Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şokolad
Şokolad — kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır. == Şokolad növləri == Qara (acı) şokolad Südlü şokolad Ağ şokolad Qabarcıqlı şokalad Diabetik şokolad == Tarixi == Şokoladın tarixi təxminən 3000 ildir. E.ə.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Şokolad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şokolad rəngi
Şokolad rəngi — qəhvəyi rəngin şokoladı xatırladan tonudur. Südlü şokolad kimi tanınan qidanın müəyyənedici rəngidir. == Mənşəyi == Şokoladın Asteklərin Nahuatl dilindəki “chocolātl” sözündən gəldiyi düşünülür. Digər tərəfdən, amerikalı linqvistik William Bright bu sözün Meksika mənbələrində olmadığını bildirmişdir; Meksikalı yazıçı Francisco J. Santamaría sözün mənbəyinin Yucatec Maya dilindəki “chokol” olduğunu iddia etmişdir. == Kakao rəngi == Kakao dənəsinin rəngi kimi tanınır.
Olev Eskola
Olev Voldemaroviç Eskola (est. Olev Eskola), 18 noyabr 1914 Tallin, Estoniya — 4 aprel 1990 Kassari, Estoniya) — Estoniya aktyoru, Estoniya SSR əməkdar artisti (1957). == Həyatı == Olev Eskola 18 noyabr 1914-cü ildə Reveldə anadan olub. "Estoniya" tetarında işləyib (1931—1935, 1944—1949). 1949-cu ildən Kinqisepp adına Tallin Dram Tetarının aktyoru olub. 1955-ci ildən filmlərə çəkilib. Bütün karyerası boyu kinoda 37 rol alıb. 4 aprel 1990-cı ildə Tallində vəfat edib. Qardaşı Ants Eskola da tanınmış aktyor olub. == Filmoqrafiya == Skripkanın sərgüzəşti (film, 1972) Qatır Məmməd (film, 1974) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Sekondi-Takoradi stadionu
Sekondi-Takoradi stadionu (ing. Tamale Stadium) — Qananın Sekondi-Takoradi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 20,000 nəfərdir. "Sekondi Hasaakas" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir. Tamale stadionuna bənzəyir. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Sekondi stadium cries for renovation. graphic.com.gh (ing.) Ghana-pedia website - Essipon (Sekondi) Stadium Arxivləşdirilib 2012-03-20 at the Wayback Machine Essipong stadium ready for Ghana 2008. Africa News, 13.
Ulduz şokolad fabriki
"Ulduz" şokolad fabriki ("Ulduz" şokolad və karamel fabriki) – Azərbaycanda şokolad və karamellərin kütləvi istehsalı ilə məşğul olan müəssisə. == Yaranması və fəaliyyəti == 2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən Ulduz şokoladlarından bu günkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçmişdir. "Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje və Çırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdi.
Şokolad (film, 2000)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şkoda Xanti FK
Şkoda Ksanti FK (yun. Π.Α.Ε. Skoda Ξάνθη Αθλητικός Όμιλος, Şkoda Ksanti Futbol Klubu) — Xanti şəhərini təmsil edən Yunanıstan futbol komandasıdır. Hal-hazırda klub Yunanıstan Superliqasında mübarizə aparır. == Tarixi == Klub 1967-ci ildə Xanti şəhərində Aspida və Orfeas adlı həvəskar klubların birləşməsindən yaranmışdır. Komandanın rəsmi adı 1992-ci ilə qədər Xanthi Football Club olmuşdur. Yunanıstandakı Škoda Auto avtomobillərinin rəsmi istelatçısı olan Viamar şirkəti klubu satın aldıqdan sonra klubun adı Skoda Xanthi Football Club olaraq dəyişdirildi. Klubun heyətində hal-hazırda cavanlar üstünlük təşkil edir. Şkoda Xanti FK 2001-02, 2005-06, 2006-07 və 2013-14 mövsümlərində UEFA Avropa Liqasında mübarizə aparmışdır. 2004-05 mövsümündə Şkoda Xanti A Etnikini (hal-hazırda Yunanıstan Superliqası) dördüncü yerdə başa vurmuşdur. Bu nəticə klubun son illərdə ən yaxşı nəticəsi hesab olunur.
Çarli və şokolad fabriki (roman)
Çarli və şokolad fabriki — ingilis yazıçısı Roald Dal tərəfindən 1964-cü ildə yazılan uşaq romanı. Roman Villi Vonkanın şokolad fabrikinə düşən Çarli Buketin başına gələn hadisələrdən bəhs edir. "Çarli və şokolad fabriki" romanı ilk dəfə 1964-cü ildə " Alfred A. Knopf, Inc." nəşriyyatı tərəfindən ABŞ-də, 1967-ci ildə isə "Allen & Unwin" nəşriyyatı tərəfindən İngiltərədə çap olundu. Roman əsasında iki film çəkilib: "Villi Vonka və şokolad fabriki" (1971) və "Çarli və şokolad fabriki"(2005). Macəranın davamı olan "Çarli və böyük şüşə lift" da Road Dahl tərəfindən 1972-ci ildə yazılmışdır. Road Dahl üçüncü kitabı yazmaq istəsə də tamamlaya bilməmişdir. == Mövzu == Çarli yoxsul ailənin uşağıdır. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi, lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir. Bir gün Villi Vonka müsabiqə elan edir.
Şkola i jizn (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. == Yaranma tarixi == "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. == Fəaliyyəti == "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.