Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir.
Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur
ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir.[1]
- Akselerometr - təcili ölçən cihaz.
- Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə
əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
- Amortizator - aperiodik rejimli sistem olub kələ-kötür yollarda avtomobilin gövdəsinin rəqsi hərəkətini söndürmək üçün tətbiq olunur.iş prinsipi işci silindirdəki porşenin sürətli rəqsi hərəkətinin böyük özzüllü yağ vasitəsilə söndürülməsinə əsaslanır.
- Antena-elektromaqnit dalğalarını qəbul etmək üçün işlədilir. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır.
- Altimetr-hündürlük ölçəndir. İş prinsipi atmosfer təzyiqinin hündürlükdən asılılığına əsaslanır.
- Açar-dövrəni qapayıb açmaq üçün işlədilir.
- Akkumulyator-sabit cərəyan mənbəyidir.İş prinsipikənar qüvvələrin təsirinə əsaslanır.
- Areometr - mayelərin sıxlığı təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır.
- Avtoklav - tibb müəssisələrində cərrahiyyə alətlərini sterilləşdirmək üçün istifadə olunur.
- Barometr (civəli barometr) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi Paskal qanununa əsaslanır.
- Batareya - sabit cərəyan mənbəyidir. İşləmə prinsipi kənar qüvvələrin təsirinə əsaslanır.
- Burulma tərəzisi - qarşılıqlı təsir qüvvələrini aşkar etmək və ölçmək üçün işlədilir.İş prinsipi Huk qanununa əsaslanır.
- Daxili yanma mühərriki - istilik mühərrikidir.Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirir.
- Barometr – aneroid - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır.
- Difraksiya qəfəsi - işığın dalğa uzunluğunu təyin etmək üçün istifadə olunur.İş prinsipi difraksiya və interferensiya hadisələrinə əsaslanır.
- Dəyişən cərəyan generatoru - dəyişən elektrik cərəyanı yaradır. Mexaniki enerjini elektrik enerjisinə çevirir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır.
- Detektor - yüksək tezlikli siqnallardan alçaq səs tezlikli siqnalları ayırır.İş prinsipi p-n keçidin (diodun) birtərəfli keçiriciliyi xüsusiyyətinə əsaslanır.
- Dozimetr - radioaktiv şüalanmanı ölçür.
- Dinamometr - qüvvəni ölçən cihaz. Yaylı dinamometrin iş prinsipi Huk qanununa əsaslanıb.
- Dilatometr - qazların istidən genişlənməsini müşahidə etmək üçündür.
- Eynək - görmə nöqsanlarını aradan qaldırır. İş prinsipi işığın sınma qanununa əsaslanır.
- Elektrometr - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır.
- Elektroskop - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır.
- Eiektrik sayğacı - elektrik cərəyanının işini vəya enerjisini ölçür.İş prinsipi cərəyanların maqnit qarşılıqlı təsirinə əsaslanır.
- Elektrik lampası - işıqlanma yaradır. İş prinsipi cərəyanın istilik və işıq şüalanması hadisəsinə əsaslanır.
- Elektrik zəngi - xəbərdarlıq etmək üçün istifadə olunur. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır.
- Elektrik mühərriki - elektrik enerjisini mexaniki enerjiyə çevirir. İş prinsipi cərəyanların maqnit qarşılıqlı təsirinə əsaslanır.
- Elektrofor maşını - mexaniki enerjini elektrik enerjisinə çevirir. İş prinsipi sürtünmə ilə cisimlərin elektriklənməsinə əsaslanır.
- Elektrik sultanı - elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsini tədqiq etmək üçün istifadə olunur. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır.
- Exolot - obyekti aşkar edir və ona qədər olan məsafəni ölçür. İş prinsipi əks-səda hadisəsinə əsaslanır.
- Elektron şüa borusu-elektron dəstələrini almaq üçün istifadə olunur.İş prinsipi termoelektron emissiyası hadisəsinə,yüklü zərrəciklərin elektrik və maqnit sahəsində meyl etməsi hadisəsinə əsaslanır.
- Epidiaskop-cismlərin ekranda böyüdülmüş və həqiqi xəyalını almaq üçün istifadə olunur.İş prinsipi linzanın böyütməsinə əsaslanır.
- Fotoaparat-fotolövhədə cismin kiçildilmiş xəyalını alır.İş prinsipi işığın sınma ,qayıtma qanunlarına və kimyəvi təsirinə əsaslanır.
- Fotorezistor və ya fotomüqavimət-zəif işıq selini qeydə alır.İş prinsipi daxili fotoelektrik effektinə əsaslanır.
- Fotoelement(yarımkeçirici) - işıq enerjisini elektrik enerjisinə çevir(cərəyan mənbəyi).İş prinsip fotoeffekt(daxili) hadisəsinə əsaslanır.
- Fotoelement - (vakuum)dövrəni avtomatik olaraq açmaq və qapamaq (rele)üçün istifadə olunur.İş prinsipi xarici fotoeffekt hadisəsinə əsaslanır.
