ATA

is.
1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır. – Ata olmayan, ata qədrini bilməz. ( Ata. sözü ).
2. məc. Bir nəzəriyyənin, məsələnin və s.
-nin banisi; rəhbər, yolgöstərən. M.F.Axundzadə
Azərbaycan dramaturgiyasının atasıdır.
// məc. Himayəçi, tərbiyə verən, pərəstar, yetişdirib böyüdən. O, bizə ata olmuşdur.
3. Yaşlı və hörmətli kişiyə xitab, müraciət.
// “Atam” şəklində – xahiş, bəzən narazılıq ifadə edir.
[Sitarə:] Atam, apar məni də Kəbənin ziyarətinə. C.Cabbarlı.
[Adamlardan biri:] Atam, höcət nə üçün? Bu saat bir adam göndərək … bu məsələni öyrənib gəlsin. H.Sarabski.

4. Yalnız cəm şəklində: ATALAR – əcdad, ata-baba. Atalar belə deyiblər. Atalarımızın müqəddəs qəbrini namusla düşməndən qoruduq. Atalar nə əkiblər, oğullar onu biçiblər.
◊ Atalar sözü – ibrətamiz məzmunlu qısa kəlam, ifadə. Atalar sözündə xalqın dühası əks olunur. Atalar sözündə dərin hikmət var.
Atası yanmaq dan. – çox əziyyət çəkmək, əldən düşmək, üzülmək, ağır, əziyyətli bir şeyə məruz qalmaq.
Atasına od vurmaq – bax atasını yandırmaq.
Atasını dalına sarımaq – bax atasını yandırmaq.
Atasını yandırmaq dan.1) şiddətli cəzalandırmaq, divan tutmaq. [Mirzə Turab kəndlilərə:] Səfər bəyin nə haqqı var sizi bu qədər incidə.
Mən onun atasını yandıraram. B.Talıblı.
[Xəlil:] Qoy bir işlərim yoluna düşsün, mən onun atasını necə yandıraram, özüm bilərəm. M.Hüseyn;

2) məhv etmək, tamamilə bərbad hala salmaq.
O, bağın atasını yandırıb. Kirpi”.

Uşaqların atası dan. – evfemizm yolu ilə arvadın öz ərinin adını çəkməmək üçün işlətdiyi ifadə.

Синонимы

  • ATA ATA, DƏDƏ “Soyuqluq” sözünün mənasını hələ de başa düşməyən Qaraş, bir dəfə dədəsindən xəbər aldı, atasının əvəzindən anası cavab verdi (Ə
  • ATA dədə

Этимология

  • ATA Nəinki türk dillərində, hətta latın dilində, hetlərdə, elamlarda və s. işlədilmişdir. Amma türk dillərində daha geniş yayılmış və dədə, ata babası, əm
AT-AT
ATA-ANA

Значение слова в других словарях