Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yohan Stolan
Yohan Stolan (30 mart 1939 – 24 oktyabr 2016) — İşçilər Partiyasının üzvü olmuş Norveçli siyasətçi. O, 1977–1981, 1981–1985 və 1985–1989-cu illər arasında Sor-Torndelaqdan seçilmiş nümayəndə kimi Norveç Milli Məclisində deputat vəzifəsində çalışmışdır. Yerli səviyyədə Stolan 1987–2003-cü illəri arasında Hemne bələdiyyəsinin meri olmuşdur. Stolan 2016-cı il oktyabrın 24-də 77 yaşında vəfat etmişdir.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Tolna (medye)
Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir. == Tarixi == Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.
Tolna (rayon)
Tolna (mac. Tolna ) — Macarıstanın Tolna medyesində yerləşən rayon.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. == Tarix == 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. == Həyatı == 15 iyun 1986-cı ildə doğulub.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Ageratina solana
Ageratina solana (lat. Ageratina solana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Astola adası
Astola adası, həmcinin "Cəzirə Xaft Talar" (urdu جزیرہ ہفت تلار) və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür. == Coğrafiyası == Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir. Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir.
Kristina Steyna
Kristina Steyna (d. 28 noyabr 1995) — Latviyalı üzgüçü. Kristina Steyna Latviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kristina Steyna birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.36 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 44-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Riçard Stolman
Riçard Mettyu Stallman (ing. Richard Matthew Stallman, 16 mart 1953, Manhetten, Nyu-York ştatı) — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. == Həyatı == Riçard Mettyu Stollman (Richard Matthew Stallman) 16 mart 1953-cü ildə Amerika Birləşmiş Ştatları, Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Amerikalı proqramçı, azad proqram təminatı hərəkatının banisi, haker, müəllif hüququnun əksi olan "Copyleft" nəzəriyyəsinin banisi Riçard Mettyu Stollman 1985-ci ilin oktyabr ayında Azad Proqram Təminatı Fondunun (Free Software Foundation) əsasını qoymuşdur. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) == Tarix == 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Solina gölü
Solina (Jezioro Solińskie ) — Polşanın cənubunda, Beşadı regionunda yerləşən süni göl. Göl Podkarpatiya voevodluğunun Lesko uezdi ərazisindədir. == Ümumi məlumat == Göl (su anbarı) 1968-ci ildə Solina bəndinin inşasından sonra formalaşmışdır. Bənd San çayının üzərində tikilib. San çayı Vislanın sağ qoludur. Gölün ümumi sahəsi km²-dır. Toplam 472 000 000 kub metr su tutumuna malikdir. Bu göstəricisinə görə Solina Polşanın ən böyük süni gölüdür. İlk su anbarının tikintisi layihəsi 1921-ci ilə aiddir. Ərazidə ilk geoloji və hidroloji araşdırmalar 1936-1937-ci illərədə həyata keçirilmişdir.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Stella Abramoviç
Stella Lazarevna Abramoviç (rus. Стелла Лазаревна Абрамович; 8 sentyabr 1927 – 17 fevral 1996) — SSRİ və Rusiya ədəbiyyatşünası, filologiya elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutunun baş elmi işçisi. == Həyatı == Stella Lazarevna Abramoviç Leninqrad Elektrofizika İnstitutunda işləyən assistent ailəsində anadan olmuşdur. O, Leninqrad Universitetinin filologiya fakültəsini bitirmişdir. Abramoviç 1950–1960-cı illərdə Leninqradın orta məktəblərində ədəbiyyatdan dərs demişdir. O, ardınca növbəti 30 il Puşkin evində çalışmışdır. Abramoviç tarixçi Vladimir Raitses ilə evlənmişdir.Abramoviçin elmi maraq dairəsi XIX əsr rus ədəbiyyatı tarixidir. O, Aleksandr Puşkinin həyat və yaradıcılığını araşdırmışdır. Abramoviç xüsusilə, bir sıra xatirələrə, epistolyar və sənədli sübutlara əsaslanaraq iki xronika yazmışdır: "1833-cü ildə Puşkin" və "Puşkin. Keçən il".Abramoviç 17 fevral 1996-cı ildə vəfat etmişdir.
Sterna acuticauda
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna albifrons
Sterna albistriata
Sterna aleutica
Sterna anaethetus
Onychoprion anaethetus (lat. Onychoprion anaethetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin onychoprion cinsinə aid heyvan növü.