- Fotodiod - işıq siqnalından elektrik siqnalı almaq üçün istifadə olunur.İş prinsipi fotoeffekt hadisəsinə əsaslanır.
- Generator - həm sabit, həm də dəyişən cərəyan almaq üçün qurğudur. İşləmə prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır.
- Hers vibratoru(açıq rəqs konturu) - elektromaqnit dalğaları şüalandırmaq üçün istifadə olunur.
- Hidravlik pres - qüvvədə qazanc verir.İş prinsipi Paskal qanununa əsaslanır.
- Heger sayğacı - ionlaşdırıcı şüalanmanı qeydə alır.İş prinsipi zərbə ilə ionlaşma hadisəsinə əsaslanır.
- Hiqrometr ( tük ) - nisbi rütubəti ölçən cihaz. Rütubətin təsiri ilə tükün uzunluğunun dəyişməsinə əsaslanır.
- Hiqrometr ( metal ) – şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır.
- İşıqötürən - işığı müəyyən məsafəyə ötürmək üçün istifadə olunur.İş prinsipi işığın tam daxili qayıtmasına əsaslanır.
- Kalorimetr - cisimlərin istilik tutumunu , cismin verdiyi və aldığı istilik miqdarını , maddələrin xüsusi istilik tutumunu təyin edirlər. İş prinsipi istilik proseslərində enerjinin saxlanma qanununa əsaslanır.
- Kondensator - elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlaması hadisəsinə əsaslanır.
- Kompas - Yerin maqnit induksiya vektorunun istiqamətinitəyin etmək üçün istifadə olunur. İş prinsipi maqnit qarşılıqlı təsirinə əsaslanır.
- Kütlə spektroqrafı - yüklü zərrəciklərin kütləsini və xüsusi yükünütəyin edir. İş prinsipi Lorens qüvvəsinin təsirinə əsaslanır.
- Qabarcıqlı kamera - yüklü zərrəciyi qeyd edir.İş prinsipi ifrat qızmış mayedən zərrəcik keçərkənbuxar qabarcıqlarının yaranması hadisəsinə əsaslanır.
- Qalvanik element - sabit cərəyan mənbəyidir.Kimyəvi enerjini elektrik enerjisinə çevirir.İş prinsipi kənar qüvvələrin təsirinə əsaslanır.
- Qalvanometr - kiçikmüddətli zəif cərəyanları aşkar etmək və qiymətləndirmək üçün istifadə olunur.İş prinsipi maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır.
- Qızdırıcı element—istilik verir. İş prinsipi Coul-Lens qanununa əsaslanır.
- Qoruyucu - cərəyan şiddəti yol müəyyən qiymətdən artıq olduqda əriyərək dövrəni açır.İş prinsipi Coul-Lens qanununa əsaslanır.
- Lupa - cisimlərin böyüdülmüş xəyalını verir. İş prinsipi optik qanunlara əsaslanır.
- Lazer (optik kvant generatoru) - lazer şüalarını almaq üçün işlədilir. İş prinsipi məcburi şüalanma hadisəsinə əsaslanır.
Lazerin işləməsi üçün ən azı 3 eneji səviyyəsi olmalıdır. Lazer böyük gücə malik koherent şüalanma yaradır.
Lazerlərdən metalların qaynaq edilməsində , tibdə cərrahiyyə əməliyyatlarının aparılmasında , cisimlərin həcmi xəyalını almaq, işıq lokatoru yaratmaq , atom və molekulları həyacanlandırmaq , kimyəvi reaksiyaları yaratmaq və s. işlərdə istifadə edilir.
- Manometr - qazların ( metal manometr ) və mayelərin ( mayeli manometr ) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır.
- Menzurka , ölçü silindri - maye və bərk cisimlərin həcmini ölçür. İş prinsipi Arximed qanununa əsaslanır.
- Ommetr - müqaviməti ölçən cihaz.
- Ossiloqraf - elektromaqnit rəqslərini müşahidə etmək üçün işlədilir.
- Psixrometr - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş ) termometrlərin göstərişləri fərqinə əsaslanır.
- Reostat - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır.
- Spidometr - sürəti ölçən cihaz. İş prinsipi maqnit qarşılıqlı təsirinə əsaslanır.
- Termometr - temperaturu ölçən cihaz. İşləmə prinsipi mayenin sıxlığının temperaturdan asılı olaraq dəyişməsinə əsaslanır.
- Transformator - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır.
- Tranzistor - Zəif elektromaqnit siqnallarını gücləndirir.iş prinsipi yarımkeçiricilərin elektirik keçirildiyinə əsaslanır
- Voltametr - elektrokimyəvi ekvivalenti təyin edən cihaz.
- Voltmetr - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
- Vahid Tarverdiyev, Fəxrəddin Quliyev, Fizika, Çaşıoğlu 2007