Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Bencamin Çerç (həkim)
Bencamin Çerç (ing. Benjamin Church; 24 avqust 1734 – 1778) — ABŞ hərbçisi, ABŞ Ordusunun ilk cərrah generalı. O, 27 iyul–17 oktyabr 1775-ci il tarixlərində Kontinental Ordunun tibb xidmətinin "Baş həkimi və baş direktoru" kimi fəaliyyət göstərmişdir. Müharibədən əvvəlki illərdə Bostonun "Azadlıq oğulları" hərəkatında da fəal idi. Bununla belə, Amerika inqilabının əvvəlində Çerç Britaniya komandiri general Tomas Geycə də məxfi məlumat göndərirdi. Onun Bostona yazdığı məktublarından biri ələ keçiriləndən sonra Çerç "düşmənlə ünsiyyətdə olmaqda" mühakimə olunmuşdur. Həbsxanaya yerləşdirilən lakin nəhayət azad edilmişdir. Onun 1778-ci ildə Karib dənizində bir yerdə həlak olduğu güman edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Nagy, John A. Dr. Benjamin Church, Spy: A Case of Espionage on the Eve of the American Revolution.