Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
XIV Lüdovikə göndərilmiş Səfəvi elçiliyi
XIV Lüdovikə göndərilmiş Səfəvi elçiliyi — bu elçilik "Günəş kral"ın öldüyü 1715-ci ildə fransız sarayında böyük səs-küyə səbəb olmuşdu. Elçiliyin rəhbəri Məhəmməd Rza bəy və ya fransız mənbələrində deyildiyi kimi Mehemet Riza bəy İrəvan bəylərbəyiliyinin yüksək rütbəli məmuru idi. O, bu elçilik üçün Səfəvi şahı Hüseyn tərəfindən seçilmişdi və Paris şəhərinə böyük bir imperiyanı təmsil etdiklərini göstərə biləcək səviyyədə göstərişli və böyük bir heyətlə daxil olmuşdu. == Elçilik == Məhəmməd Rza Bəy 1714-cü ilin mart ayında Səfəvilər dövlətinin elçisi kimi Fransaya göndərilmişdir.. Səfəvilər dövlətinin Osmanlı imperiyası ilə düşmən münasibətləri olduğundan Məhəmməd Rza Bəy Fransaya getməkdən üçün zəvvar paltarından istifadə etmişdir. Belə ki, zəvvar paltarında İstanbuldan keçərək Fransaya yollanmışdır. Səfəri zamanı İstanbul şəhərində çətinliklərlə rastlaşmış və həbs edilmişdir. İstanbul şəhərində yerləşən Fransa səfirliyinin səfiri Piyer Alleursun səyi nəticəsində həbsdən azad edilərək Fransaya göndərilmişdir. Bütün problemlərə baxmayaraq Məhəmməd Rza Bəy və onu müşahiyyət edən qrup 1714-cü ilin 23 oktyabr tarixində Marsel şəhərinə çatmışdır. 1715-ci ilin 19 fevral tarixində yerli vaxtla səhər saat 11:00-da Səfəvilər imperiyasının Fransaya təyin olunmuş səfiri Məhəmməd Rza Bəy at belində öz xidmətçiləri ilə birlikdə Versal sarayına daxil oldu.