Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CCTV
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. == Tarixçəsi == İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
CRUD
CRUD — məlumat bazalarında və proqram təminatında istifadə olunan əsas əməliyyatları ifadə edən bir abbreviaturadır. CRUD aşağıdakı dörd əməliyyatı təmsil edir: Create (Yaratma) — məlumat bazasında yeni bir qeyd (məlumat) yaratmaq. Məsələn, yeni istifadəçi hesabı əlavə etmək. Read (Oxuma) — məlumat bazasından mövcud olan məlumatı oxumaq və ya əldə etmək. Məsələn, istifadəçi siyahısını görmək. Update (Yeniləmə) — mövcud məlumatı yeniləmək və ya dəyişdirmək. Məsələn, bir istifadəçinin profil məlumatlarını yeniləmək. Delete (Silmə) — məlumat bazasından mövcud bir məlumatı silmək. Məsələn, bir istifadəçi hesabını tamamilə sistemdən çıxarmaq. == İstifadəsi == === Verilənlər bazaları === CRUD abbreviaturası verilənlər bazası tərəfindən həyata keçirilən əsas əməliyyatlara aiddir.
A.Chev.
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. == Əsərləri == Mission Chari-Lac Tchad, 1902–1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) == Biblioqrafiya == Bonneuil, C. Auguste Chevalier Savant colonial == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
CCTV-9
"CCTV-9 Documentary" (çin. CCTV-9 纪录) — Çində yerləşən sənədli film telekanalı. Kanalın iki versiyası var - Çin və ingilis dilində. Çin Mərkəzi Televiziyası tərəfindən istehsal edilib. Kanal 24 saat bütün dünyaya yayım edir. == Tarixi == "CCTV-9 Documentary" kanalı yayıma 1 yanvar 2011-ci ildə başlamışdır. CCTV-9 Çində ilk ixtisaslaşmış beynəlxalq (bütün dünyada yayımlanan) sənədli kanaldır.
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Fight Club
Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Mötley Crüe
Mötley Crüe ('mɒtliː kruː) — 1981-ci ildə Los-Ancelesdə qurulan Amerikan hevi/glam metal qrupu. 1981-ci ildə bas gitarist Nikki Sixx «London» adındakı qrupundan ayrılmış və Tommy Lee ilə tanış olmuşdur. Mick Mars (gitara) və Vince Neil'in (vokal) qatılmasıyla qrup adını Mötley Crüe olaraq dəqiqləşdirdi. «Too Fast For Love» adlı ilk albomlarını hazırladılar və 1981-ci ilin noyabr ayında bu albomu satışa çıxardılar. Bu albom musiqi bazarını alt-üst etdi. Bu albom sayəsində Guns N’ Roses, Bon Jovi kimi qruplar ortaya çıxacaqdı. 20.000 satan albomdan sonra 1982-ci ilin baharında qrup Elektra Records ilə razılaşdı. Bu firmanın israrıyla ilk albom Roy Tomas Baker prodüserliyində təkrar hazırlanıb nəşr olundu. Qrup Elektra Records ilə 80-ci illərdə bir sıra klassik alboma imza atdı. 1983-cü ildə müzakirələrə gətirib çıxaran, satanik elementlər daşıyan «Shout At The Devil», 1985-ci ildə bir az daha qaranlıq quruluşda və təvazökar bir albom olan «Theatre Of Pain», 1987-ci ildə qrupun əvvəlki albomlarına görə daha çox blues təsirli bir iş olan və bir həftə içində yüksək satış müvəffəqiyyətinə nail olan bir nömrəyə yerləşən «Girls, Girls, Girls», 1989-cu ildə də böyük bir albom olan və qrupun zirvəyə çatmasını təmin edən «Dr.
Qruv-metal
Qruv-metal (ing. groove metal), heavy metaldan yaranmış bir tərzdir. Groove metal, thrash metalın səs xüsusiyyətlərini də daşıyır, orta temp və sürətli temp ilə ifa olunur. Bu üslubun yaradıcıları Pantera və Exhorder qrupları qeyd edilir. Pantera qrupunun 1990-cı ildə çıxmış "Cowboys from Hell" adlı albomu groove metalın yaranışı deyilir. Həmiçinin həmin ildə Sepulturanın da, "Chaos A. D." adlı albomu bu yaranışa aid edilir. Groove metal üslubun da ifa edən məşhur qruplar Pantera, Lamb of God, Sepultura, Soulfly, Cavalera Conspiracy, Gojira, Throwdown və Machine Head qrupu.
Qruv metal
Qruv-metal (ing. groove metal), heavy metaldan yaranmış bir tərzdir. Groove metal, thrash metalın səs xüsusiyyətlərini də daşıyır, orta temp və sürətli temp ilə ifa olunur. Bu üslubun yaradıcıları Pantera və Exhorder qrupları qeyd edilir. Pantera qrupunun 1990-cı ildə çıxmış "Cowboys from Hell" adlı albomu groove metalın yaranışı deyilir. Həmiçinin həmin ildə Sepulturanın da, "Chaos A. D." adlı albomu bu yaranışa aid edilir. Groove metal üslubun da ifa edən məşhur qruplar Pantera, Lamb of God, Sepultura, Soulfly, Cavalera Conspiracy, Gojira, Throwdown və Machine Head qrupu.
