Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alupka
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir. == Coğrafiyası == === İqlim === Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C). == Tarix == Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
Kunitaka Sueoka
Kunitaka Sueoka (d. 1 fevral 1917) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. == Karyerası == Oleq Stepko 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. == Tarix == Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Klyoçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lepia sativa
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Lipka tatarları
Lipka tatarları yaxud Litva tatarları, həmçinin Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimilər — Polşa ərazisində yaşayan tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir. Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular. Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər. XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar. XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir. XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər. Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar.
Proprioseiopsis septa
Proprioseiopsis septa (lat. Proprioseiopsis septa) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis septa Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Slesa qalası
Slesa qalası (gürc. სლესის ციხე) — Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. Tarixi bilinməyən qala kompleksi dövrümüzdə xarabalığa çevrilmiş qaladan və ona bitişik olan iki təpənin arasında yerləşən və strateji olaraq daha yaxşı qorunan qüllədən ibarətdir. Borcomi vadisi boyunca uzanan qala kompleksi Gürcüstanın mərkəzini cənubdan gələn hücumlardan qoruyurdu. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Qalanın tarixi məlum deyil. Qalanın memarlıq xüsusiyyətləri və odlu silahlar üçün yaradılmış bəzəklər ilə təmin olunmasından belə ehtimal edilir ki, abidə orta əsrlərdə inşa edilmişdir. O dövrdə 16 ailənin yaşadığı Slesa kəndinin varlığı haqqında ilk dəfə 1598-ci ildə baş tutmuş Osmanlı siyahıyaalınması zamanı qeyd edilmişdir. Bölgənin Osmanlı tərəfindən fəth edilməsi Samtsxenin yerli əhalisinin sürgün edilməsi və ya assimilyasiyası ilə nəticələndi. 19-cu əsrdə kənd tərk edildi.
Klyuçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Seka Qadiyev
Seka Qadiyev (oset. Гæдиаты Куыцырийы фырт Секъа; 1855, Qanisi[d], Mtsxeta-Mtianeti – 21 iyul (3 avqust) 1915, Vladiqafqaz) — osetin əsilli şair və yazıçı, Osetiya ədəbiyyatının klassiki. Osetiya klassik nəsrinin banisi. == Bioqrafiyası == Seka uşaqlığını ehtiyac və çətinliklə keçirir. 18 yaşında oxumağı və yazmağı öyrənir. 1872-ci ildə Qudski kilsəsində xorçu olaraq xidmət etməyə başlayır. Ancaq kiçik bir maaş 8 nəfərlik bir ailənin mövcudluğunu təmin edə bilmədiyindən, eyni ildə Seka daha yaxşı bir həyat axtarışında Şimali Osetiyaya köçür. Burada osetin kəndlərində xorçu kimi xidmət etməyə davam edir. Ancaq ailənin maddi vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşmır. Uşaqları da özü kimi çalışmalı olur.