Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Denis Şmıqal
Denis Anatolyeviç Şmıqal (ukr. Денис Анатолійович Шмигаль; 15 oktyabr 1975, Lvov) — Ukrayna dövlət və siyasət xadimi, mühəndis-iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru (2003). 4 mart 2020-ci ildən Ukraynanın baş naziri. 2019-cu il avqustun 1-dən 2020-ci il fevralın 5-dək İvano-Frankivsk Regional Dövlət Administrasiyasının sədri. Ukrayna baş nazirinin müavini — 2020-ci il fevralın 4-dən martın 4-dək icmaların və ərazilərin inkişafı üzrə nazir.
Miqart
Miqart Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Miqart-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə Maqaret kimidir. Dağ Borçalıya mənsub bu kənd 1920-cı ildə Ermənistana birləşdirilmiş və Tumanyan rayonunda ermənicə yazılışda adı Mğart adlandırılmışdır. XIX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi zorla köçürülmüş və ermənilər yerləşdirilmişdir. Azərbaycan dilində mağara sözündəndir.
Smilax
Mərəvcə (lat. Smilax) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinə aid bitki cinsi.
Şpaqat
Şpaqat (rus. Шпагат; ing. Split) — ayaqların bir xətt istiqamətində 180 dərəcə açılmasından ibarət olan bədən vəziyyəti. Şpaqat müxtəlif idman növlərində həyata keçirilir: rəqs, fiqurlu konkisürmə, gimnastika, aerobika, döyüş sənəti, sinxron üzgüçülük, kapoeyra, yoqa. Şpaqat dartıb genəltmə (rus. растяжка) tapşırıqlarından biridir. Şpaqatın iki növü mövcuddur: "eninə" (ayaqlar tərəflərə yayılması) və "uzununa" (ayaqlar irəli və geri yayılması) şpaqat. Yuxarıya şpaqatda (ing. Oversplit) ayaqlar arasındakı bucaq 180 dərəcəni keçir. Bir çox insan şpaqat açmaq istəyir.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Amiqao stadionu
Amiqao stadionu (port. Estádio Governador Ernani Sátyro) — Braziliyanın Kampina Qrande şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,000 nəfərdir. "Treze" və "Kampinense" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 1975-ci ildə olmuşdur.
Etiqat Hacıyev
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911, Kazan quberniyası – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Smilax glabra
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Smilax medica
Sovqat (1942)
Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Smilax excelsa
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
İkiqat zərbə
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
Sovqat Məmmədova
Sovqat Məmmədova (1931, Bideyiz, Nuxa rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1931-ci ildə Azərbaycan SSR Nuxa rayonunun Bidəiz kəndində (indiki Şəki rayonunun kəndi) anadan olub. Ölüm ili məlum deyil. 1948-ci ildən — briqada rəhbəri, 1953-cü ildən Şəki rayonunun Lenin adına kolxozunda kolxozçu olmuşdu. 1949-cu ildə 3 hektar sahədən hər hektardan 20,1 sentner olmaqla məhsul əldə etmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1950-ci il 17 iyun tarixli fərmanı ilə 1949-cu ildə yüksək tütün məhsulu əldə etdiyinə görə Məmmədova Soqat Baba qızı Lenin ordeni və "Oraq və çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.