Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ennio Flayano
Ennio Flayano (it. Ennio Flaiano; 5 mart 1910[…], Peskara – 20 noyabr 1972[…], Roma) — İtaliya jurnalisti, yazıçı və ssenarist. Ennio Flayano 5 mart 1910-cu ildə anadan olmuşdur. Əvvəl memar işləsə də, sonradan jurnalistliyə başlamış və “Cineillustrato”, “Oggi”, “Il Mondo”, “Il Corriere della Sera”, “L'europeo”, “L'espresso” kimi məşhur italyan mətbuatı ilə sıx əməkdaşlıq etmişdir. Onun ilk pyesi “La guerra spiegata ai poveri” 1946-cı ildə ərsəyə gəlmişdir. “Öldürmək zamanıdır” romanına görə 1947-ci ildə “Streqa” mükafatına layiq görülmüşdür. Romandakı hadisələr 1935-1936-cı illər İtaliya-Efiopiya müharibəsində cərəyan edir. İtalyan zabiti təsadüfən efiopiyalı qadını öldürür və sonra buna görə cavab verməli olur. Ennio Flayano bir çox filmlərin ssenari müəllifi olmuşdur. Tullio Pinelli ilə birlikdə rejissor Federiko Fellininin 10 filminin ssenarisini yazmışdır.
Ennio Morricone
Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[…], Roma, İtaliya krallığı – 6 iyul 2020[…], Roma, İtaliya) — dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin "Oskar mükafatı" laureatı olmuşdur. Bundan başqa bəstəkar 1 dəfə Qremmi mükafatı, 6 dəfə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatı (BAFTA), 3 dəfə də "Qızıl qlobus mükafatı" almışdır. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur.Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı. Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur. Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olduqda, Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdur.
Ennio Morrikone
Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[…], Roma, İtaliya krallığı – 6 iyul 2020[…], Roma, İtaliya) — dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin "Oskar mükafatı" laureatı olmuşdur. Bundan başqa bəstəkar 1 dəfə Qremmi mükafatı, 6 dəfə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatı (BAFTA), 3 dəfə də "Qızıl qlobus mükafatı" almışdır. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur.Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı. Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur. Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olduqda, Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdur.
Enni Leybovitz
Anna-Lu "Enni" Leybovitz (ing. Anna-Lou "Annie" Leibovitz); 2 oktyabr 1949, Voterberi, Konnektikut, ABŞ) — amerikalı fotoqraf. Daha çox məşhur adamların portretləri üzrə ixtisaslaşıb. Enni, altı uşaqlı ABŞ Hərbi Hava Qüvvələri zabitinin ailəsində üçüncü uşaq olub. Onun ana tərəfindən ulu babası və ulu nənəsi Rusiyadan köçmüş yəhudi mühacirlər olub, atasının valideynləri isə Amerikaya Rumıniyadan gəlib. Anası, Merilin Leyboviç (ing. Marilyn Leibovitz) müasir rəqs müəlliməsi olub. Ailəsi atasının xidməti vəzifələri səbəbindən tez-tez köçmək məcburiyyətində idi, bu səbəbdən Enni öz ilk kadrlarını Filippində çəkəsi olub, belə ki, onun atası Vyetnamda müharibə zamanı ailəsi ilə birlikdə orada mənzillə təmin olunub. Enni San-Fransisko İncəsənət institutunda təhsil alıb. 1970-ci ildə Rolling Stone jurnalında fotoqraf kimi işləməyə başlayıb.
Enni mükafatı
Enni mükafatı (ing. Annie Award) – Kaliforniya ştatının Los-Anceles şəhərində 1972-ci ildən verilən Beynəlxalq Animasiya Kino mükafatıdır. 1993-cü ildən bu yana "Ən yaxşı animasiya mükafatı" adı ilə də tanınır. Rəsmi saytı. Arxivləşdirilib 12 iyul 2015-ci il tarixində.
Enni Wersching
Enni Wersching (28 mart 1977, Sent-Luis, Missuri – 29 yanvar 2023, Los-Anceles, Kaliforniya) — aktrisa. Daha çox "Fövqəltəbii" filmi ilə tanınır. 2020-ci ildə həkimlər aktrisaya xərçəng diaqnozu qoyub. 29 yanvar 2023-cü ildə 45 yaşında vəfat edib.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Enlil
Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı. Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi. Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Əncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xеyirlidir.Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. .Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər.Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur.Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .Əncirin mеyvəsi işlətmə təsirinə malik olan kafiol prеparatının tərkibinə daxildir.Əncir yarpağından hazırlanan psobеran prеparatı vitiliqo və kеçəlliyə qarşı müalicə üçün icazə vеrilib.Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür.Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir. Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir.Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb.Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.
Əngiz
Əngiz - Vedi nahiyəsi kənd. Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi. Kəndin adı 1590 və 1727 adı keçir «İrəvan əyalətinin icmal dəftəri»ndə, qeyd edilmişdir.
