Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Çokan Vəlixanov
Çokan Çingiz oğlu Vəlixanov (qaz. Шоқан Шыңғысұлы Уәлихан, əsl adı Məhəmməd Hənəfiyə; 1835 – 10 aprel 1865) — qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı. == Həyatı == Qazaxlar Şokan Şınğızsulı Vəlixanov kimi yazdıqları ad və soyad rus dilinin təsirilə bir çox sənədlərdə Şokan və Çokan Valixanov kimi yazılır. Qazaxların tayfa ittifaqı Üç Cuza, Böyük Cuza, Orta Cuza və Kiçik Cuza bölünür. Orta Cuzda doğulan uşağın qulağına əzan oxuyan Ablay xanın şəxsi həkimi, qazaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adını qoyduğunu söyləyir. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi etsin. Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Çingiz Sultan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi.