Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adak
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
DAK
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Eak
Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu. == Mifologiyada == Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü.
Abbasabad (Ərak)
Abbasabad — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Tərxoran bölgəsinin Rudbar kəndistanında, Tərxoran qəsəbəsindən 42 km şimal-qərbdədir.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Adinəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Adınəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Aqilabad (Ərak)
Aqilabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Qarakəhriz kəndistanında, Sərbənd qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağacəkəni (Ərak)
Ağacəkəni — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 42 km. cənubda, dağlıq yerdədir.
Ağaziyarət (Ərak)
Ağaziyarət — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Fərmihən bölgəsinin Yuxarı Fərəhan kəndistanında, Fərmihən qəsəbəsindən 18 km şimal-qərbdədir.
Ağcabulaq (Ərak)
Ağcabulaq — İranın Nərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Edam cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
Ədas ədədlər
Ədas (sadə sözünün tərsinə oxunuşu) ədədlər elə sadə ədədlərə deyilir ki, rəqəmlərini tərsinə oxuduqda (abc → cba) da sadə olsun. Palindrom ədədlər bu qrupa aid edilmir. Sadəcə, ədədlər arasındakı maraqlı münasibəti göstərdiyi üçün universal ad verilməyinə ehtiyac yoxdur, bunun üçün də, bir çox dildə, sadə sözünün tərsinə oxunuşu ilə ifadə olunur (alm. Mirpzahl‎, ing. emirp, dan. latmirp, fr. reimerp). Ədas ədədlərin başlanğıc ardıcıllığı belədir: 13, 17, 31, 37, 71, 73, 79, 97, 107, 113, 149, 157... Palindrom olmayan bütün permutativ sadə ədədlər, bu qrupun üzvləridir. Hələlik, bizə məlum olan ən böyük belə ədəd, 1010006+941992101×104999+1 - dir (Yens Kruze Andersen tərəfindən 2007-ci ilin oktyabrında kəşf olunub).
Ərak (Tabasaran)
Ərak – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərak kəndi ""Ərak kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar və Tabasaranlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 464 nəfər təşkil etmişdir.
Ərak (dəqiqləşdirmə)
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Ərak (İran)
Ərak (farsca: اراک) (keçmiş adı Sultanabad) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Əsasən fars dilli əhaliyə sahib olan Ərak şəhəri Mərkəzi ostanın inzibati mərkəzi olmaqla bərabər həmçinin ostandakı eyniadlı şəhristanın da inzibati mərkəzidir. Tarixən Soltanabad adı iləla məşhur olmuşdur. Ərak şəhəri ölkənin paytaxtı Tehran şəhərindən 284 km uzaqlıqda yerləşir.
Ərak şəhristanı
Ərak şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərak şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 535,449 nəfər və 148,646 ailədən ibarət idi.
Edik Bağdasaryan
Edik Bağdasaryan (həmçinin, Baqdasaryan; erm. Էդիկ Բաղդասարյան; 7 dekabr 1962, Şuşa, DQMV) — Ermənistan araşdırmaçı jurnalisti. O, Ermənistanda hökumətin korrupsiyasını ifşa edən hekayələri ilə tanınmışdır. Bağdasaryan Ermənistan Araşdırmaçı Jurnalistlər Assosiasiyasının rəhbəri və Ermənistanın yeganə araşdırmaçı jurnalistika qəzeti olan "Hetq"in redaktorudur. O, Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayır. == Həyatı == Edik Bağdasaryan 7 dekabr 1962-ci ildə Azərbaycan SSR-də, DQMV-nin bir hissəsi olan Şuşa şəhərində anadan olmuşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış, sonradan təhsilini Moskva Dövlət Universitetində telejurnalistika ixtisası üzrə davam etdirmişdir. Bağdasaryan 2006-cı ildə Ermənistanın ən güclü biznesmeni hesab edilən Qaqik Tsarukyanı tənqid edən məqalədən sonra e-poçt vasitəsilə təhdidlər almışdır. E-poçt məktub müəllifinin "kral" adlandırdığı Tsarukyanı narahat edən hər kəsi öldürməklə hədələmişdir. Bağdasaryan 17 noyabr 2008-ci ildə zorakı hücumun hədəfinə çevrilmişdir.
