Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Exeria
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Eterna Lyutsina
Eterna Lyutsina (ing. overeign State of Aeterna Lucina) — Avstraliyada yerləşən mikrodövlət. 1978-ci ildə qurulmuş və qurucusunun ölümünə qədər davam etmişdir. == Tarixi == Eterna Lyutsinanın qurucusu və "Ali Lordu" mülkiyyət sənədi ilə adını Paul Baron Noyman olaraq dəyişdirən Alman mühaciri Paul Noyman idi. Byran Bayde yaşayarkən mikrodövləti qurdu və daha sonra onu Sidneydəki Kerl Kerlə və nəticədə Kumuya köçürdü. Baron Neumann Kara-Bağ ünvanını sürgündə olan Əfqanıstanın keçmiş Kralı III Həsəndən aldığını və ayrıca professorluq, doktorluq və ilahiyyat elmləri dərəcələri də daxil olmaqla yüzlərlə digər mükafata layiq görüldüyünü iddia etdi. Ən azı bir "cəngavərlik" satdı. Eterna Lyutsina, 1990-cı ildə Noymanın Yeni Cənubi Uels məhkəmə sistemində torpaq satışı cinayətləri ilə bağlı fırıldaqçılıq ittihamı ilə qarşılaşdığı zaman ictimaiyyətin diqqətini çəkdi. Məsələ 144.000 Avstraliya dolları ilə əlaqəli idi. Onunla birgə olan bir neçə iş adamı torpaq fırıldaqçılığı və viza saxtakarlığında ittiham olunur.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır.
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Dieteria
Dieteria (lat. Dieteria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dieteria bigelovii (A.Gray) D.R.Morgan & R.L.Hartm. Dieteria canescens (Pursh) Nutt.
Eitenia
Eitenia (lat. Eitenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eitenia polyseta R.M.King & H.Rob. Eitenia praxeloides R.M.King & H.Rob.
Eutheria
Eutheria (lat. Eutheria) — vəhşi heyvanlar yarımfəsiləsinə aid heyvan kladı.
Evterpa
Yevterpa (yun. Εὐτέρπη — "şənləndirən") doqquz muzadan biri Zevs və Mnemosinanın qızı, lirik poeziya muzası. Çaylar tanrısı Strimondan olan Resin anası. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Eymeria
Eymeria – (lat. Eimeria magna ) – koksidilər sinfinə aid növ. Bu növ adadovşanlarının bağırsaqlarında parazitlik edir və geniş yayılmışdır. Eymeria magna bağırsağın epiteli hüceyrələrində parazitlik edir. Elektron mikroskopik tədqiqatlar göstərir ki, koksidilər həddən artıq kiçik olmalarına baxmayaraq çox mürəkkəb quruluşa malikdirlər. Xüsusən onların sporozoit və merozoit mərhələləri mürəkkəb quruluşludur. Koksidilərin bədəni xaricdən üçqatlı membranla – pellikula ilə örtülmüşdür. Daxildə konoid mikronemlər, mikroborucuqlar, nüvə, endoplazmatik şəbəkə, Holci aparatı, mitoxondri, roptrilər və digər elementlər vardır. Sahibin yoluxması sistanın qəbul olunması anından başlayır. Bağırsaqda oosistadan və spordan sporozoitlər çıxır və bağırsağın epiteli hüceyrələrinə daxil olur və yeni inkişaf tsiklinə başlayır.
Hetera
Hetera (yun. ἑταίρα — rəfiqə) — Qədim Yunanıstanda sərbəst həyat tərzi sürən, və ya fahişə. İlk əvvəllər kənizlər arasından, sonra isə həm də azad qadınlardan olurdu Məşhur heteralar həm də yaxşı təhsilli idilər. Əvvəlcə bu termin Qədim Yunanıstana aid edilirdi, daha sonra isə digər mədəniyyətlərə də ümumiləşdirildi. == Qədim Yunanıstan heteraları == E. ə. VII əsrdə Yunanıstanda Yaponiyadakı geyşalara bənzər qadınlar mövcud idi, onlar təkcə seksual xidmət göstərməklə kifayətlənmirdilər, həm də onlarla intellektual söhbət aparmaq olurdu. Heteralar yaxşı təhsilli və ağıllı qadınlar idi, onlar öz dövrünün tanınmış xadimləri ilə yaxınlıq edirdilər. Heteralar fahişələrlə “pornayi” səhv salınmamalıdır. Onların sosial statusu yüksək idi. Heteralar kişiləri əyləndirir, həmdərd olur və onların biliklərini zənginləşdiridi.
