Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Şnurov
Srgey Şnurov (rus.: Серге́й Влади́мирович Шну́ров. 13 aprel 1973, Leninqrad) — Rusiyalı rok musiqiçisi, şair, kino aktyoru, televiziya aparıcısı, rəssam və ictimai xadim. "Bumer" filminin soundtrekinin müəllifi. "Leninqrad" və "Rubl" qruplarının lideri. RTVi telekanalının baş prodüseri (29 iyun 2020-ci ildən). Həmçinin "İnkişaf Partiyası"nın həmsədridir. Sergey 13 aprel 1973-cü ildə Leninqradda anadan olmuşdur. İlk təhsilini 564 nömrəli ümumtəhsil məktəbində almış, sonra Leninqrad mühəndis-tikinti İnstitutuna daxil olmuş və oranı bitirmədən bərpa Liseyinə keçmişdir. Litseyə oxuduğu ixtisas, ağacdan hazırlanmış əsərlərin bərpaçısı ixtsası olub. Liseydə təhsil aldıqdan sonra İlahiyyat İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, orada üç il təhsil almışdır.
Sauron
Sáuron (kv. Sauron) — Con Ronald Ruel Tolkinin uydurma Orta Dünya haqqında yazdığı əsərlərində Qaranlıq hökmdarı və ya Üzüklərin hökmdarı olaraq adlandırılan maia. Annatar Sauronun birinci çağın başlarında elflərin bildiyi adıdır. Keleborn və Elrond Annatarın kim oldugunu bildikləri üçün Mordordakı pisliyin dəyişməyəcəyindən əmin idilər. Ancaq bir qrup elf Annatara aldanmiş və onun sozdə yardımını qəbul etdilər. Annatar dəmirçilik bilgisini elflər ilə paylaşdı və onlara bu elmin incəliklərini öyrətdi. Annatar 300 il boyunca elflər ilə dostluq qurdu. Ən sonunda elflərə güc üzüklərini düzəltməyi öyrətdi və elflər bu üzüklər ilə Orta Dünyada böyük işlər eləməyə başladılar.
Nurek
Nurek (tac. Норак) — Tacikistanda şəhər, paytaxt Düşənbədən 70 km cənub-şərqdə, əhalisi 30.900 (2019). 16 dekabr 1960-cı ildə Nurek kəndini regional tabe şəhərə (Ordjonikidzeabad bölgəsi) çevirərək Nurek Su Elektrik Stansiyasının inşası zamanı yaradıldı. Nurek, Vaxş çayının üzərində, dəniz səviyyəsindən 885 m yüksəklikdə yerləşir. Şəhərə bir çox kənd və camaat daxildir (tərkibində bir neçə ailənin yaşadığı qəsəbələri belə adlandırırlar): Tutkavul, Kibil, Çaşma, Lanqar, Dukoni, Xocaabdulla, Navde, Daqana və Energetik. 12 iyul 1961-ci ildə Nurek respublika tabeliyində bir şəhər statusu aldı. Əhalisi 1 yanvar 2019-cu il tarixinə 30.900 nəfərdir. Nurek SES: 1972-ci ildə istismara verilmişdir, bənd hündürlüyü 300 m, elektrik stansiyasının gücü 3000 MW, su anbarının səthinin sahəsi 98 km² yığma beton zavodu geyim fabriki çörək istehsalı Nurek şəhərində bina və şəhərləri lazım olan hər şeylə vaxtında və tam təmin edən yeni bir iqtisadi əməkdaşlıq forması — "İşçi estafeti" yarandı. Bunun sayəsində Nurek SES -in birinci bloku 15 noyabr 1972-ci ildə, 1978-ci ilin dekabrında isə ucuz elektrik enerjisi istehsal edən stansiyanın son bloku istismara verildi. Qeyd edək ki, Nurek SES istifadəyə verildikdən sonra 292,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir.
Sursk
Sursk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Şurik
Şurik (Xoy)
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. Əhalisi 1302 nəfərdir. Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Sursok muzeyi
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir. Sursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir . Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur . Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu . Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Dmitri Şurov
Dmitri İqoreviç Şurov (ukr. Шуров Дмитро Ігорович; 31 oktyabr 1981, Vinnitsa) — Ukrayna musiqiçisi, 2009-cu ildən etibarən PianoBoy layihəsinin solistidir. Keçmişdə — Okean Elzı (2001–2004) və Esthetic Education (2004–2008) qrupların pianoçusu, 2006–2009 Zemfiranın qrupunda pianoçu idi. 2008 və 2009-cu illərdə Qoqolfest çərçivəsində keçirilən Kiyevdə Moloko Music Fest birgə keçirdiyi festivalının təşkilatçısı idi. "Хоттабыч", "Пуговица", "Оранжевая любовь", "Игры в солдатики", "Как найти идеал", "Таинственный остров", "Слуга народа" kimi filmlərin musiqisililərin müəllifidir. 2017-ci ildən — Ukraynanın "X-Factor" layihəsinin səkkizinci mövsümünün münsiflər heyətinin üzvü. == Həyatı == === İlk İlləri === 31 oktyabr 1981-ci ildə Vinnitsada anadan olmuşdur. Atası — şair, sənətçi, televiziya proqramlarının redaktoru. Anası — müəllimə və musiqiçidir. Dörd piyanoyu başladı.
Kommutasiya şnuru
Kommutasiya şnuru (LAN kabel) strukturlaşdırılmış kabel sisteminin tərkib hissələrindən biridir. Bir elektrik cihazını başqa birinə və ya passiv siqnal ötürücü avadanlıqla birləşdirmək üçün bir elektrik və ya fiber optik kabeldir. ANSI EIA TIA 568B.1 standartına uyğun olaraq hər hansı bir növü ola bilər, lakin ölçüsü yox, açıq ofislər üçün TSB-75 uzadılması istisna olmaqla (uzunluğu TSB-75 görə icazə verilir) 5 m-dən artıq olmamalıdır. Kabelin hər iki ucunda həm də cihazların bağlanması üçün birləşmələr mütləqdir. Kommutasiya şnuru adətən çox fərqli rənglərdə istehsal olunur və asanlıqla ayırd edilir. Kommutasiya şnuru növlərinə mikrofon şnuru, fiber optik spektroskopiya şnuru, qulaqlıq uzatma şnuru, XLR konnektoru, Tiny Telefon (TT) konnektoru, RCA konnektoru və ¼ TRS telefon konnektor şnurları (həmçinin Ethernet kabelləri) video və ya gücləndirilmiş siqnalları ötürmək üçün istifadə edilən şnurlar (ilan şnuru) aiddir. Kommutasiya şnuru standart strukturlaşdırılmış şnurlardan fərqlənir, belə ki, kabel elastiklik üçün qapalıdır, standart bir kabel isə sadə misdir. Uzunluq artdıqca kabellər adətən daha qalın və / və ya siqnalın itirilməsinin qarşısını almaq üçün (zəifləmə), istənməyən radio frekansların müdaxiləsinin (elektromaqnit müdaxilə) qarşısını almaq üçün daha çox qoruyucu ilə hazırlanmışdır. Şnurun hər bir ucu bağlayıcıya qoşulub ki, şnur daxil edilə bilsin. Bağlayıcı tipləri xüsusən şnura uyğunlaşmaqla geniş fərqlənə bilər.
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Nurek SES
Nurek su-elektrik stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası. Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir.
Nurol Ejder
Nurol Ejder (türk Əjdaha), Nurol Makinanın buraxdığı bir Türkiyə istehsalı zirehli transportyordur. İki modeli var: Ejder 6x6 və Ejder Yalçın 4x4. Əməliyyat mənzili 700 km, maksimum sürəti 120 km/s təşkil edir. Əsas 6×6 versiyası uzaqdan idarə olunan 7.62 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatan ilə təchiz edilmişdir. Müxtəlif silah sistemlərinin və 5 ton ağırlığa kimi silahlı qüllələrin inteqrasiyasını dəstəkləyir. Mina və HHQ-lərdən qorunmaq üçün V formalı gövdəyə malikdir. 8 kq-a kimi mina partlayışlarına tab gətirə bilər. Müdafiəsi modulyar əlavə zireh ilə artırıla bilər. Bu vasitələrin bir çoxu 2008-ci ildə Gürcüstana satılmışdır. Avtomobilin dizayn tədqiqatlarına 2012-ci ilin son rübündə başlanılıb və əsas nəqliyyat vasitəsinin prototipi 2013-cü ildə IDEF-də nümayiş etdirilib.
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
Rabadan Nurov
Rabadan Nurov (1889, Dağıstan vilayəti – 1942) — Dargin şairi və dramaturqu, Dargin sovet ədəbiyyatının banilərindən biri. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü. Rabadan Nurov 1889-cu ildə Sanamaxı kəndində (indiki Dağıstanın Levaşi rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mədrəsədə təhsil almışdır. Gəncliyində Maykopdakı neft yataqlarında çalışır və burada bir gizli təşkilatın üzvü olur. 1914-1917-ci illərdə tətildə iştirak etdiyi üçün həbsxanaya salınır. Oktyabr inqilabından sonra Maykopa qayıdır. Əvvəlcə Sovetlər İcraiyyə Komitəsinin üzvü, sonra isə nümayəndəsi seçilir. 1918-ci ildə Rabadan Nurov Dağıstana qayıdır. Dağıstanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edir.
Sauro­rnithes
İlk (qədim) quşlar (Saurornithes) — sürünənlərlə quşların əlamətlərini birləşdirən primitiv quşlar yarımsinfi. Çoxfəqərəli (20–21) uzun quyruğun hər iki tərəfində iki sıra sükan lələkləri yerləşirdi. Sümükləri boşluqsuz idi. Dimdik əvəzinə dişli çənələri vardı. Uçmaq qabiliyyətləri məhdud olmuşdur. Qısa qanadları caynaqlı üç barmaqla tamamlanırdı. Yeganə nümayəndəsi Archeopteryx-in qalıqları Bavariyanın üst yura litoqrafik şistlərində tapılmışdır. Quşlar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Spürk (jurnal)
Spürk (erm. Սփիւռք) — erməni diasporunun nəşr etdirdiyi ən nüfuzlu ictimai-siyasi dərgilərdən biridir. Spürk erməni dilində "Diaspor" deməkdir. Jurnal 1958-ci ildən Beyrutda (Livan) nəşr olunur, məşhur redaktorlar Simon Simonyan (1958-1975), Gevork Açemyan (1978-1989) və başqaları. 1978-ci ilə kimi Spürk qazet şəklində sonra isə jurnal şəklində işıq görməyə başlayıb, Spürk Erməni Xalq Hərəkatının (ing. Pan-Armenian National Movement) dərgisidir. İlk zamanlar Spürk erməni partiyalarından və siyasi təşkilatlarından asılı olmayan bir siyasətə sahib idi, müxtəlif ölkələrdə geniş oxucu kütləsinə və çox sayda müəllifə malik idi (müəlliflər sırasında Ovanes Şiraz, Silva Kaputikyan, Gevork Qubelyan, Ovanes Parskuni). Jurnalda onun bütün tarixi boyu mütəmadi şəkildə antitürk sonra isə antiazərbaycan xarakterli məqalələr yer alıb. Təsadüfi deyil ki, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərdində bu dərgi demək olar ki, bütün məşhur erməni millətçilərinin məqalələrini dərc edib. Jurnalda həmçinin mühacir erməni ədəbiyyatının nümunələrinə də rast gəlmək olur.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Şürük bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tamaş Şuyok
Tamaş Şuyok (mac. Sulyok Tamás, 24 mart 1956) — Macar hüquqşünas və siyasətçidir. 5 mart 2024-cü ildən etibarən Macarıstanın prezidentidir. O, 2016–2024-cü illər arasında Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti olmuşdur.
Şemrok Rovers FK
"Şemrok Rovers FK" (ing. Shamrock Rovers F.C., irl. Cumann Peile Ruagairí na Seamróige) — İrlandiya futbol klubu.Shamrock Rovers ölkənin paytaxtı Dublində yerləşən İrlandiya futbol klubudur. 1901-ci ildə yaradılmışdır. Ev oyunları ümumi tutumu 6000-ə qədər tamaşaçı tutumuna malik Talla stadionunda keçirilir. Premyer Liqanın hazırkı üzvü, futbol üzrə İrlandiya çempionatının yüksək divizionu. İrlandiya çempionatının ən titullu futbol klubu. Klub İrlandiya çempionatında ən çox kubok qazanan rekorda sahibdir: Premyer Liqada 19, İrlandiya Kubokunda 25 və Qalxan Kubokda 18 qələbə.[2] Klub həmçinin İrlandiyada öz futbolçularını İrlandiya milli komandasına həvalə etmiş bütün klublar arasında rekorda sahibdir: 62 oyunçu.