Yerində edam
Yerində edam — mülki və hərbi hüquqşünaslıqda bir cinayətdə təqsirləndirilən şəxsin azad və ədalətli məhkəmə araşdırması olmadan edam edilməsi. Termin, təbil başlı hərbi məhkəmədə (hərəkət zamanı törədilmiş cinayətlərə görə ümumi ədalət mühakiməsinin təmin edilməsi üçün sahədə keçirilən hərbi məhkəmə) olduğu kimi, ümumi cinayəti cəzalandırmaq üçün ümumi ədalət mühakiməsinin hüquqi konsepsiyasından irəli gəlir, lakin bu termin adətən ölüm hökmünün ümumi icrasını ifadə edir. Beynəlxalq hüquqa əsasən, bu, döyüşçünün təslim olan rəqibləri öldürməklə, rəqibin qanuni təslim olmasını və döyüşçünün heç bir rüblük təmin etməməsini qəbul etməkdən imtina etməsidir. Yerində edamlar polis, ordu və hərbiləşdirilmiş təşkilatlar tərəfindən tətbiq edilir və çox vaxt partizan müharibəsi, üsyanla mübarizə, terrorizm və təqsirləndirilən məhbuslarla, mülki və ya hərbçilərlə işləmək üçün normal prosedurların pozulmasını nəzərdə tutan hər hansı digər vəziyyətlə əlaqələndirilir. == Hərbi yurisdiksiya == Hərbi qanuna əsasən, təqsirliliyi müəyyən etmək və ölüm hökmü elan etmək üçün lazım olan səlahiyyətli hakim hərbi tribunal olacağından, demək olar ki, bütün hallarda qısamüddətli,yerində edam qeyri-qanunidir. Bununla belə, fövqəladə hallar və hərbi əməliyyatlar zamanı bu qayda üçün müəyyən istisnalar var ki, burada ümumi icra qanuni olsun. === Müharibə əsirləri === Cenevrə Konvensiyaları və Haaqa Konvensiyaları və tarixdən adi beynəlxalq hüquq kimi əsas müqavilələr düşmən dövlətlərinin mülki vətəndaşları ilə yanaşı əsir götürülmüş nizami və qeyri-qanuni düşmən əsgərlərinin hüquqlarını qoruyur. Cenevrə Konvensiyalarının İkinci Əlavə Protokolunda (1977) qeyd edildiyi kimi, müharibə əsirlərinə qısamüddətli edamı qəti şəkildə qadağan edən diqqətlə müəyyən edilmiş üsullarla rəftar edilməlidir: === Müharibə əsirlərinin statusuna istisnalar === Bununla belə, bəzi döyüşçü siniflərinə əsir statusu verilməyə bilər, lakin bu tərif zaman keçdikcə daha çox döyüşçü siniflərini əhatə etmək üçün genişlənmişdir. Keçmişdə piratların, casusların və franks-tayrs (Fransa-Prussiya müharibəsinin ilkin mərhələlərində (1870-71) Fransanın yerləşdirdiyi nizamsız ordu) xülasəsi edam edilib və mövcud beynəlxalq hüquqa əsasən qanuni hesab edilib. Frənks-tayrs (Fransa–Prussiya müharibəsində yaranan termin) döyüşən tərəfin işğal etdiyi ərazidə döyüşməyə davam edən və hərbi forma geyinməyən düşmən mülki şəxsləri və ya milisləridir və əks halda partizanlar, üsyançılar və s.
Eda Ece
Eda Ece (20 iyun 1990, İstanbul) — Türk aktrisa == Həyatı == Şişli Terakki Liseyini, daha sonra İstanbul Bilik Universitetinin Psixologiya Bölməsini bitirmişdir. 3 qızı olan ailənin kiçiyidir. 2011-ci ildə Show TV-də yayımlanan Pis Yedili serialındakı ilk baş rolluğu ilə tanındı. 2013-cü ildə Qızım Üçün filmində oynadı. TRT 1-də yayımlanan Məni Belə Sev serialının yeni mövsümündə Zeyno obrazı ilə seriala çəkildi. 2015-ci ildə Ərin qədər danış filmində oynadı və Münasibət Vəziyyəti: Qarışıq serialında rol aldı. 2016-cı ildə Ərinizlə danışın: Diriliş filmində və Baldız filmində rol aldı. Məhrumlar televiziya filmində rol aldı və 2017-ci ildə Dədə Qorqud hekayələri: Dəli Dumrul filmində rol aldı. Qadağan Alma serialında baş rol oynayıb.
Eda Erdem
Eda Ərdəm (türk. Eda Erdem; 22 iyun 1987, İstanbul) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir. == Karyerası == Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi.