Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aristotel
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Çistopol
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Poetika (Aristotel)
Poetika (yunan dilində: Περὶ ποιητικῆς) — incəsənət haqqında olan baxışlarını bütövlükdə təqdim edən Aristotelin poeziya sənəti haqqında nəzəriyyələrini özündə cəmləşdirən və tarixdəki incəsənət fenomenini tədqiq edən ilk əsər olması ilə bərabər, həm də estetika tarixi baxımından da, çox mühüm bir əsərdir. Estetika anlayışı çərçivəsində; İncəsənətlərin müqayisəsini və faciənin üstünlüyünü vurğuladığı poetika əsərində Aristotel realizmlə yanaşı yaradıcı təxəyyülü də ön plana çıxarmışdır. Aristotel öz ümumi fəlsəfəsində mövcud olanlardan kənarda olan ideyanın mövcudluğunu qəbul etmədiyi kimi, Platonun incəsənət sahəsində irəli sürdüyü transsendent gözəllik "ideyasını" da qəbul etməmişdir. Aristotetə görə gözəllik anlayışı mövcud olduğuna görə gözəl gördüyümüz əşyalar ilə incəsənət əsərləri öz varlıqlarını əldə etmirlər, əksinə, sənət əsərləri mövcud olduğuna görə biz gözəllik anlayışından danışa bilirik. Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir. Aristotel Poetikasına "Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleyta ilə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir" deyərək başlayır. Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur: Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar.
Çistopol rayonu
Çistopol rayonu (tatar. Чистай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın mərkəzində, Kama çayının sağ sahilində yerləşir. İnzibati mərkəzi Çistopol şəhəridir. Rayon respublikanın mərkəzi ovalığında, Qərbi Zakamyedə yerləşir. Nijnekamsk, Novoşeşminsk, Aksubay, Alekseyevsk, Mamadış rayonları ilə, Kuybışev su anbarı sahəsi boyunca Balık Bişməse rayonu həmsərhəddir. Rayon 1930-cu ildə qurulub. 1958-ci ildə ləğv edilmiş Kzıl-Ordu rayonunun əksəriyyəti rayona əlavə edilmişdir. Urbanizasiya Şəhər şəraitində (Çistopol şəhər) rayon əhalisinin 78,3 % -i yaşayır. Milli tərkib Tatarlar - 59,6 %, ruslar - 34 %, çuvaşlar - 4,9 % və başqaları 1,5.
Orqanon (Aristotel)
Orqanon (q.yun. Ὄργανον— alət, metod) — Aristotelin məntiqə həsr olunmuş fəlsəfi əsərlərinin ənənəvi adı. “Orqanon” adı Aristotelin özünə aid deyil: onun Aristotel əsərlərinin şərhçisi və naşiri Rodoslu Andronik sayəsində təsis edildiyi ümumiyyətlə qəbul edilir.
Çistoe gölü
Çistoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Çistoe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Çistoe Ozera kəndindən 2,7 km şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 820 metr, maksimal eni isə 220 metrdir. Su səthinin sahəsi 7,77 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. Su tutarının həcmi 130 min m³-dir. Yeraltı sularla qidalanır.
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (yun. Τῶν περὶ τὰ ζῷα ἱστοριῶν, Ton peri ta zoia historion, "Heyvanlar haqqında sorğular"; lat. Historia Animalium, "Heyvanlar tarixi") — Afinada Platon Akademiyasında təhsil almış qədim yunan filosofu Aristotelin biologiyaya dair əsas mətnlərindən biri. Eradan əvvəl IV əsrdə yazılmışdır. Aristotel özü eradan əvvəl 322-ci ildə vəfat etmişdir. Ümumi mənzərədə zoologiyanın pioneri hesab edilən əsərdə Aristotel nəyi (heyvanlar haqqında mövcud faktları) araşdırdığını izah etmiş, ardınca niyəni (bu xüsusiyyətlərin səbəblərini) müəyyən etmişdir. Beləliklə, kitabda fəlsəfəni təbii dünyanın bir hissəsinə tətbiq etməyə cəhd edilmişdir. Əsər boyu Aristotel həm fərdlər, həm də qruplar arasında fərqləri müəyyən etməyə çalışmışdır. Bütün üzvlərin eyni fərqləndirici xüsusiyyətlərə malik olduğu müşahidə edilirsə, bu, bir qrupdur. Məsələn, bütün quşların lələkləri, qanadları və dimdiyi var.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.