Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı “Schild und Schwert der Partei” (“Partiyanın Qalxanı və Qılıncı”) idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. == Tarixi == Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Ştazi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı “Schild und Schwert der Partei” (“Partiyanın Qalxanı və Qılıncı”) idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. == Tarixi == Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Adamava ştatı
Adamava ştatı (ing. Adamawa State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Modimmo Adamanın adından gəlir. O, 1809-cu ildə bu ərazidə Adamava Əmirliyinin əsasını qoyan, Osman dan Fodio tərəfindən təşkil onunan Fulani cihadın yerli başçısı idi.
Anambra ştatı
Anambra ştatı (ing. Anambra Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Britaniya kolonial ofiserləri tərəfindən işlənilən Anam branch ifadəsindən gəlir. Anam yerli bir klan adıdır, branch isə ingiliscə budaq demək.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Bauçi ştatı
Bauçi ştatı (ing. Bauchi Ibom) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Bauçi şatatın paytaxtı olan Bauçi şəhəri Bauşe adlı bir ovçunun adından gəlir. O, şəhərin yaradıcısı olan, Yaqub ibn Dadiyə bu yerdə şəhər tikməyə məsləhət verib. Buna görə Yaqub ona yeni şəhərə onun adını verəcəyini söz verib.
Bayelsa ştatı
Bayelsa ştatı (ing. Bayelsa State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onu təşkil edən ərazilərin adlarının hərflərdən ibarətdir: Brass LGA (BALGA), Yenaqoa (YELGA) və Saqbama (SALGA).
Benue ştatı
Benue ştatı (ing. Benue State) — Nigeriyanın Şimal-mərkəz geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Benue çayından gəlir.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Buşehr ostanı
Buşehr (fars. استان بوشهر‎ – Ostane Buşehr) — İranın cənubunda ostan. Mərkəzi Buşehr şəhəridir. Ostanın ərazisi 23.191 km² -dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 886.267 nəfər əhali yaşayır.
Ciqava ştatı
Ciqava ştatı (ing. Jigawa State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun əhalisinin ən böyük hissəsini təşkil edən Hausa xalqının dilində gilli, bataqlıqsız geniş torpaq ərazisi deməkdir.
Corciya ştatı
Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir. == Əhalisi == Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir. == Coğrafiyası == Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir.
Delaver ştatı
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.
Delta ştatı
Delta ştatı (ing. Delta State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir.
Ebonyi ştatı
Ebonyi ştatı (ing. Ebonyi State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Aboine çayından gəlir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.
Enuqu ştatı
Enuqu ştatı (ing. Enugu State) — Nigeriyanın Cənub-şərgi geosiyasi zonasında ştat. == Adı == Enuqu ştatı öz adını onun paytaxtından alıb. İqbo dilində Énú Ụ́gwụ́ təpə zirvəsi demək.
Fars ostanı
Fars — İranın cənub hissəsində ostan. Mərkəzi Şiraz şəhəridir . Fars ostanın ərzisi 122.416 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.336.878 nəfər əhali yaşayır . == Tarixi == === Sasanilər dövrü === === Səfəvilər dövrü === Şah Abbas I (hic.996-1038 / miladi 1588-1629) tərəfindən irana köçürülmüş minlərlə gürcü və çərkəz kəndli idi və Pers kənarındakı kəndlərdə məskunlaşmışdılar. Böyük bir gürcü və ermənilər qrupu, ehtimal ki, 1603-1605-ci illərdə Şahın Osmanlı hücumlarına mane olmaq üçün Azərbaycanın şimalındakı ərazilərdə sistematik bir azalmaya başladığı zaman İsfahanın qərbindəki Faridan bölgəsinə köçürüldü. Ərazilərindən keçən İsfahan-Borucerd yolundan Avropalı səyyahlar nadir hallarda istifadə etdikləri üçün XIX əsrə qədər bu barədə çox az məlumata sahibik. J.M. Kinneir 1810-cu ildə onları ziyarət edərkən bölgədəki gürcülərin sayını min ailəyə hesabladı. O vaxt onlar artıq İslamı qəbul etmişdilər, lakin hələ Farslarla evlənməmişdilər (s. 128).
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Gilan ostanı
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gülüstan ostanı
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Hormuzgan ostanı
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir . Ostanın ərazisi 71.193 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır . Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.
Həmədan ostanı
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.