Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AVAVA
AVAVA (roman)
Ataxal
Ataxal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Zəyəm çayının sağ sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrdə Qaraboyun Ataxal adlı bir nəfər bina etmişdir. Kənddə Ataxal bulağı da var. Hazırda kənddə yaşayan nəsillərdən biri qaraboyunlu adlanır. 1930-cu illərdən başlayaraq kənddən xeyli ailə Zəyəm çayının sol sahilinə köçmüş, bir qədər aralıda Təzə Ataxal adlı yeni kənd salmışdır. Türk dillərində ata sözünün "baba", "yaşlı kişi, erkək" və s. mənaları ilə yanaşı "təyin etmək, göndərmək" mənasında işlənməsinə də təsadüf olunur. Xal/xayl sözü isə "atlı dəstəsi, süvari dəstəsi" deməkdir. Ataxal oykonimləri "atlı dəstəsi göndərilən yer" mənasını bildirir.
Avanzal
Avanzal (fr. avant-salle ön zal) iki fransız söz birləşməsindən yaranıb. Avant-ön, salle-zal, salon mənalarını verir. Əsas tamaşaçı zalından əvvəlki keçid otağı . Müasir memarlıq üslub və prinsiplərində tikilən yeni teatr binalrının əksəriyyətində avanzal olmur.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Avaxıl
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd. Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub.Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır. == Mədəniyyəti == Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Azavak
Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi. == Tarixi == Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır. Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Arava
Arava (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Laval
Laval (Mayen)
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Alavan (Sərdəşt)
Alavan (fars. علاوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (15 ailə).
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Ramdas Aqarval
Ramdas Aqarval (17 Mart 1937 – 26 Yanvar 2017) — Bharatiya Canata Partiyasını (BCP) təmsil etmiş Hindistanlı siyasətçi. Aqarval Parlamentin yuxarı palatasında Rajya Sabhada Racəstanı Hindistan Parlamentində təmsil etmək üçün haqq əldə etmişdir.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Vaal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..