Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu. Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı. 1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi.
Çurum Meru
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Şəvkət Çoruh
Şəvkət Çoruh (30 iyun 1973, İstanbul) — 2006-cı ildən Arxa Küçələr adlı serialdakı Məsud rolu ilə tanınır. İstanbuldakı Ata Səhnənin qurucusudur. Şəvkət Çoruh 1973-cü ildə İstanbulda dünyaya gəlib. 93 Hərbi sonunda Ardanuçun Anaçlı kəndindən İstanbula köç edərək hal-hazırda Ömərli Barajı suları altında qalmış olan Muradlı kəndinə yerləşmiş Artvinli bir ailənin tək uşağıdır. Anası dərzi, atası avtobus sürücüsü idi. İlk təhsilini Üsküdarda Daşməktəb məktəbində tamamlayan Çoruh 14 yaşından 24 yaşına qədər Maltəpədə yaşayıb. Orta təhsilini Qartal Anadolu Məktəbində tamamlayıb. Məktəbdən məzun olduqdan sonra Müjdat Gəzən Sənət Mərkəzində teatr təhsili alıb. 1989-cu ildən bəri müxtəlif teatr oyunlarında rol alıb. Adını bir internet firmasının reklamında oynadığı "Kokoreççi" yazaraq duyurdu.
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.
Cavanan-i Gürüh (Vərziqan)
Cavanan-i Gürüh (fars. جوانان گروه‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (10 ailə).
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır. Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır.