İPƏK

I
сущ. шёлк:
1. волокно, выделяемое гусеницами тутового шелкопряда
2. ткань из таких ниток. Bu mağazada ipək satılır в этом магазине продаётся шёлк, cürbəcür ipəklər различные шелка
II
прил. шёлковый:
1) являющийся шелком. İpək sap шелковая нитка, ipək parça шелковая материя
2) сделанный из шелковой ткани. İpək köynək шелковая рубашка, ipək corablar шелковые чулки, ipək yaylıq шелковый платок
3) связанный с получением и обработкой шелка. İpək fabriki шелковая фабрика, ipək sənayesi шелковая промышленность
4) перен. напоминающий шелк по виду или на ощупь. İpək saçlar шелковые волосы
5) перен. послушный, кроткий. İpək xasiyyətli с шелковым характером, ipəyə dönmək становиться, стать шелковым
2. шелковичный. İpək qurdu шелковичный червь (гусеница тутового шелкопряда)
◊ ipək kimi как шелк, как шелковый:
1. о мягких блестящих волосах
2. о мягком характере
İPÇİLİK
İPƏKAÇAN
OBASTAN VİKİ
İpək
İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça. Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur. XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur. İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.
İkinci İpək
İkinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
İpək (dəqiqləşdirmə)
İpək — barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplardan toxunan qiymətli parça. İpək (komiks) — uydurma personaj. Birinci İpək — Laçın rayonu inzibati ərazi vahidində kənd. İkinci İpək — Laçın rayonu inzibati ərazi vahidində kənd.
İpək (komiks)
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
İpək Yolu
Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar. "İpək yolu" və "İpək marşrutu" terminləri (alm.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Əmrah İpək
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
İpək Ərdəm
İpek Ərdəm (türk. İpek Erdem; 1984, Bursa) — Türk aktrisa. Keçmiş futbolçu, texniki direktor Haluk Erdem və dizayner, operator Emine Akbaşın qızı olaraq dünyaya gəldi. Taygun və Algun Erdem qardaşları, onlar da keçmiş futbolçu və texniki direktorlar. Yeddi yaşında ilk getdiyi teatr tamaşasında aktrisa olmağa qərar verən İpek Ərdəm, 1995-ci ildə Bursa Bələdiyyə Konservatoriyasında Türk Sənət Musiqisi təhsili aldı. İlk aktrisalıq təhsili də 1996-cı ildə Bursa Dövlət Teatrı ilə əlaqəli Osmaniye Mədəniyyət Mərkəzindədir. Orada Hansel və Grathel, Vur Emri, Aşk Fıçıları adlı tamaşalarda rol aldı. Bundan başqa çox kiçik yaşdan etibarən idman və rəqsə marağı var idi. 1987–1998-ci illər arasında gimnastika, balet, üzgüçülük, voleybol və folklora getdi. 2002-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyası, Teatr Sektorunu daxil olaraq İstanbula gəldi.
Melike İpək Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Ordubad ipək kombinatı
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.
Qarabağ İpək Kombinatı
26 Bakı komissarı adına Qarabağ İpək Kombinatı (azərb-kiril. 26 Бакы комиссары адына Гарабағ Ипәк Комбинаты) — Azərbaycan SSR-də yüngül sənayesi müəssisəsi. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olan Xankəndi şəhərində yerləşirdi. Kombinat baramaaçma, eşmə və toxuma sahələrini birləşdirmiş, xam ipək, eşmə ipək, cod ipək parça buraxırdı. 1926–1928 illərdə işə salınmışdır. 1934-cü ildə ipəktoxuma istehsalına başlanılmışdır. 1954-cü ildə yeni toxuculuq fabriki işə salınmındır. 1955-ci ildə bunların əsasında Qarabağ ipək kombinatı təşkil edilmişdir. Kombinatın baramaaçma istehsalatı 196 baramaaçma teşti və 48 avtomat baramaaçma dəzgahı ilə təchiz edilmişdir. 1977-ci ilin məlumatına görə, bir baramaaçma teştinin illik istehsalı 571 kq-dır.
İpək Yolu İqtisadi Kəməri
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
İpək yolu üzərində Azərbaycan abidələri
İpək yolu üzərində Azərbaycan abidələri — Azərbaycanın İpək yolu üzərində yerləşən abidələri. "Böyük İpək Yolu" — e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər aparan karvan yolu olmuşdur. Bu İpək Yolunun üzərində yerləşən və mühüm strateji mövqeyə malik olan Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynamışdı. Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmış, artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur. Bu səbəbdəndir ki, əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, briliant, mirvari Avropa ölkələrinə daşınımasında Azərbaycanın mühüm rolu olmuşdur. Qədim Odlar Yurdu hələ antik dövrlərdə "Böyük İpək yolu" zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan ticarət yollarının buradan keçməsi səbəbli İpək yolunun üzərində yerləşən Bakı, Bərdə, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi Azərbaycan şəhərləri regionun taleyində, siyasi və iqtisadi inkişafında önəmli rol oynayırdılar.
