Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceci Chuh
Ceci Schmitz-Chuh (1991, Almaniya Federativ Respublikası) — Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre Vrienden/Ferne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Märchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin & Illy still alive 2014: Umsonst 2014: Von Mädchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin Ceci Chuh — IMDb sayfası.
Ehud Barak
Ehud Barak (12 fevral 1942[…]) — İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzzə zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir. Ehud Barak (Bruq) 1942-ci il fevral ayının 12-də Fələstin mandatlığındakı Mişmar Haşaronda anadan olub. Atası İsrael Litvanın Panevejis şəhərindəndir. Anası Ester isə Polşanın paytaxtı Varşavadandır. 1959-cu ildə sıravi desant kimi İsrail ordusunun sıralarına qoşulan Ehud həmin il soyadı Bruqu Barak kimi dəyişir. 1964-cü ildə Fransada xüsusi təyinatlılar komandiri kursunu bitirdikdən sonra İsrailin və ABŞ-nin hərbi akademiyalarında təhsilini davam etdirir. 1967 və 1973-cü il müharibələrində, habelə Livana qarşı hərbi əməliyyatlarda iştirak edir. Ehud 1968-ci ildə Qüdsdəki Hibryu Universitetinin Fizika və Riyaziyyat fakültəsindən məzun olur. 1978-ci ildə isə Kaliforniyanın Stanford Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə magistratura pilləsi üzrə təhsilini başa vurur.
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Dəhük
Dəhük — İraqın Dəhuk mühafəzəsində şəhər. Əhalisi 300,000-dir. Dəclə çayı üzərində yerləşir.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
Rhus
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Əhel
Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
YHVH
Tetraqrammaton və ya tetraqramma (yun. τετραγράμματον, от τετρα — «четыре» и γράμμα — «буква») yəhudi dini və kabbalistik ənənələrində digər tanrı titullarından fərqli olaraq, tanrının öz adı sayılan dörd hərfdən ibarət söz. Tetraqrammaton aşağıdakı dörd hərflə yazılır: Şablon:Dil-he2 (yud), Şablon:Dil-he2 (hey), Şablon:Dil-he2 (vav), Şablon:Dil-he2 (hey), nəticədə ‎Şablon:Dil-he2‎ sözünü əmələ gətirir. Latın hərfləri ilə tetraqram "YHVH" kimi transkripsiya edilir. Bu adın "olmaq", "mövcud olmaq" və ya "olmağa səbəb olmaq" mənasını verən feldən yarandığına inanılır. Hər halda, adın quruluşu və etimologiyası ilə bağlı konsensus yoxdur. Buna baxmayaraq, indiki dövrdə "yahve" forması demək olar ki, hamı tərəfindən qəbul edilir, lakin "yehova" kimi edilən tələffüz hələ də geniş istifadə olunur. Vikianbarda Tetraqrammaton ilə əlaqəli mediafayllar var.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
EHİM
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi. Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.
Thud
Thud — 2017-ci ildə Ben Berkli, Kol Bolton və İlon Mask tərəfindən qurulan satirik media şirkəti idi. Şirkət satirik veb-saytları və məhsullar istehsal etmişdir. Mask maliyyə ayırmadıqdan sonra şirkət 2019-cu ilin may ayında iflas etdi. TacStorm — davamlı atəş açan silahın reklamını edən satirik veb-saytı. 6 Minute Test — onlayn şəxsiyyət testlərinin satirikası. DNA Friend — ağız şəkillərindən istifadə edərək bir adamın soyununun izini izləyə biləcəyini iddia edən evdə istifadə olunanan DNT parodiyası. Ploog — "universal orifis adapteri" reklamı edən satirik məhsul veb-saytı. 833-GET-THUD — seçimlər labirintinə səbəb olan telefon əsaslı müştəri xidməti menyularının parodiyası. Mampfen — Los-Ancelesdəki restoranlara aid satirik turist rəhbəri.
Azğan (Əhər)
Azğan (fars. اذغان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,132 nəfər yaşayır (290 ailə).
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Ağbiraz (Əhər)
Ağbiraz — İranın Şərqi Azərbaycan ostanında kənd.. Əhər şəhristanının Horand bölgəsinin Çahardangə kəndistanında, Horand qəsəbəsindən 16 km şimalda, Əhər-Kəleybar avtomobil yolunun 30 kilometrliyindədir.
Ağbulaq (Əhər)
Ağbulaq (fars. اق بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (12 ailə). Əhər şəhristanının Horand bölgəsinin Diglə kəndistanında, Horand qəsəbəsindən 26 km cənubda, Əhər-Kəleybər avtomobil yolunun 8 kilometrliyindədir.
Ağbulaqpain (Əhər)
Ağbulaqpain — İranın Şərqi Azərbaycan ostanında kənd. Əhər şəhristanının Vərzəqan bölgəsinin Üzümdil kəndistanında, Vərzəqan qəsəbəsindən 13 km şimal-şərqdədir.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Ballıqışlaq (Əhər)
Ballıqışlaq (fars. باللي قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (100 ailə).