Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekstaz
Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündən getmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir. Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm (ruhçuluq, bax: tr.vikipediya, spiritualizm) mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir. Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər. Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Keştaz
Keştaz (Şərur) — Şərur rayonundakı Çəmənli kəndinin əvvəlki adı. Keştaz (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Keştaz (Çaldıran)
Keştaz (fars. كشتاز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (7 ailə).
Keştaz (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Əhalisi == Əhalisi 973 nəfərdir.(2009 - cu il) == Təhsil == Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. == Kənd mərkəzi == 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Seks və Zen: 3D Ekstaz
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. == Məzmun == Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Müqəddəs Sisilyanın ekstazı (Rafael)
Müqəddəs Sisilyanın ekstazı (it. Estasi di santa Cecilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. Əsər hal-hazırda İtaliyada, Bolonya şəhərində saxlanılır.
Seks və Zen: 3D Ekstaz (film, 2011)
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. == Məzmun == Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Estac
Estac -İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Ksiaz qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Benin Estam Universiteti
Benin Estam Universiteti (ing. Estam University) — Benin Respublikasının Kotonu şəhərində yerləşən ali təhsil müəssisəsi.
Qlayds del Estal
Qlayds del Estal (isp. Gladys del Estal Ferreño) - Kompüter proqramçısı və ekoloji aktivist. İspaniyanın San Sebastian şəhərində yaşayan Qlayds Del Estal 1979-cu ildə Basklar ölkəsində tikilməsi planlaşdırılan Lemoniz AES-nin tikintisinə qarşı keçirilən etiraz nümayişlərində iştirak edərkən hökumət qüvvələrinə bağlı Quardia mülki polisləri tərəfindən güllələnərək öldürülmüşdür. Hadisə 1979-cu ilin 3 iyun tarixində İspaniyanın Navarra bölgəsinin Tudela şəhərinə keçirilən nümayiş zamanı baş vermişdir. Qlayds del Estalın ölümü ETA təşkilatının Lemoniz AES-inə qarşı olan hücumlarının çoxalmasına və hökumətin nüvə enerjisi siyasəti ilə bağlı mövqeyini müəyyən qədər də olsa dəyişdirməsinə səbəb olmuşdur. Qlayds del Estal İspaniya, Kataloniya və Basklar ölkəsində ekoloji aktivistlərin əsas simvolu olaraq qəbul edilməkdədir.
Baba Ənstas Mari Krımlı
Baba Ənstas Mari Krımlı (Tam adı:Baba Ənstas Mari Cəbrail Yusif Avvat oğlu Krımlı d.5 avqust 1866; Bağdad - ö.7 yanvar 1947; Bağdad) — Jurnalist == Həyat və fəaliyyəti == Baba Ənstas Mari Krımlı 1866-cı il avqustun 5-də Bağdadda doğulub. Anası İraq əsilli, atası isə Liviya əsilli Cəbrail Yusif Avvatdır. Atası 1823-cü ildə Liviyada doğulub, 1850-ci ildə isə Bağdada köçüb. Bağdadda təhsil almış Ənstas Mari Krımlı ərəb dili müəllimi kimi fəaliyyət göstərib. 1886-cı ildə Liviyaya gedərək orada Babalar Yesüilər fakültəsində müəllim işləyib. 1947-ci il yanvarın 7-si Bağdadda vəfat edib.
Ekta (film, 1942)
Ekta (film, 1942) — Rejissor Homi Vadianın Bombeydə Vadia Studioda istehsal etdiyi film. == Haqqında == Bu ağ-qara film Sinddə ilk filmdir və Kərim Buks Nizamani tərəfindən maliyyələşdirilib. Baş rolları Nizamani və Kauşalya ifa edir. Filmin Hind-müsəlman birliyinə həsr olunub. Filmin premyerası Kəraçidə Tac Mahal Kinoteatrında baş tutub, lakin film ticarət məhdudiyyətlərinə görə teatrlarda iki həftə sonra nümayiş olunub ki, bu da Vadio studionun büdcəsinə böyük zərər vurub. === İstehsalı === Rejissor Homi Vadia tərəfindən çəkilən bu film Ramom Pancvani tərəfindən hazırlanıb. Onun maliyyəsini filmin baş qəhrəmanı rolunu ifa edən Kərim Buks Nizamani qarşılayıb. Nizamani yalnız kino aktyoru deyildi, o həm də Sind yazıçısı, sosial işçi və torpaq sahibi idi. Onun "Kayi" tərcümeyi-halı Sinddə ən yaxşı tərcümeyi-hallardan biridir. Filmin digər qəhrəmanı Kauşalya Hindistanın Uttar-Pradeş məntəqəsindəndir.