İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri.
Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149)
İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir:
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl Surəsi, 61)
Lakin unutmamaq lazımdır ki, Allahın əfvediciliyi səmimi qulları üçün keçərlidir. O, Özünə içdən yönəlib dönən insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub, qəti bir qərarlılıqla tövbə etməsidir. Yoxsa tövbə edib təkrar-təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi bir peşmanlıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 17)