İpək Yolu Beynəlxalq Musiqi Festivalı
İpək Yolu Beynəlxalq Musiqi Festivalı — Bədii rəhbəri professor Firəngiz Əlizadə olan 2010-cu ildən etibarən keçirilən festival. == Haqqında == Şəkidə “İpək yolu” Festivalı 12 dəfə (2010-2023) keçirilib. Bu festival onlarla ölkədən musiqiçiləri öz ətrafında toplayır və incəsənət bayramıdır. Burada müxtəlif xalqların folklor ənənələrinin zəngin palitrası təqdim olunur, simfonik və kamera musiqisi konsertləri səslənir, opera və balet tamaşaları nümayiş olunur, elmi konfranslar keçirilir, yerli musiqi məktəblərinin və incəsənət kollecinin şagirdləri üçün ustad-dərsləri təşkil olunur. Festival çərçivəsində rəssamların sərgisi, milli geyimlərin defilesi, çoxsaylı görüşlər, bu qədim şəhərin tarixinə və mədəniyyətinə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilir. Tədbirlər açıq havada, tarixi abidələr fonunda keçirilir və bunlar səslənən musiqi, nümayiş olunan tamaşalar üçün dekorasiyalara çevrilir. Dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurmuşdur.
İpək xrizotil və amfibol asbest təzahürü
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. === Tanınmış şəxslər === Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Böyük ipək yolu
Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar. == Termin == "İpək yolu" və "İpək marşrutu" terminləri (alm.
Böyük ipək yolunda (film, 1986)
Böyük İpək Yolunda qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir. == Məzmun == Elmi-kütləvi film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir. Filmdə Böyük İpək Yolu ilə bağlı tarixi materillardan, Azərbaycanda qazıntı zamanı aşkara çıxarılmış arxeoloji nümunələrdən, Azərbaycan ipəyinin tarixindən, şərqin və qərbin qədim dövrlərdəki sıx əlaqələrindən, habelə Böyük İpək Yolunun bəşər mədəniyyəti tarixində oynadığı roldan söhbət açılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
Abdi İpəkçi sui-qəsdi
1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5-6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır. Bu isə qətldə başqa birinin də iştirak etdiyini göstərmişdir. Həmin şəxs Oral Polad olmuşdur. Oral Polad və Məmməd Şənər sui-qəsdi birlikdə planlaşdırmış, Məmməd Əli Şəbəkə isə onu icra edəcək şəxs kimi onlara sonradan qoşulmuşdur. Məmməd Əli Şəbəkə sui-qəsdə görə edama məhkum edilsə də 1979-cu ildə ölkənin ən ciddi qorunan hərbi həbsxanalarından biri Maltepe Hərbi Həbsxanasından qaçırılmışdır. Abdullah Çatlı Bədrəddin Comərd sui-qəsdində əli olduğuna görə axtarışa verilmiş və 1978-ci ilin avqustunda Sakaryada saxlanılmışdır. Buna baxmayaraq o 48 saat sonra sərbəst buraxılmışdır. Uğur Şamçının İpəkçi cinayətinin əsas fiquru adlandırdığı Çatlı 1982-ci ilin fevralında bu dəfə "MHP" cinayəti ilə axtarışa verilmiş, Sürixdə Məmməd Şənər ilə birlikdə saxta pasportla tutulmuş, ancaq yenə də 48 saat sonra azadlığa buraxılmışdır.
Gümçü-ipəkçi nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
İpəkqurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
İpəkqurdular
İpəkqurdular (lat. Bombycidae) — pulcuqqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
İpəktük köpəkdilotu
İpəktük köpəkdili
İpəktük köpəkdili (lat. Cynoglossum holosericeum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik və ya ikiillik ot bitkisidir. Gövdəsi 40-60 sm hündürlükdədir. Kökətrafı yarpaqları çoxsaylı neştərşəkilli, 25 sm-ə qədər uzunluqda, 2-2,5 sm enindədir, itisaplaqlı, ortada yerləşən saplaqları oturaq, ağ tüklüdür. Çiçəkləri əvvəlcə başcıq çiçək qrupunda toplanır. Kasacığı 3-4 mm uzunluğunda, sıxtüklü, uzunsov, iti hissəlidir. Çiçək tacı bənövşəyi –qırmızı, 7-8 mm diametrində, qısa boruludur.
Boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri

Значение слова в других словарях