edam

is. exécution f, supplice m ; ~ etmək exécuter vt, supplicier vt, martyriser vt, mettre à mort, livrer au supplice ; ~ olunmaq être exécuté, -e (və ya supplicié, -e, martyrisé, -e) ; être livré, -e au supplice

ecazkarlıq
ediləmək
OBASTAN VİKİ
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Edam cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Yerində edam
Yerində edam — mülki və hərbi hüquqşünaslıqda bir cinayətdə təqsirləndirilən şəxsin azad və ədalətli məhkəmə araşdırması olmadan edam edilməsi. Termin, təbil başlı hərbi məhkəmədə (hərəkət zamanı törədilmiş cinayətlərə görə ümumi ədalət mühakiməsinin təmin edilməsi üçün sahədə keçirilən hərbi məhkəmə) olduğu kimi, ümumi cinayəti cəzalandırmaq üçün ümumi ədalət mühakiməsinin hüquqi konsepsiyasından irəli gəlir, lakin bu termin adətən ölüm hökmünün ümumi icrasını ifadə edir. Beynəlxalq hüquqa əsasən, bu, döyüşçünün təslim olan rəqibləri öldürməklə, rəqibin qanuni təslim olmasını və döyüşçünün heç bir rüblük təmin etməməsini qəbul etməkdən imtina etməsidir. Yerində edamlar polis, ordu və hərbiləşdirilmiş təşkilatlar tərəfindən tətbiq edilir və çox vaxt partizan müharibəsi, üsyanla mübarizə, terrorizm və təqsirləndirilən məhbuslarla, mülki və ya hərbçilərlə işləmək üçün normal prosedurların pozulmasını nəzərdə tutan hər hansı digər vəziyyətlə əlaqələndirilir. == Hərbi yurisdiksiya == Hərbi qanuna əsasən, təqsirliliyi müəyyən etmək və ölüm hökmü elan etmək üçün lazım olan səlahiyyətli hakim hərbi tribunal olacağından, demək olar ki, bütün hallarda qısamüddətli,yerində edam qeyri-qanunidir. Bununla belə, fövqəladə hallar və hərbi əməliyyatlar zamanı bu qayda üçün müəyyən istisnalar var ki, burada ümumi icra qanuni olsun. === Müharibə əsirləri === Cenevrə Konvensiyaları və Haaqa Konvensiyaları və tarixdən adi beynəlxalq hüquq kimi əsas müqavilələr düşmən dövlətlərinin mülki vətəndaşları ilə yanaşı əsir götürülmüş nizami və qeyri-qanuni düşmən əsgərlərinin hüquqlarını qoruyur. Cenevrə Konvensiyalarının İkinci Əlavə Protokolunda (1977) qeyd edildiyi kimi, müharibə əsirlərinə qısamüddətli edamı qəti şəkildə qadağan edən diqqətlə müəyyən edilmiş üsullarla rəftar edilməlidir: === Müharibə əsirlərinin statusuna istisnalar === Bununla belə, bəzi döyüşçü siniflərinə əsir statusu verilməyə bilər, lakin bu tərif zaman keçdikcə daha çox döyüşçü siniflərini əhatə etmək üçün genişlənmişdir. Keçmişdə piratların, casusların və franks-tayrs (Fransa-Prussiya müharibəsinin ilkin mərhələlərində (1870-71) Fransanın yerləşdirdiyi nizamsız ordu) xülasəsi edam edilib və mövcud beynəlxalq hüquqa əsasən qanuni hesab edilib. Frənks-tayrs (Fransa–Prussiya müharibəsində yaranan termin) döyüşən tərəfin işğal etdiyi ərazidə döyüşməyə davam edən və hərbi forma geyinməyən düşmən mülki şəxsləri və ya milisləridir və əks halda partizanlar, üsyançılar və s.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920–1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. == Arxa planı == Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. == Ad == "Edam edilmiş İntibah" bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917–1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Estoniyada edam cəzası
Estoniyada edam cəzası, 18 Mart 1998-ci ildən Estoniyanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı Protokoluna əsasən rəsmi şəkildə qadağan edildi. Ondan öncə 1920-ci ildən 1992-ci ilə qədər Estoniyada edam hökmləri tətbiq edilirdi. == Tarixi == 1935-ci ildən və Estoniya 1940-cı ildə SSRİ tərkibinə daxil olana qədər Estoniya Respublikasında cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar arasında ölüm hökmü də var idi. Ölüm cəzasına məhkum edilmiş cinayətkarlar özlərini zəhərləyərək intihar yolu və ya dara çəkmə yolu ilə ölümlərini seçə bilərdilər. Hərbi tribunal məhkumu güllələmə yolu ilə edam qərarını verə bilərdi. Belə hallarda, hökmü səkkiz nəfərdən ibarət silahlı komanda yerinə yetirirdi. 1940-cı ildən ölüm hökmləri Estoniya SSR Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tətbiq olunurdu. 1970-cü ilə qədər edam cəzasına məhkum olunanların hamısı Tallindəki xüsusi kamerada saxlanılırdı. Daha sonra Estoniyada ölümə məhkum olanlarının hökmlərini SSRİ-nin digər şəhərlərində də icra edilməsi başlandı. 11 sentyabr 1991-ci ildə ölkədə sonuncu dəfə ölüm hökmü qərarı icra olundu, beləki qətldə günahlandırılan Reyn Orusta ənsəsinə atəş olunaraq edam edildi.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Ölümdən sonra edam
