Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
Pak Cimin
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. == Həyatı == === İlk illər === Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Park Cimin
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. == Həyatı == === İlk illər === Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Timir Pinegin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Volodimir Tixiy
Volodimir Viktoroviç Tixiy (ukr. Володимир Вікторович Тихий; 25 fevral 1970, Çervonoqrad[d], Lvov vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna kinorejissoru, ssenaristi və prodüseri . Sənədli və bədii filmlər çəkir. O, Ukrayna Kinematoqrafçılar İttifaqının üzvüdür, eləcə də, Ləyaqət inqilabı haqqında bir sıra tarixi və sənədli filmlərə görə 2018-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatıdır. == Həyatı == Volodimir 25 fevral 1970-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Liseyi bitirdikdən sonra Volodimir 1987-ci ildə Çervonoqrad Mədənçilik Texnikumuna daxil olmuşdur. 1989–1991-ci illərdə Sovet ordusunun tərkibində olmuş, Belarusda dəniz aviasiyasına xidmət göstərmişdir. Daha sonra 1992-ci ildə Karpenko-Kari adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1997-ci ildə məzun olmuşdur. O, "Studio 1+1" və "Danapris-Film" kimi telestudiyalarda işləmiş və Verka Serduçka ilə həmin dövrün məşhur olan bir verilişin rejissoru olmuşdur. Daha sonra telefilm və teleseriallar rejissorluğuna başlamışdır.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Cimi Hendriks
Cimi Hendriks (ing. Jimi Hendrix; tam adı Ceyms Marşall Hendriks ing. James Marshall Hendrix, doğum adı Conni Allen Hendriks, ing. Johnny Allen Hendrix; 27 noyabr 1942[…], Sietl, ABŞ – 18 sentyabr 1970[…], Kensinqton, Böyük London) — məşhur Amerika gitaraçısı və müğənnisi. Psixodelik rok, blüz rok, hard rok, eysid rok və heavy metal janrlarında ifa etmişdir.
Timi Zayk
Timi Zayk (26 aprel 2000) — Sloveniyalı tramplindən xizəklə tullanan. == Karyerası == === Kontinental Kubok === 2017-ci ilin sentyabr ayında Zayk Trondheymdə ilk dəfə çıxış etdiyi turnirdə üçüncü yeri qazandı və ilk dəfə podiuma qalxdı. O, çıxış etdiyi ikinci turnirdə qalib gəlmişdir. === Dünya Kuboku debütü === O, Dünya Kubokunda debütünü 2017-18 mövsümünün açılışında Vislada reallaşdırmışdır. O, fərdi yarışlarda təsnifat mərhələsində iştirak etmişdir. == Dünya Kuboku nəticələri == === Turnir cədvəli === 4 fevral 2018-ci il məlumatlarına əsasən.