinari[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 20 iyun 1995[…], XIII arondisman) — XX əsr rumıniya filosofu.Onun yaradıcılığı geniş fəlsəfi bədbinliyi, üslubu və aforizmləri ilə seçilib. Onun əsərləri tez-tez əzab, tənəzzül və nihilizm məsələləri ilə məşğul olurdu. 1937-ci ildə Cioran Parisin Latın Məhəlləsinə köçdü və bu məhəllə onun daimi iqamətgahına çevrildi və burada 1995-ci ildə ölümünə qədər ortağı Simone Boué ilə təklikdə yaşadı. == Həyatı == Cioran Macarıstan Krallığının Szeben qraflığının Resinar şəhərində (indiki Răşinari, Sibiu qraflığı, Rumıniya) anadan olub.Atası Emilian Cioran pravoslav keşiş, anası Elvira isə Xristian Qadınlar Liqasının rəhbəri idi. 10 yaşında Cioran məktəbdə oxumaq üçün Sibiuya köçdü və 17 yaşında Buxarest Universitetinin Ədəbiyyat və Fəlsəfə fakültəsinə daxil oldu və burada Eugène Ionesco və Mircea Eliade ilə tanış oldu və onunla dost oldu.. Gələcək Rumın filosofu Constantin Noica və gələcək rumın mütəfəkkiri Petre Śuțea onun ən yaxın akademik həmkarları oldular; hər üçü Tudor Vianu və Nae İoneskudan təhsil alıb. Cioran, Eliade və Țuțea İonesku ideyalarının tərəfdarı oldular, bu ideyalar trerizm adlanır. Cioran alman dilini yaxşı bilirdi, bu dili erkən yaşda öyrənirdi və alman dilində olan fəlsəfəni oxumağa davam edirdi, lakin rumın dilində deyil. Cioran'ın yeniyetməlik illərindən qeydlər Fridrix Nitsşe, Onore de Balzak, Artur Şopenhauer və Fyodor Dostoyevski və digərlərinin tədqiqatını göstərirdi.O, "varlığın əlverişsizliyini" aksiom kimi qəbul edərək aqnostik oldu. Universitetdə oxuyarkən o, Georg Simmel, Lüdviq Klaqs və Martin Haydeggerdən təsirlənmiş, eyni zamanda rus filosofu Lev Şestovdan da təsirlənmişdi ki, onun da Cioran'ın mərkəzi düşüncə sisteminə töhfəsi həyatın özbaşına olduğuna inanması idi.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.