Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
Tobi Maquayr
Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire; 27 iyun 1975, Santa-Monika, Kaliforniya) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin "Hörümçək-adam" filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan "Hörümçək-adam: Evə yol yoxdur" filmində rolunu yenidən canlandırıb. Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib. Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub. Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu. Hollivud ulduzu Tobey Maguire kinoda debütunu "Bu oğlanın həyatı" dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
Tobi adası
Tobi adası (Hoteoxobey) (ing. Tobi) — Palau adalarının tərkibinə daxil olan ada Sakit okeanın qərbində yerləşir. Helen və Tranzit rifləri ilə birlikdə Xatoxobey ştatını əmələ gətirir. Adanın sahəsi 60 ha-dır. Burada 30 nəfər (2005) yaşayır ki, onunda böyük hissəsi adanın qərbində yaşayır. Yeganə yaşayış məntəqəsi Xatoxobey kəndidir. Maksimal hündürlüyü 3 m, uzunluğu 1,6 km, eni 0,8 km-dir.
Triin Tobi
Triin Tobi (3 iyun 1995 Tartu, Estoniya) — Estoniyalı dağ-xizək idmançısı. Triin Tobi Estoniyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. Triin Tobi birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Tobi 3:09.17 saniyəlik nəticəsi ilə 90 atlet arasında 61-ci yeri tutdu.
Fut cob
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Stiv Cobs
Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955[…], San-Fransisko, Kaliforniya – 5 oktyabr 2011[…], Palo-Alto[d], Kaliforniya) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur. XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompüteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün kompüter siçanı-nı təkmilləşdirir. 1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompüter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir.
Toba gölü
Toba (ind. Danau Toba) — İndoneziyanın Sumatra adasında yerləşən göl. Göl Şimali Sumatra əyalətinə aiddir və əyalətin inzibati mərkəzi Medan şəhərindən cənubda yerləşir. Toba gölü 74 min il əvvəl, nəhəng püskürmə mərkəzi olan eyni adlı Toba vulkanının kalderində meydana gəlmişdir. Göl dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir. Eni — 27 km, uzunluğu isə 87 km-dir. Sahəsi 1103 км²-dir. Toba İndoneziyanın ən böyük gölüdür. Eləcə də dünyada vulkan mənşəli ən böyük göl hesab olunur Təbiətin müxtəlifliyinə və batak xalqının zəngin mədəniyyətinə görə Toba gölü və mərkəzində yerləşən Samosir adası (ind. Pulau Samosir) İndoneziyanın ən populyar turizm məkanlarından biri hesab olunur.
Choi Soobin
Choi Soobin (kor. 최수빈; 5 Dekabr 2000, Ansan-si) — Səhnə adı ilə Soobin, Big Hit Music altında Cənubi Koreyalı müğənni-bəstəkardır. O, TOMORROW X TOGETHER oğlan qrupunun üzvü və lideridir. == Tarix == Soobin, 5 Dekabr, 2000-ci ildə Cənubi Koreyada, Ansan-si şəhərindən anadan olmuşdur. Soobin ailəsində ən kiçiyidir. Onun bir böyük bacısı və qardaşı var. === Dinləməsi === Soobin Big Hit kompaniyasına girməyə gərar verdikdən sonra kompaniyaya e-poçt dinləməsi göndərdi, lakin utancaq olduğu üçün heç kimə demədən bunu yataq otağının küncündə lentə aldı. Big Hit-in siyasəti belədir ki, 1-2 həftə ərzində cavab eşitməsəniz, keçmədiyinizi güman edə bilərsiniz. Soobin həmin vaxt aralığında cavab eşitmədiyi üçün, o, keçmədiyini düşünüb, diqqətini məktəbə yönəltməyə qərar verdi. İki ay sonra Big Hit-dən ona zəng gələrək, birinci raunddan keçməsi münasibətilə təbrik etdi.
Cambi
Cambi İndoneziya əyalətidir. Mərkəzi Sumatranın şərq sahilində yerləşir və qərbdə Barisan dağlarına qədər uzanır. Paytaxtı və ən böyük şəhəri Cambidir. Vilayətin 50,058 km² ərazisi və 2010-cu il siyahıyaalmasına görə 3.092.226 nəfər əhalisi var. 2014-cü ilin yanvar ayına qədər bu rəqəm 3,412,459-a çatdı.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Qobi
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra landşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idi Çində səhranın genişlənməsinin qarşısını almaq məqsədilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Xobi
Xobi (gürc. ხობი) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Xobinin əhalisi 4242 nəfərdir (2014) Çay fabriki Konserv zavodu Qriqol Çikovani (1910-1981) - gürcü yazıçısı, dramaturq və ssenaristi.
