Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serdika edikti
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Macica Serbska
Macica Serbska (; a.sorb Maśica Serbska) — Sorbların elmi birliyidir. Bu Sorb tədqiqatlarını təşviq etmək və Sorblar və onların mədəniyyəti haqqında bilikləri yaymaq məqsədi daşıyır. 1847-ci ildən fəaliyyət göstərən Sorbların ən qədim mədəni və ictimai təşkilatıdı. Bu, hələ də fəaliyyət göstərən ən qədim Sorb birliyidir. == Tarixi == Macica Serbska 1847-ci ildə Bautzen şəhərində sorb ədəbiyyatının inkişafı klubu və sorb elminin inkişafı mərkəzi kimi təsis edilmişdir. Cəmiyyətin yaradıcıları arasında sorb yazıçıları Handrij Zejler, Yan Arnost Smoler və pedaqoq Korla Yan Smoler var idi. Tarixinin ilk dövründə Sorb Vətəninin üzvləri əsasən dil məsələləri, Sorb tarixi, ədəbiyyatının, folklorunun və demoqrafiyasının öyrənilməsi ilə maraqlanırdılar. 1847-1937-ci illərdə təşkilat ildə bir dəfə " Časopis Maćicy Serbskeje " jurnalını nəşr etdirirdi. 1867-ci ildə Pređenak adı altındaMacica Serbska nəşr olundu. Şərqi Prussiyadakı inqilabi hərəkatlardan sonra 1848-ci ildə Macica Serbska üzvləri Sakson məhkəməsinə müraciət edərək məktəb sistemində tədrisdə alman dili ilə yanaşı sorb dillərinə də bərabər hüquqlar verilməsini tələb etdilər.
Sertak xan
Sertak xan və ya Sartak xan – 1255–1256-cı illərdə qısa müddətə hakimiyyətdə olmuş Qızıl Orda dövləti xanı. O, Batı xanın ən böyük oğlu olmuşdur. Qısa müddət xan olduqdan sonra müəmmalı şəkildə vəfat etmişdir. Batı xanın ən böyük oğlu olan Sertak xandan tarixi qaynaqlarda ilk dəfə 1246-cı ildə Çernigiv knyazı Mixailin Saray şəhərində Batı xanın hüzuruna çıxması və ardıycada öldürülməsi hadisəsi zamanı bəhs edilir. Sonrasında Rostov knyazı Boris Vasilkoviçın adət üzrə knyazlığın təstiqlənməsində olmasına görə ondan bəhs edilməkdədir. Sertak xan 1252-ci ildə Aleksandr Nevskinin Vladimir knyazı olaraq böyük kn yaz sçeilməsində önəmli rol oynamışdır. Flamand missioner Rubrikli Villiam Fransa kralı IX Lüdovik tərəindən monqolların xristian olması və səlib yürüşünə dəstək vermələrini xahiş edən məktubunun monqol xanlarına çatdırılması vəzifəsi zamanı iyul 1253-də Don ilə Volqa arasında Sertak xan ilə görüşmüşdü. Atası Batı xan tərəfindən onu təmsilən Böyük Monqol xanı Münke xanın topladığı qurultaya qatılmaq üçün vəzifələndirilmişdi. Batı xan 1255-ci ilin oktyabr-noyabr aylarında öldüyündə Sertak hələ də Münke xanın yanında idi. Atasının sağlığında vəliəhd elan edilən Sertak böyük xan Münke tərəfindən 1256-cı ildə xan elan edildi.