Xan bağı — Azərbaycanın Şuşa şəhəri yaxınlığında yaşayış məskəni. Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Şuşanın üç-dörd kilometrliyindəki Xan bağı deyilən yerdə dəyirman, buzxana (sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirmişdi) tikilmişdir.[1]
Xan bağı | |
---|---|
Ölkə |
12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Şuşa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
[[Şəkil:|32px|Xankəndi]] | Xankəndi şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |