Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. == Kilsələr == Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Şurik
Şurik (Xoy)
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. == Həyatı və karyerası == Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Surət Hüseynov
Surət və ya Sürət Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023, İstanbul) — Azərbaycanlı siyasətçi və sahibkar; Azərbaycan Respublikasının 4-cü baş-naziri, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1992–1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994). == Həyatı == Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir. 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb. 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. == Qarabağ müharibəsi və döyüşlərdə iştirakı == 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir.
Sürix (kanton)
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). == Coğrafiya == Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix FK
Sürix FK — İsveçrənın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 23 dəfə Avropa kuboklarında iştirak edib.
Sürix Universiteti
Sürix Universiteti — 29 aprel 1833-cü ildə mövcud ilahiyyat məktəbinə, hüquq, tibb və fəlsəfə ixtisasları əlavə olunaraq qurulan, bu gün 7 fakültəsi 25.000 şagirdi ilə İsveçrənin ən böyük universiteti. Sürix Universiteti, kilsə və krallara aid universitetlərdən sonra Avropada qurulan ilk dövlət universitetidir. Universitet qurulduğu illərdə qadın şagird qəbul etmədiyi kimi, qadınların hər hansı bir şəkildə dərs dinləmələrinə də icazə vermirdi. Ancaq 1847-ci ildə qadınların fəlsəfə dərslərinə dinləmələrinə icazə verən Sürix Universitetində, ilk qadın həkim şagirdi 1866-cı ildə təhsilə başladı. 1901-ci ildə baytarlıq fakültəsi əlavə olunan universitet 1914-cü ildə memarlığını Karl Moserin etdiyi yeni binasına köçdü.
Sürix kantonu
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). == Coğrafiya == Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix protokolları
Sürix protokolları — 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli sazişlər. Müqavilələr iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tutur. Sonradan nəticəsiz qalan müqavilə ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmışdır. 10 oktyabr 2009-cu ildə Sürixdə ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın xarici işlər naziri Bernard Kuşner və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi mərasimdə hər iki ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında iki protokol imzalanıb. Qüvvəyə minməsi üçün bu protokol hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Məsələləri bir-birindən ayırmağa çalışaraq, protokollarda Ermənistan-Azərbaycan münaqişəsi qeyd olunmayıb, ratifikasiya müddəti də göstərilməyib. 2010-cu il yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarını ölkə konstitusiyasına uyğun olub-olmmasını ölkə müzakirəyə çıxarır və bu, Türkiyə hökumətinin bu sazişlərdən imtina etməsinə səbəb olur. 2015-ci ilin fevralında erməni tərəfi Türkiyə tərəfinin siyasi iradəsinin olmadığını əsas gətirərək parlamentin protokollarını geri götürür. Daha sonra 2017-ci ilin dekabrında Türkiyənin addım atmamasına istinad edərək, erməni tərəfi onları etibarsız elan edəcəyinə söz verir. və 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan onların denonsasiyası haqqında fərman imzalayır.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. == Şəkillər == == Xarici keçidlər == Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Transonik sürət
Transonik — Aerodinamikada səs sürətindən aşağı və yuxarı olan sürətləri (təxmini olaraq Mach 0.8–1.2) müəyyənləşdirmək məqsədilə istifadə edilən termindir. Həmçinin gövdəsi səs divarını keçə bilən, ancaq əslində səs sürətindən aşağı sürətdə uçmaq üçün yaradılmış olan təyyarələrə transonik təyyarələr deyilir. North American F-86 Sabre buna nümunə göstərilə bilər.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. == Tarixi == Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Şurut körpüsü
Şurut körpüsü — Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.