Spryus-Qruv
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Winx club
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
Çaun körfəzi
Çaun körfəzi — Çukotka Muxtar Dairəsi ərazisində yerləşən körfəz. Şərqi Sibir dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusiyanın Çukot Muxtar Dairəsinin Çaun rayonu ərazisində yerləşir. Sahilində mühüm Arktika limanı olan Pevek limanı yerləşir. Həmcinin qəsəbə hava limanına sahibdir. Qış ayları Pevekdən Baranixaya yol gedir. Körfəz 1646-ci ildə İsa Neçaev tərəfindən təşkil edilən rus ekspedisiyası zamanı kəşf edilmişdir. 1762-ci ildə Çaun buxtasını Nikita Pavloviç Şalaurov ziyarət edir və körfəzin xəritəsini tərtib edir. Körfəzin adı yukagirlərdən götürülmüşdür. Yukagirlərdə olan Çovan sözündən götürülmüş mənası «dəniz»-dir.
Çaun ovalığı
Çaun ovalığı (rus. Чаунская низменность) — Rusiyanın Çukotka muxtar dairəsinin şimalında yerləşən ovalıq. Çaun ovalığı haqqında ilk məlumatı kapitan Billinqs 1791-ci ilin qışında xizək üzərində keçərkən vermişdir. 1908-ci ildə ovalığın ərazisini rayon pKalinnikov tədqiq etmiş və bu barədə məlumatı kitabında dərc etmişdir. Bu bölgənin ətraflı coğrafi sxemi 1929-1931-ci illərdə S. V. Obruçevin ekspedisiyası tərəfindən tərtib edilmişdir. Şərqi Sibir dənizinin sahillərinə doğru tədricən enən sahil düzənliyidir. Şimal hissəsi Çaun körfəzinin sahilinə qədər uzanır. Qərbdən Anyuy silsiləsi, cənubdan Çukot dağları və şərqdən Anadır silsiləsi ilə həmsərhəddir. Cənub hissəsində hündürlüyü 700 m-ə qədər olan dağətəyi silsilələr mövcuddur. Ovalığın sahəsi təxminən 60 min km²-dir.
Çaun rayonu
Çaun rayonu (çuk. Чаан район, bəzən Ча́ун-Чуко́тка) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rayonun daxilində Çaun şəhər dairəsi yerləşir. İnzibati mərkəzi Pevek şəhəridir (Rusiyanın Şimal qütbünə ən yaxın şəhəri). Çaun rayonu diyarın şimal-qərbində, Şərqi Sibir dənizi sahilində yerləşir. Sahil xəttinin uzunluğu 580 km-dir. Çaun ovalığını və Çaun körfəzinin adaları (Ayon, Böyük Routan, Şalaurov) rayon ərazisinə daxildir. Şərqdən qərbə Çaun rayonu 290 km, cənubdan şimala 330 km məsafədə uzanır. Şelaqski burnu rayonun və Çukot Muxtar Dairəsinin materik hissəsinin ən şimal nöqtəsidir. Şərqdə Anadır rayonu, cənubda Bilibin rayonu ilə, şimal-şərq isə İultinski rayonu ilə həmsərhəddir.
Çeun Yuk
Çeun Yuk (28 oktyabr 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Çeun Yuk Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çeun Yuk Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Çeun Yuk Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Əl-Əfuv
Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149) İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər.
Usuv bəy
Usub bəy Teymuryan (v. 1934, Şəmirəm, Əştərək rayonu) — yezidi əsilli Ermənistan siyasətçisi və hərbçisi, Birinci Ermənistan Respublikasının parlamentinin üzvü. O, 1896-cı ildən Cənubi Qafqazda yaşayan yezidilərin lideri olmuşdur. Usub bəy 1918-ci ildə Sərdarabad döyüşündə də iştirak etmişdir. Usub bəyin Romanovlar sülaləsindən olan Rusiya imperatoruna yazdığı məktubda Usub bəyin xalqının yezidi kürdləri olduğunu yazır. O, milliyyətini kürd kimi göstərir, lakin onların din etibarilə yezidi olduqlarını göstərir: 2007-ci ildə Şəmirəm kəndində məktəb Usub bəyin şərəfinə adlandırılmışdır.
Cyclamen coum
Qafqaz meşənovruzu (lat. Cyclamen coum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Coui Kinq
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Çaul döyüşü
Çaul döyüşü — bir tərəfdən Portuqaliya donanması ilə digər tərəfdən Misir Məmlükləri, Qucarat sultanlığı və Kaliküt şəhərinin birləşmiş donanması arasında dəniz döyüşü. Döyüş 1508-ci ilin martında Hindistanın şimal-qərbindəki Çaul körfəzində baş verib. Döyüş 8 gəmidən 6-nı itirən portuqalların tam məğlubiyyəti ilə başa çatdı. Portuqaliyalı komandan, Hindistanın ilk portuqaliyalı canişini Fransisko de Almeydanın oğlu Lourenço de Almeyda da döyüşdə həlak oldu. Döyüş portuqalların Hind okeanında ilk məğlubiyyəti idi. Hindistandan gələn ədviyyat ticarətinə fəal şəkildə müdaxilə edən portuqallar Hindistanın cənubunda Kerala sahillərində özlərinə istinad mövqesi qurdular. Ədviyyat yolunu ələ keçirməyə çalışan portəgizlər bölgədəki mühüm strateji məntəqələri tutmağa başladılar. Tədricən onlar İndoneziya, Moluk adaları və Çindən ticarət yollarının kəsişdiyi Qücərata nəzarət etməyin vacibliyini dərk etdilər. Portuqallara bölgədəki ədviyyat ticarətinə nəzarət edən qüvvələr koalisiyası müqavimət göstərməyə başladı. Bu koalisiyaya Kaliküt, Qücərat, Misir və Venesiya daxil idi.