Eenia
Anisopappus (lat. Anisopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Əncil
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
Denni Abs
Denni Abs (ing. Dannie Abse; 22 sentyabr 1923, Kardiff – 28 sentyabr 2014, London) — uelsli ingilis şair, romançı, dramaturq. Denni Abs Uelsin Kardiff şəhərində anadan olmuşdu. Atası Rudolf Abs Cənubi Uelsdəki bir neçə kinoteatrın sahibi idi. Həmçinin Denni Abs siyasətçi Leo Abs və tanınmış, peşəkar psixoanalist Uilfred Absın kiçik qardaşıdır. Denni Abs tibb təhsilini əvvəlcə Uels Kollecində, daha sonra London Kral Kollecində almışdı. Uşaqlıqdan "Cardiff City" futbol klubunun pərəstişkarı olan Denni Abs gələcəkdə ədəbi işində də bunu əks etdirmiş, həmçinin özü də idmanla fəal məşğul olmuşdu. Denni Abs 30 ildən çox bir müddətdə şeir yaradıcılığını tibb təcrübəsi ilə birləşdirmişdi. İlk nəşri olan "After Every Green Thing" 1949-cu ildə çap olunmuşdu. Habelə onun 1954-cü ildə "Ash on a Young Man's Sleeve" adlı avtobioqrafik əsəri nəşr olunmuşdu.
Denni Blançflauer
Robert Dennis Blançflauer (ing. Robert Dennis Blanchflower; 10 fevral 1926 — 9 dekabr 1993), daha çox Denni Blançflauer kimi tanınır (ing. Danny Blanchflower) — Şimali İrlandiya futbolçusu. "Aston Villa" və "Tottnem hotsper" klublarında oynamışdır. 1958 və 1961-ci illərdə İngiltərənin ən güclü futbolçusu hesab edilmişdir. Şimali İrlandiya milli yığmasının tərkibində 56 oyun keçirmişdir. FİFA Dünya Kuboku 1958-in iştirakçısı olmuşdur.
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Denni Denzonqpa
Tsherinq Phintso Denzonqpa (25 fevral 1948, Qanqtok) – daha çox Denni Denzonqpa adı ilə tanınan hindistanlı aktyor, rejissor, müğənni. Padma Şri ordeninin kavaleridir. Denni 25 fevral 1948-ci ildə Sikhim krallığının paytaxtı Qanqtokda buddist ailəsində anadan olub. 1964-cü ildə St. Yozef adına kolleci bitirib. Erkən yaşlarında atçılıqla məşğul olub. Kino aktyor olması ilə yanaşı həm də rəssam, yazıçı və heykəltəraşdır. Kinoda daha çox mənfi obrazları canlandırıb. İlk dəfə olaraq rejissor Rackumar Santoşi ona "Çin qapıları" filmində müsbət rol oynamağı təklif edib. 2000-ci illərin əvvəlllərində Denni "Aşoka" və "16 dekabr" kimi filmlərdə yüksək aktyor oyunu ortaya qoyub.
Denni Treho
Den (Denni) Treho (ing. Dan «Danny» Trejo; doğ. 16 may 1944, Los-Anceles) —ABŞ aktyoru. Kiçik Denni Traho (Dan Trejo Jr) 16 may 1944-cü ildə ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. Denni gənc olarkən heç də nümunəvi bir oğlan deyildi. Narkotik və cinayətkarlıq onun daimi yol yoldaşı idi. O 9 yaşında olarkən boksla məşğul olur, narkotiklərin dadına isə daha əvvəldən baxmışdı. Onun tezliklə həbs edilməsi heç də təəccüb doğurmur və o bu günə qədər 9 həbsxanada olub. İllər keçdikdən sonra narkotik asılılığından xilas olan Denni Traho reabilitasiya mərkəzində işləyərək digərlərinə də bu asılılıqdan xilas olmağa kömək etməyə çalışır. O "Runaway Train" filminin çəkiliş meydançasına təsadüfən gəlib çıxır.
Denni Trexo
Den (Denni) Treho (ing. Dan «Danny» Trejo; doğ. 16 may 1944, Los-Anceles) —ABŞ aktyoru. Kiçik Denni Traho (Dan Trejo Jr) 16 may 1944-cü ildə ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. Denni gənc olarkən heç də nümunəvi bir oğlan deyildi. Narkotik və cinayətkarlıq onun daimi yol yoldaşı idi. O 9 yaşında olarkən boksla məşğul olur, narkotiklərin dadına isə daha əvvəldən baxmışdı. Onun tezliklə həbs edilməsi heç də təəccüb doğurmur və o bu günə qədər 9 həbsxanada olub. İllər keçdikdən sonra narkotik asılılığından xilas olan Denni Traho reabilitasiya mərkəzində işləyərək digərlərinə də bu asılılıqdan xilas olmağa kömək etməyə çalışır. O "Runaway Train" filminin çəkiliş meydançasına təsadüfən gəlib çıxır.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.