Altan Tobçi
"Altan Tobçi" (monq. Алтан товч, ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ; mənası – "qızıl düymə", "qızıl külliyyat") — XVII əsrə aid monqol salnaməsi, tarixi-ədəbi abidə. Monqolustan tarixşünaslığının unikal irsi hesab edilir. Burada indiki dövrə qədər qorunub-saxlanılmamış köhnə salnamələrdən məlumatlar təkrarlanır. == Məzmun == "Altan Tobçi"nin iki variantı indiki dövrə qədər gəlib çatmışdır. Onlar "Kiçik Altan Tobçi" və "Böyük Altan Tobçi"dir. "Kiçik Altan Tobçi" XVII əsrin əvvəllərində ərsəyə gətirilmişdir. Burada dini mövzular üstünlük təşkil edir. Salnamə dünyanın və insanın yaranması haqqında miflərlə açılır, Hindistan və Tibetin padşahları, müqəddəsləri haqqında əfsanələrlə davam edir. Çingiz, Öqedey, Xubilay xanlar haqqında hekayələrlə yanaşı, 270 il ərzində Monqolustanda baş verən əlamətdar hadisələr nəql edilir.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.
Tobin vergisi
Tobin vergisi (ing. Tobin tax) — 1978-ci ildə Nobel mükafatı laureatı Ceyms Tobin tərəfindən kapitalın miqrasiyasına nəzarət etmək, valyuta bazarlarında “həddindən artıq səmərəliliyi azaltmaq” və qiymətli kağızlar bazarında dalğalanmaları azaltmaq vasitəsi kimi təklif edilən spot valyuta əməliyyatlarına vergi. Valyuta əməliyyatlarının vergiyə cəlb edilməsinə alternativ bank haqqıdır. Xüsusilə, Almaniyada maliyyə böhranı ilə əlaqədar 2007-ci ildə tətbiq edildi və 2010-cu ildən maliyyə xidmətləri təminatçıları və kredit təşkilatları tərəfindən ödənilir. Rüsum maliyyə sektorunda kredit və ticarət əməliyyatlarının sistem riski ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub. Yel Universitetinin professoru Ceyms Tobinin orijinal ideyası Şərq İqtisadi Assosiasiyasının 1978-ci ildə Vaşinqtonda keçirilən konfransındakı çıxışında təqdim edilmiş və “Valyuta İslahatına dair Təklif” məqaləsində dərc edilmişdir. Onun təklifi valyuta bazarında spot əməliyyatlar üzrə vahid beynəlxalq verginin tətbiqi olub. Tobin vergisi qısamüddətli kapitalın transsərhəd miqrasiyasını məhdudlaşdırmalı idi. Əvvəlcə Tobin vergi dərəcəsinin 1% civarında ola biləcəyini düşünürdü, lakin sonradan onu 0,1-0,25%-ə endirdi. Xarici valyuta əməliyyatlarının vergiyə cəlb edilməsi, Tobinə görə, iki nəticə verməli idi.
TOBB İqtisadiyyat və Texnologiya Universiteti
TOBB İqtisadiyyat və Texnologiya Universiteti və ya qısaca TOBB ETÜ (türk. TOBB Ekonomi ve Teknoloji Ünversitesi) — Türkiyədə universitet. Ankara ilində yerləşir. 1 iyul 2003-cü ildə yaradılmışdır. TOBB İqtisadiyyat və Texnologiya Universitetinin qurulması fikri 2000-ci illərin başında meydana gəlmişdir. 2000-ci illər Türkiyənin böyük böhranlar olduğu dövrə rast gəlməkdədir. Türkiyənin bu dövrdə yaşadığı iqtisadi və sosial problemlərin bir çox səbəbi olmaqla birlikdə, böhranlardan müstəqil olaraq xüsusilə işsizliyə səbəb olan faktorlardan biri də Türkiyədəki təhsilin xüsusilə yüksək təhsildə bazarın tələblərinə əlverişli olmayan və bazarın məşğulluq etmək istəmədiyi aşağı xüsusiyyətdə iş qüvvəsi ərzində qaynaqlanmaqdaydı. Digər bir deyişlə Türkiyədə universitetlər ölkənin ehtiyac duyduğu bazar şərtlərini bilən xüsusiyyətli iş qüvvəsinin yetişdirilməsi ehtiyacına kifayət qədər cavab veremiyorlardı. Bu dövrdə Türkiyədəki iş dünyasının ən böyük quruluşu Türkiyə Odalar Birliyində qurulacaq bir universitet ilə Türkiyə bazarına hər sahədə xüsusiyyətli iş qüvvəsi ərzi fikri doğulmuşdur. Universitet Türkiyənin dünya tərəfindən tanınan bir araşdırma və akademik mənada elm əsası olmağı hədəfləməkdədir.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Ftor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.