Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Elektron qurğular
Elektron qurğular— yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır. Elektronikanının inkişafı bir istiqamət kimi tibbi elektronikanın yaranmasına da səbəb oldu. Bu sahələrdən biri optiki spektroskopiya üsulları biokimyada, kimyada, tibb elmində və s. istifadə edilməyə başladı. Spektroqrafın köməyi ilə diabetdə, miokard infarktında, böyrəklər xəstələndikdə diaqnozun qoyulması əhəmiyyətli dərəcədə yüngülləşdi. Digər mövzu isə lyumenessent analizlə əlaqədardır. Onun çevikliyi, sadəliyi və həssaslığı hesabına tibb dioqnostikaının bir sıra məsələlirini həll etmək olur. Lyumenessensiya sahəsində aparılan işlər rentgen şəkillərinin elektron-optiki gücləndiricilərinin yaradılmasında mühüm rol oynadılar. Rentgen şüalanmasını lyumenessent detektorları yarımkeçirici işıq mənbələri ilə birlikdə radioizotop diaqnostikasında – kompüter tomoqraflarında orqanizmdə ptoloji əmələgəlmələrin aşkar edilməsində uğurla tətbiq edilir. O ki, qaldı ultrasəs üsullarının diaqnostikası və terapiyasına onların istifadə diapazonu olduqca genişdir.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.
Kudsi Erguner
Kudsi Ergüner (4 fevral 1952, Diyarbəkir) — türk musiqiçisi. O, ənənəvi Mövləvi təsəvvüf musiqisinin mahir ustasıdır və Ney alətinin tanınmış ifaçılarındandır. == Bioqrafiya == Erguner 1952-ci ildə Diyarbəkirdə anadan olub. O, musiqi karyerasına 1969-cu ildə İstanbul Radiosunda başlayıb. Osmanlı musiqisinin köklərini tədqiq edib, və musiqilərində istifadə edib. Yetmişinci illərdə Ergüner Parisə köçdü və burada səksəninci illərin əvvəllərində klassik sufi musiqisinin öyrənilməsi və tədrisi ilə məşğul olan Mövlana İnstitutunu qurdu. Kudsi Erguner Ansamblı ilə birlikdə o, mədəniyyətinin müxtəlifliyi ilə bağlı dərin anlayışlar inkişaf etdirdi. Qrup klassik Osmanlı ifa mədəniyyətinin həm orijinal, həm də indiyə qədər izlənilə bilən müasir və klassik əsərlərin hərtərəfli repertuarını dinləyiciyə çatdırır. == Albomları == Meditation on the Ney (Unesco Collection), 1978 Whirling Dervishes from Turkey, with Kemal Evren, Tugrul Inancer, Aram Kerovpyan, Muzzffereddîn Ozak, Hafiz Kemâl Ozmutlu, Mahmud Tabrîzîzade, 1981 Turkey: Art of the Ottoman Tanbur, 1989 The Mystic Flutes of Sufi: Preludes to Ceremonies of the Whirling Dervishes, with Suleyman Erguner, 1988 Cérémonie des Derviches Kadiri, 1989 Fasl Hidjaz Houmayoun, 1990 Sufi Music of Turkey, with Suleyman Erguner, Mahmoud Tabrizi Zadeh, Bruno Caillat, 1990 The Turkish Ney, with Salih Dede, Suleyman Erguner, 1990 Gazel: Classical Sufi Music of the Ottoman Empire, with Husnu Anil, Aziz Bahriyeli, Yusuf Bilgin, Mehmet Emin Bitmez, Suleyman Erguner, Hasan Esen, Fevzi Misir, Walter Quintus, Kurt Renker, 1991 Ottoman Classical Music, with Gilles Andrieux, 1992 Peshrev & Semai of Tanburi Djemil Bey, with Walter Quintus, 1994 L'Orient de L'Occident: Flamenco & Ottoman Sufi Music, with Yusuf Bilgin.
Radioverici qurğular
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Daxili qurğular (kompüter)
Kompüterin daxili qurğuları — kompüterin əsas işini təmin edən qurğulardır: Ana plata (prosessor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları); Prosessorları qurmaq üçün adapterlər; Daimi yaddaş qurğusu (Winchester, ROM); Səs platası; Qida bloku. Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs. Yaddaş qurğuları Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar: Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb. Əməli yaddaş qurğusu (Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
Ürqün (Uçalı)
Ürqün (başq. Ürqün, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 16 km, kənd sovetliyindən (Uçalı): 8 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 8 km.
Mən Muğana Vurğunam (1986)
Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.
Mən Muğana vurğunam (film, 1986)
Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.