Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evfemizm
Evfemizm (yun. eu-yaxşı və pheme-danışıram, nəzakətlə deyirəm) — dildə tabu sözləri əvəz etmək üçün işlədilən sözlər. == Haqqında == Evfemizmlər tabu sözlərin mənasını yumşaltmaq, onları nəzakətli etmək mənasında olduğundan və eyni məfhumu əks qütbdən, yumşaldılmış şəkildə ifadə etdiyindən bir növ tabular antonim sayılır. Buna görə də belə hesab edilir ki, tabular inkişafın ilk pillələri ilə bağlı yaranmışsa, evfemizm bir qədər sonrakı hadisədir, cəmiyyətin yüksək inkişaf pilləsi ilə bağlıdır. Pəltək əvəzinə dilişirin; ölmək əvəzinə vəfat etmək; qocalmaq əvəzinə saqqalına dən düşmək, yaşa dolmaq; əlil əvəzinə fiziki məhdudiyyətli və s. evfemizmdir. Çünki ikinci qrup söz və ifadələr deyilməsi münasib olmayan, xoşagəlməz, nalayiq, qorxunc sözlərin əvəzində işlədilən, mənanı yumşaldan, "təhlükəsiz" edən sözlərdir. Ekpressiv-üslubi və ictimai faktor olan evfemizmlərdən bədii ədəbiyyatda geniş istifadə olunur. "Öz əlinlə özünü saldın axır ağzıbirə" (M. Ə. Sabir). "Molla İbrahim Xəlil: Kişi, kəs səsini!