Ölümdən sonra edam — artıq vəfat etmiş və dəfn olunmuş şəxsin edam cəzası kimi mutilyasiya proseduru. Bu, cəsədin eksqumasiyası və ritual "edamı" ilə əlaqələndirilir. Bu akt bəzən mərhumun dirilməsi ehtimalına maneə kimi, bəzən məğlub olmuş düşmənin cəsədini ələ salmaq, bəzi hallarda isə cinayətkarın artıq öldüyü halda cəzanın "gecikmiş" formada icrası kimi tətbiq olunurdu. Bəzi xristianlar hesab edirdilər ki, qiyamət günü ölülərin dirilməsi üçün cəsədin bütövlükdə şərqə – tarnıya tərəf baxaraq dəfn edilməsi lazımdır. Əgər bədənin parçalanması bütöv bir cəsədin dirilməsi ehtimalını dayandırırdısa, ölümdən sonra edam cinayətkarı cəzalandırmağın effektiv bir yolu hesab edilirdi. Henderson, Thomas Finlayson (1897). "Ruthven, John" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. Vol.
Edam Məhkumunun Son Günü
Edam Məhkumunun Son Günü — fransız yazıçısı Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" — deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir.
Strelets edamının sabahı
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı
Nikolae və Yelena Çauşeskunun məhkəməsi və edamı — 1989-cu il dekabrın 25-də Milli Azadlıq Cəbhəsi adlı yeni yaradılmış qrupun tələbi ilə yaradılmış hərbi tribunal olan Fövqəladə Hərbi Tribunalın keçirdiyi qısa dinləmə idi. Bu dinləmədə Rumıniyanın keçmiş prezidenti və Rumıniya Kommunist Partiyasının baş katibi Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşesku təqsirli bilinərək edam cəzasına məhkum edilib. Əsas ittiham Timişoarada inqilab zamanı "60.000-dən çox insanın" qətli olan soyqırım ittihamı idi. Digər mənbələrə görə, ölənlərin sayı 689 ilə 1200 arasında olub. Lakin ittihamlar işə təsir etməyib. General Viktor Stankulesku özü ilə bir alaydan xüsusi seçilmiş paraşütçülər dəstəsini gətirmişdi və onlar səhər tezdən atəş dəstələri kimi xidmət etmək üçün seçildilər. Məhkəmə prosesi başlamazdan əvvəl Stankulesku artıq edamın keçiriləcəyi yeri kazarma meydanındakı divarın bir tərəfi boyunca seçmişdi. Nikolae Çauşesku tribunalın heç bir konstitusiya əsasının olmadığını və inqilabi hakimiyyətin sovet sui-qəsdinin bir hissəsi olduğunu əsas gətirərək onu tanımaqdan imtina etdi. Dekabrın 22-də, Rumıniya inqilabı zamanı Nikolae və Yelena Çauşesku helikopterlə Snaqova yola düşmək üçün Buxarestdəki Mərkəzi Komitənin binasını tərk etdilər və tezliklə Piteştiyə yollandılar. Helikopter pilotu zenit atəşi təhlükəsi ilə üzləşdiyini iddia edib.
Nquyen Van Lemin edamı
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir. Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir. Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu.
İranda siyasi məhbusların edamı (1988)
1988-ci ildə İranda siyasi məhbusların edamı — İranda Ayətullah Xomeyninin əmri ilə 19 iyul 1988-ci ildən başlayaraq bütün İran hakimiyyəti tərəfindən həyata keçirilmiş və təxminən beş ay davam etmiş edamlar seriyası. Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş, öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır. Öldürülənlərin əksəriyyəti İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları idi, lakin digər solçu qrupların, o cümlədən İran Xalq Fədailəri Təşkilatı və İran Tudə Partiyasının tərəfdarları da var idi.:209-228 Qətllər qanundan kənar baş tutmuş və məhkəmələr müttəhimlərin təqsir və ya təqsirsizliyini müəyyən etmək məqsədi daşımamışdır. Qətlləri ört-basdır etmək üçün böyük səylər göstərilmiş və İran hökuməti onların baş verdiyini inkar etməyə davam edir. Qətliam insan haqları təşkilatları tərəfindən "İranın insanlığa qarşı ən böyük cinayəti" adlandırılmışdır. Bu, həm miqyası, həm də ört-basdır edilməsi baxımından müasir İran tarixində misli görünməmiş haldır.:201 Bu hadisə İranın Ali Rəhbərinin müavini Ayətullah Müntəziri, BMT-nin İnsan Hüquqları Şurası, İsveç, Kanada və İtaliya kimi bir sıra ölkələr tərəfindən qınanmışdır. == Əsas şəxslər == Zərərçəkənləri ölümə məhkum edən "Tehran Ölüm Komitəsi"nə dörd nəfər daxil idi: Mürtəza İşraqi, Baş prokuror və Ali Məhkəmənin hakimi (1989–1998); Baş prokurorun müavini İbrahim Rəisi; Hüseynəli Nayeri, dini hakim, İran Ali Məhkəməsinin sədr müavini (1989–2013); Mustafa Purməhəmmədi, Silahlı Qüvvələrin qərb bölgələri üzrə İnqilab Məhkəməsinin prokuroru. Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar. 1988-ci ildə Evin və Göhərdəşt həbsxanalarında kütləvi edamlarda iştirak edən keçmiş SEPAH məhbusu Həmid Nuri İsveçdə saxlanılmış və tezliklə günahkar bilinmişdir.

Значение слова в других словарях