Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Çuktu (Çaroymaq)
Çuktu (fars. چوكتو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (13 ailə).
Çuqul adası
Çuqul adası (ing. Chugul Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. İqitkin adasından cənub-şərqdə, Taqalak adasından isə qərbdə yerləşir. Maksimal hündürlüyü 118 metrdir.
Cuğul-i Süfla (Həştrud)
Cuğul-i Süfla (fars. جغل سفلي‎) və ya Aşağı Cuğul— İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 219 nəfər yaşayır (47 ailə).
Cuğul-i Ülya (Həştrud)
Cuğul-i Ülya (fars. جغل عليا‎) və ya Yuxarı Cuğul — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).