Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Netoçka Nezvanova
Netoçka Nezvanova (rus. Неточка Незванова) — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış romanı. Mənası Adsız heç kim deməkdir. Daha sonra Dostoyevski 1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir. Əsərdə Sankt-Peterburqda kasıb bir həyat tərzi keçirərək yaşayan bir qızın həyatından danışılır. Yetim qalan bu qız daha sonra varlı bir ailə tərəfindən övladlığa götürülür. Ögey bacısı Katya ilə tanış olduqdan sonra onu sevməyə başlayır. Lakin bir gün Katya valideynlərinin təkidi ilə Moskvanı tərk etmək məcburiyyətində qalır və qarşıdakı 8 il ərzində Netoçka Katyanın böyük bacısı ilə yaşamağa məcbur olur.
Çertoza-di-San-Martino
Çertoza di San Martino (it. Certosa di San Martino, müqəddəs Martinin kartezian monastırı) - Neapolda yerləşən keçmiş kartezian monastırı. Şəhərin tarixi mərkəzindən cənub-qərbdə, yüksək Vomero təpəsində yerləşir. Çertoza şəhərin istənilən nöqtəsindən görünür və əksinə oradan Neapol körfəzi və Vezuviyə görüntü açılır. Kartezian monastrının tikintisi 1368-ci ildə kraliça I Covannanın dövründə tamamlanmışdı. Turlu müqəddəs Martinin şərəfinə adlandırılıb. Monastırda XVI əsrdə və XVII əsrin birinci yarısında fəal şəkildə yenidən qurulma işləri aparılmışdır. Monastrın indiki şəkli neapolitan barokkosunun sayılıb seçilən nümunələrindən sayılır. Abidənin bu stili memar Kozimo Fanzaqo tərəfindən yaradılmışdır. XIX əsrin əvvəllərində fransızlar monastırı bağlamış və karzetian ordenini ləğv etmişdilər.