Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum stormii
Bulbophyllum stormii (lat. Bulbophyllum stormii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Stormi Deniels
Stormi Deniels və ya Stefani Qreqori Klifford (17 mart 1979) — ABŞ pornoaktrisasıdır. 2000-ci ildə porno karyerasına başlamışdır.
Skorbit
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Sturmia
Liparis (lat. Liparis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Alatiliparis Margonska & Szlach. Alipsea Hoffmanns. Anistylis Raf. Apation Blume Cestichis Thouars Distichis Thouars Diteilis Raf. Empusa Lindl. Empusaria Rchb. f. Gastroglottis Blume Iebine Raf.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Termit qaynağı
Termit qaynağı — tozvari metallik alüminium və ya maqneziumun, həmçinin dəmir yanığından ibarət qarışığın qızdırılması üçün istifadə olunan qaynaq üsulu. == Proses == 8 Al + 3 Fe3O4 = 9 Fe + 4 Al2O3 + Q Alüminium əsasında termitdən istifadə etdikdə birləşdirici detallar oda davamlı metallarla qəliblənir, qızdırılır, qaynaq yerə əridici termitlə əvvəlcədən yandırılır (elektrik qövsü və ya qoruyucu ilə). Maye dəmir əsas metalla əridilərək möhkəm birləşmə əmələ gətirir. == Tətbiqi == Alüminium əsasında termik qaynağı polad və çuqun detalların birləşmələri üçün – relslərin, boruların quraşdırılması, qatların örtülməsi, müxtəlif məmulatların (məsələn, elementlərin torpaqlama kontutu) hazırlanmasında istifadə olunur. Maqnezium əsasında termit əsasən telefon və teleqraf xətlərinin çəkilməsində istifadə olunur. Termik qarışığından mərkəzindən kanal keçən damalar hazırlanır. Bu kanallardan qaynaq yaratmaq üçün məftillər keçir. Maqnezium əsaslı termit kiçik diametrli boruların qaynağında istifadə oluna bilər. == Azərbaycanın dəmir yollarında tətbiqi == Termitli (alüminiumtermitli) qaynaq relsərin müəyyən hissə ilə qaynağı zamanı istifadə olunur. İşi iki-üç nəfərdən ibarət briqada yerinə yetirir.
AIL Storm
AIL Storm (ivr. ‏סופה‏‎‎, Sufa) — İsrail təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən İsrail istehsalı olan bir avtomobildir. Jeep Wrangler qovşaqları üzərində dayanır və Automotive Industries Ltd. tərəfindən tərtib edilir. 1990-cı ildən Chrysler lisenziyası altında Nazaret şəhərində istehsal edilir. İkinci nəslin 4 qapılı modelinin istehsalı, İsrail Silahlı Qüvvələrinin bəzi ziddiyyətli təhlillərinə baxmayaraq 2006-cı ildə başlamışdır. Jeep Wrangler JK bazasında üçüncü nəsil modelinin inkişafını tamamladı. == Storm I == M-240 Storm MultiMission Vehicle Stormun ilk nəsiliydi. 1991-ci ildə Jeep Wrangler YJ knotlarını köhnə CJ-6 / CJ-8 təkər bazası ilə birlikdə istifadə etdi və motorları istisna olmaqla, Automotive Industries Ltd tərəfindən tamamilə İsraildə toplandı. Storm əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulmuşdu, ancaq vətəndaş bazarı üçün qısa və uzun təkər bazası modelləri də var idi.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Silent Storm
Silent Storm (azərb. Səssiz Fırtına‎) — Norveçin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. == Tarixi == Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford Strit (London)
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Uol Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll-strit canavarı
Uoll-strit canavarı — Terens Vinterin eyni adlı kitabı əsasında çəkilmiş film. Filmin premyerası 2013-cü il dekabrın 17-də Nyu-Yorkda baş tutdu və Paramount Pictures tərəfindən 25 dekabr 2013-cü ildə ABŞ-da nümayiş olundu . Bu, sırf rəqəmsal distribusiya vasitəsilə buraxılan ilk böyük Amerika filmi idi . Teatr nümayişi zamanı dünya üzrə 406,9 milyon dollar qazanaraq Scorsese-nin ən çox gəlir gətirən filminə çevrilərək böyük bir kommersiya uğuru idi. Film əxlaqi qeyri-müəyyənliyi və qurbanlara rəğbət bəsləməməsi, həmçinin açıq-aydın cinsi məzmun, ifrat söyüş , ağır narkotik istifadəsi və istehsal zamanı heyvanların istifadəsinin təsviri ilə mübahisə doğururdu. O , Ginnesin Rekordlar Kitabına ən çox söyüş halları olan film kimi düşüb. Filmin maliyyələşdirilməsi 1Malaysia Development Berhad korrupsiya qalmaqalına qarışdı ; ABŞ Ədliyyə Nazirliyi və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Red Granite Pictures-i araşdırdı və prodüser Rza Əziz 2019-cu ildə həbs olundu. Film tənqidçilərdən müsbət rəylər (və bəzi mənəvi qınaq) aldı və "ilin ən yaxşıları" siyahısında yer aldı. O, 86-cı Akademiya Mükafatları mərasimində beş mükafat da daxil olmaqla bir neçə mükafata namizəd olub : Ən yaxşı filmə görə Oskar mükafatı, Ən Yaxşı Rejissor , Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari , Ən yaxşı kişi roluna görə Oskar mükafatı (Di Kaprio üçün) və Ən Yaxşı Köməkçi Aktyor (Hil üçün). Di Kaprio 71-ci Qızıl Qlobus Mükafatlarında Ən Yaxşı Aktyor — Musiqili və ya Komediya filminin qalibi oldu və film də ən yaxşı film — musiqili və ya komediya nominasiyasında namizəd oldu .
Avengers in Galactic Storm
Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada‎) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'ar və Krii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi. 26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) - Dj Sineddin 14 may 2011 - 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5-19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.