Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suyla
Suyla – türk və altay mifologiyasında qədər ilahı. Su ilə günəş və ayın işığından yaradılmışdır. At gözlü, qartal dimdikli, eşşək qulaqlı və ilan saçlıdır. Toğurtka (ağacdələn) quşu ongunudur. Bu quş Tanrının elçisi olaraq qəbul edilir. Ülgene qurbanların ruhunu çatdırar. İnsanların həyatlarını yoxlayır, bir dəyişiklik olduqda Ülgene bildirir. İki dili vardır. Ümumiyyətlə Qarluq Xan ilə birlikdə görülər. Şamanın Ülgene qurban aparma səfərində köməkçi olar və onu pis ruhların hücumundan qoruyur.
Suyta
Suyta (yap. 吹田市) — Yaponiyanın Kansai regionunda yerləşən Osaka prefekturasında şəhər.
Süssa
Süssa (fr. Sussat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03276. 2008-ci ildə əhalinin sayı 103 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər arasında (15-64 yaş) 46 nəfər İqtisadi cəhətdən fəal, 21 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 76.4%). Fəal olan 46 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 6 nəfər işsiz (5 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Supsa
Supsa (gürc. სუფსა) — Gürcüstanda kənd. Quriya vilayətinin Lançxuti bələdiyyəsində yerləşir. Supsa çayının sahilində, dəniz səviyyəsindən 7 metr yüksəklikdə yerləşir. Supsa kənd icmasının (Supsa, Axalsopeli, Qriqoleti, Maltakva, Tabanati, Çkuni və Xidmağala kəndləri) mərkəzidir. 2014-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 273 nəfərdir. Əhalinin əksəriyyətini gürcülər təşkil edir. Supsa kifayət qədər inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik kənddir. Kənddə torf və neft yataqları var, kənd təsərrüfatı inkişaf etmişdir. C12 beynəlxalq magistralı kəndin ərazisindən keçir.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Həsənabad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qarabulaq (Şuşa)
Qarabulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. Kənd dağətəyi ərazidə yerləşir.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanbağı (Şuşa)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
İmanlar (Şuşa)
İmanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq İmanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Şuşa (1973)
Rejissor: Rüfət Şabanov
Şuşa (dəqiqləşdirmə)
Şuşa şəhəri - Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Şuşa rayonu - Azərbaycanda 1930-cu ildə təşkil edilmiş rayon. Şuşa qəzası - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mərkəzi Şuşa şəhəri olmaqla yaradılmış ərazi bölgüsü. Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Şuşa (qəzet) - Sovet dövründə Şuşada nəşr olunmuş qəzet. Şuşa (kənd) — Əfqanıstanda kənd Şuşa (film, 1973) - sənədli film. Şuşa (film, 1978) - sənədli film. Şuşa (film, 2001) - sənədli film. Şuşa (mahnı) — Azərbaycanlı bəstəkar-müğənni AISELin mahnısı.
Şuşa (kənd)
Şuşa — Əfqanıstanda kənd Şuşa kəndi 1797-ci ildə Qacarın zülmündən baş götürüb, Əfqanıstana pənah aparan şuşalılar tərəfindən salınmışdır. Seymur Verdizadə. Doğma dildə söyüş.
Şuşa (mahnı)
Şuşa — azərbaycanlı bəstəkar-müğənni Aysel Məmmədovanın mahnısıdır. Mahnı 7 noyabr 2022-ci ildə təqdim edilmişdir. Mahnının musiqisi ifaçının özünə, sözləri isə Kübra Kərimliyə aiddir. Mahnının musiqi prodüseri Emin Kərim, layihənin baş prodüseri isə Aysel Rəcəblidir. AISEL bu layihədə SS Production şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Müğənninin SS Production ilə ilk layihəsi olan Şuşa mahnısının sözləri Kübra Kərimliyə, aranjimanı isə Emin Kərimə aiddir. Aisel təqdim etdiyi layihələrində hər dəfə milli musiqi alətlərimizdən istifadə edərək, pop musiqisi ilə milli musiqi alətlərimizin sintezini dinləyicilərə təqdim etmişdir. İfaçı ənənəsinə sadiq qalaraq, bu dəfə də, milli musiqi aləti olan balaban və tütəyə müraciət etmişdir. Onu balaban və tütəkdə Coşqun Sadıqov müşayət etmişdir. Layihə ilk dəfə olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunmuşdur.
Şuşa (qəzet)
Şuşa — Azərbaycan SSR dövründə Şuşada nəşr olunmuş qəzet. Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir. Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz bayrağı", "Şuşa kurortu" adları altında fəaliyyət göstərmişdir. 1930-cu illərində qəzetin səhifələrində bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet düz 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır. Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar.
Şuşa (rayon)
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.
Şuşa (şəhər)
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Əziz Şuşa
Əziz Şuşa (ing. Aziz Shusha) — 2022-ci ildən Azərbaycan ərazisindən keçən çoxgünlük şose velosipedi yarışı. Yarış 2022-ci ildə yaradılmışdır. Onun debüt turniri milli təqvim çərçivəsində keçirilmiş və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan fərdi və qrup olmaqla iki mərhələdən ibarət olmuşdur. Qalib azərbaycanlı velosipedçi Elçin Əsədov olmuşdur. 2023-cü ildə keçirilən turnir 2.2 kateqoriyasını alaraq UCI Avropa Turunun təqviminə daxil olmuşdur. Bu, Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və onun marşrutu beş mərhələyə yüksəlmişdir.