Imeria
Imeria (lat. Imeria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Imeria memorabilis (Maguire & Wurdack) R.M.King & H.Rob.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Stevia
Stevia (Şəkər Otu) – rebaudiana bitkisinin yarpaqlarından əldə edilən bir dadverici və şəkər əvəzləyicisidir. Stevianın birləşmələri – şəkərə nisbətən 150 dəfə çox şirinliyə və sabit pH-a malik olan, istiyədavamlı və fermentləşdirilməyən steviol glikozidlərdir (əsasən steviosid və rebaudiosid). Stevianın qida və pəhriz əlavəsi kimi hüquqi statusu müxtəlif ölkələrdə müxtəlifdir. Amerika Birləşmiş Ştatlarında yüksək saflığa malik (təmiz) stevia glikozidi ümumiyyətlə təhlükəsiz olaraq tanınır və qida məhsullarının tərkibində istifadə olunmasına icazə verilir, lakin stevia yarpağı və xam ekstraktın qidalarda istifadəsi üzrə Ərzaq və Dərman İdarəsi tərəfindən razılıq yoxdur. Avropa Birliyi 2011-ci ildə Stevia əlavəsini təsdiqlədi və Yaponiyada stevia illərdir dadverici olaraq yayılmış bir şəkildə istifadə olunur. Stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu “Ka'a He'ê” (Şəkər Otu) adlandırırlar . Yarpaqları Braziliya və Paraqvayda yüz illər boyunca ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün “şirin müalicə” kimi istifadə edilir. Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500-1556) şərəfinə olaraq stevia adlandırılmışdır. == Tarixi == Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunmuşdur . Lakin araşdırmalar məhdud aparılıb,sonradan 1931-ci ildə iki fransız kimyaçısı Steviaya şirin dad verən glikozidləri bitkinin tərkibindən kimyəvi maddə kimi izolə edib ayıra bilmişlər .
Theria
Vəhşi heyvanlar (lat. Theria) — məməlilər sinfinə aid yarımsinif. Müasir diri bala doğan məməliləri özündə cəmləşdirir. Belə ki, yarımsinfə aid olan nümayəndələr yumurta qoymadan bala doğmaqla çoxalırlar. Plasentalılar və kisəlilər bu yarımsinfi təşkil edirlər. Xarici qulağa və topuğa malikdirlər.
Eimeria
Eimeria (lat. Eimeriina) — sporlular və ya apikompleksa lat. Apicomplexa tipinə aid olan yarımdəstəsidir. == Xarakterik əlamətləri == Bu yarımdəstə başlıca olaraq onurğalı heyvanların parazitlərini əhatə edir. Onurğasız heyvanlarda da bəzi növləri parazitlik edir. Demək olar ki, bütün eymeriinalar sahibi dəyişmədən inkişaf edirlər. Ancaq bəzi nümayəndələr üçün iki onurğasız sahibi Aggregata, yaxud onurğalını onurğasıza Lankestrella Schellackia dəyişmək xarakterikdir. Eimeriina yarımdəstəsi 10 fəsilənin nümayəndələrini birləşdirir. Azərbaycanda 5 fəsilənin nümayəndələri tapılmışdır.
Egleria
Bataqlıca (lat. Eleocharis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Keria
Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır. == Həyatı == Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur. == Karyerası == Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.
Eenia
Anisopappus (lat. Anisopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Leria
Chaptalia (lat. Chaptalia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Thyrsanthema Neck. ex Kuntze === Heterotipik sinonimləri === Leria DC. Lieberkuhna Cass. Loxodon Cass. Oxydon Less. Sabbata Vell.
Aberia caffra
Dovyalis caffra (lat. Dovyalis caffra) — dovyalis cinsinə aid bitki növü. == Arealı == Dovyalis caffra növü Afrika üçün endemik növdür. == Sinonim == Aberia caffra Hook.f. & Harv. Dovyalis caffra (Hook. f. & Harv.) Warb. == İstinadlar == Dovyalis caffra:''The Plant List saytında takson barədə məlumat.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Aceria macrochela
Aceria macrochela (lat. Aceria macrochela) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin eriophyidae fəsiləsinin aceria cinsinə aid heyvan növü. Bostanlarda tərəvəz bitkiləri, otlardansa yonca olan hər yerdə rast gəlir. Yarpaqların səthində kisəyə bənzər fırlar əmələ gətirir. Fırların sayı o qədər də çox olmur. Müəyyən müddətdən sonra tədricən artaraq, 50-60-a çatır. Rəngləri qırmızımtıl və ya sarımtıl olur. == Azərbaycanda rast gəlinməsi == Azərbaycanda Ağstafa rayonunun Köçəsgər, Aşağı Kəsəmən, Həsənsu, Qaçaq Kərəm kəndlərində və Səməd Vurğun qəsəbəsində əkilmiş bostan – tərəvəz bitkiləri üzərində rast gəlinmişdir.