Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Selkit
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Selvas
Selvas — Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sevkar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Səlmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Şellak
Şellak (nid. schellak) — Hindistanın və Cənub-Şərqi Asiyanın bəzi tropik və subtropik ağaclarında (Croton lechleri və b.) parazitlik edən Kerriidae ailəsinə aid yastıca həşəratlarının bir sıra cinslərinin (Metachardia, Kerria, Laccifer, Tachardiella, Austrotachardiella, Afrotachardina, Tachardina) dişiləri tərəfindən ifraz olunan təbii qatrandır. Şellakın tərkibində aleuretin turşusu, dihidrooksifikoserol turşusu, şellol turşusu, şellak mumu (5%-ə qədər), su və suda həll olunan piqment var. Ərimə temperaturu — +80… +120 °C-dir. Qələvi məhlullarda və aşağı alifatik spirtlərdə yaxşı həll olur, benzolda az həll olur və benzində, piylərdə və yağlarda demək olar ki, həll olmur. Şellak istehsalçısı kimi ən yaxşı tanınan növ, bəzi tropik ölkələrdə (o cümlədən, təkcə Asiya deyil, həm də Mərkəzi Amerikada) yabanı bitkilərin üzərində müvafiq növlərin əkilməsi ilə becərilən Kerria laccadır (digər adı Laccifer lacca). Beçələmə dövründə yastıcalar ağac budaqlarında oturur və ağacın şirəsini əmir, onu həzm edir və qatranlı maddə ifraz edir. Qurumuş lakın yığılması iyun və noyabr aylarında həyata keçirilir. Daha sonra üyüdülür, yuyulur və dənəvər lak kütləsi əldə etmək üçün qurudulur. Daha sonra 2–3%-li arsen sulfid əlavə edilməklə kətan torbalara yığılan lak ağac kömürünün odunda əridilir.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Dərab (Səlmas)
Dərab (fars. ‎‎داراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (39 ailə).
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.313 nəfər yaşayır.
Kalsium sulfat
Kalsium sulfat (CaSO4) — qeyri-üzvi birləşmədir, sulfat turşusunun kalsium duzudur. Təbiətdə CaSO4•2H2O dihidrat (gips, selenit) və susuz vəziyyətdə - anhidrit şəklində tapılır. == Fiziki xüsusiyyətləri == Susuz kalsium sulfat — sıxlığı 2,96 q / sm³, ərimə nöqtəsi 1450 ° C olan, rombvari kristal qəfəsli normal şəraitdə rəngsiz kristallardır. Yüksək temperaturda (1200 ° C-dən çox) sabit kub modifikasiyası və ya iki metastabil α- və β-altıbucaqlı modifikasiyası şəklində mövcud ola bilər. Çox yavaş-yavaş suyu birləşdirir, sulfatın 1 molekuluna müvafiq olaraq CaSO4 · 0,5H2О ilə 1/2 və ya 2 su molekulu olan kristal hidrata nəmləndirir. Suda bir az həll edilməlidir. Artan temperaturla həllolma azalır: 20 ° C-də 0,2036 q/ 100 q sudursa, suyun qaynama nöqtəsinə yaxın (100 ° C) 100 q suya 0,067 q sulfat qədər azalır. Sərt suda həll olunan kalsium sulfat suyun sərtliyini təyin edən amillərdən biridir. === Kalsium sulfat dihidratın fiziki xüsusiyyətləri === Temperatur yüksəldikdə, lakin 180 ° C-dən çox olmadıqda, kalsium sulfat dihidrat suyun bir hissəsini itirir, yarı sulu olur - sözdə "yanmış gips" büzücü kimi sonrakı istifadə üçün uyğundur. Daha sonra 220 ° C-yə qədər qızdırıldıqda, gips tamamilə suyu itirir, susuz CaSO4 əmələ gətirir, bu da yalnız uzunmüddətli saxlama zamanı nəm udur və hemihidrata çevrilir.
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Maqnezium sulfat
Maqnezium sulfat (MgSO4)– qeyri-üzvi maddədir, maqneziumun və sulfat turşusunun duzudır. == Həll olması == - suda: 35,120; 54,880; 68,3100 q/100 ml - efirdə: 1,1618 q/100 ml == Tarixi == İlk dəfə 1695-ci ildə İngiltərədə yaşayan botanik Neemiy Qrü tərəfindən bulaq suyunun tərkibində tapılmışdı. == Fiziki xassələri == Maqnezium sulfat – ağ, higroskopik tozdı, kristalları rombik quruluşa malikdir, hüceyrə parametrləri a = 0.482 nm, b = 0.672 nm, c = 0.833 nm. 1010 °C temperaturda, başqa bir rombik fazaya keçid baş verir. Bir neçə kristal -hidrat əmələ gətirir: MgSO4 • nH2O, burada n = 1, 2, 3, 4, 5, 6, 7, 12. Ən çox öyrənilən kristalhidratlar MgSO4 • 7H2O, MgSO4 • 6H2O və MgSO4 • H2O. == Alınması == 1. Maqneziumun və sulfat turşusunun reaksiyası nəticəsində alınır: M g + H 2 S O 4 → M g S O 4 + H 2 {\displaystyle {\mathsf {Mg+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+H_{2}}}} 2. Sulfat turşusunun oksid, hidroksid və maqnezium karbonat ilə qarşılıqlı təsiri nəticəsində alınır: M g O + H 2 S O 4 → M g S O 4 + H 2 O {\displaystyle {\mathsf {MgO+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+H_{2}O}}} M g ( O H ) 2 + H 2 S O 4 → M g S O 4 + 2 H 2 O {\displaystyle {\mathsf {Mg(OH)_{2}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+2\ H_{2}O}}} M g C O 3 + H 2 S O 4 → M g S O 4 + C O 2 ↑ + H 2 O {\displaystyle {\mathsf {MgCO_{3}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ MgSO_{4}+CO_{2}\uparrow +H_{2}O}}} 3. Kristalhidratın qurudulması nəticəsində susuz maqnezium sulfat almaq olar: M g S O 4 ⋅ 7 H 2 O → 200 o C M g S O 4 + 7 H 2 O {\displaystyle {\mathsf {MgSO_{4}\cdot 7H_{2}O\ {\xrightarrow {200^{o}C}}\ MgSO_{4}+7\ H_{2}O}}} Sənayedə maqnezium sulfat dəniz suyundan, kizerit və karnalit minerallarından əldə edilir. == Kimyəvi xassələri == 1. Ərimə temperaturundan yuxarı qızdırıldıqda parçalanır: 2 M g S O 4 → 1200 ∘ C 2 M g O + 2 S O 2 ↑ + O 2 {\displaystyle {\mathsf {2MgSO_{4}\ \xrightarrow {1200~^{\circ }C} \ 2MgO+2SO_{2}\uparrow +O_{2}}}} 2. Qatı sulfat turşusu ilə reaksiya zamanı hidrosulfat alınır: M g S O 4 + H 2 S O 4 → M g ( H S O 4 ) 2 {\displaystyle {\mathsf {MgSO_{4}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ Mg(HSO_{4})_{2}}}} Qızdırıldıqda solvatlar alınır MgSO4•H2SO4 и MgSO4•3H2SO4. 3. Qızdırıldıqda hidrogen sulfid,silisium dioksid, karbon ilə reaksiyaya daxil olur: M g S O 4 + H 2 S → 700 ∘ C M g O + S O 2 ↑ + S + H 2 O {\displaystyle {\mathsf {MgSO_{4}+H_{2}S\ \xrightarrow {700~^{\circ }C} \ MgO+SO_{2}\uparrow +S+H_{2}O}}} M g S O 4 + S i O 2 → 680 ∘ C M g S i O 3 + S O 3 {\displaystyle {\mathsf {MgSO_{4}+SiO_{2}\ {\xrightarrow {680~^{\circ }C}}\ MgSiO_{3}+SO_{3}}}} 2 M g S O 4 + C → 800 ∘ C 2 M g O + 2 S O 2 ↑ + C O 2 ↑ {\displaystyle {\mathsf {2MgSO_{4}+C\ \xrightarrow {800~^{\circ }C} \ 2MgO+2SO_{2}\uparrow +CO_{2}\uparrow }}} M g S O 4 + 2 C → > 800 ∘ C M g S + 2 C O 2 ↑ {\displaystyle {\mathsf {MgSO_{4}+2C\ \xrightarrow {>800~^{\circ }C} \ MgS+2CO_{2}\uparrow }}} Maqnezium sulfatın sulu məhlulları həll olunan barium duzlarının sulu məhlulları( məs.BaCl2) ilə reaksiyaya daxil olaraq həll olmayan barium sulfat alınır: M g S O 4 + B a C l 2 → B a S O 4 ↓ + M g C l 2 {\displaystyle {\mathsf {MgSO_{4}+BaCl_{2}\ \xrightarrow {\ } \ BaSO_{4}\downarrow +MgCl_{2}}}} == Tətbiqi == Tətbiq sahələri çoxşaxəlidir. Bildiyimiz kimi maqnezium elementi xlorofilin strukturuna daxil olduğundan bitkilər üçün əhəmiyyətlidir. Yetərincə maqnezium ionu qəbul edə bilən bitkinin yarpaqları daha məhsuldar fotosintez apara bilir, beləcə bitki daha güclü və daha dözümlü olur.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.