Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şelkov rayonu
Şelkov (çeç. Шелковски кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir. Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir. Sahəsi 2994.12 km² (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir. Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir.