Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamb
Şamb, Şamkəndi, Şamkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması "Şam"dır. Toponimin sonundakı "b" samiti sonradan artırılaraq erməni dilində "qarğı, qamış" mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim "ağac" mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Peter Stamm
Peter Stamm (18 yanvar 1963, Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist. 1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı.
Andromeda ştamı (roman)
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Ştam serialının seriyalarının siyahısı
Ştam (ing. The Strain) — 13 iyul 2014-cü ildə FX telekanalında təqdim edilmiş ABŞ qorxu dram teleserialıdır. Teleserial eyni adlı romanlar seriyası əsasında Gilyermo del Toro və Çak Hoqan tərəfindən yaradılmışdır. Serialın icraçı prodesseri və şouranneri Karlton Kyuz olmuşdur. Dörd mövsüm ərzində serialın 46 epizodu təqdim edilmişdir. Aşağıdakı siyahıda mövsümlər üzrə seriyaların siyahısı, hər seriya haqqında qısa məlumat və məzmunu verilmişdir. fxnetworks.com/thestrain — Ştam serialının seriyalarının siyahısının rəsmi saytı «Ştam» — Internet Movie Database saytında.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 812 s.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı. Steam-ın tarixçəsi 1999-cu ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı.
İtami
İtami (yap. 伊丹市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Ştazi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Staebe
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Saab
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaliforniya ştatı
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.