Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Anno (kommuna)
Anno (fr. Annot, oks. Anòt) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 649 nəfər (15–64 yaş arasında) 448 nəfər iqtisadi cəhətdən, 201 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,0%, 1999-cu ildə 71,3%). Fəal 448 nəfərdən 411 nəfər (229 kişi və 182 qadın) işləyir, 37 nəfər işsizdir (15 kişi və 22 qadın).
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Anno Hideaki
Anno Hideaki (yap. 宮﨑 駿 Anno Hideaki, 22 may 1960) — yaponiyalı anime və kinofilmlər rejissoru. Vegetariandır. 2002-ci ildən manqaka Moyoqo Anno ilə evlidir. Onun ən məşhur əsəri Neon Genesis Evangeliondur. == Fəaliyyəti == Animator kimi ilk dəfə Super Dimensional Fortress Macross-da işə başlayıb, lakin yalnız 1984-cü ildə Küləklər vadisindən Navsikaya anime filmindən sonra məşhurlaşdı. Bundan sonra Gainax studiyasını yaradıb quruluşçu rejissor kimi ilk tammetrajlı filmi Wings of Honneamise, Gunbuster və Nadia: The Secret of Blue Water-sı çəkdi. Lakin Nadia: The Secret of Blue Water-sı çəkdikdən sonra depressiyaya düşüb az qala sui-qəsd torətmişdi. 1998-ci ildə Love & Pop, 2000-ci ildə isə Shiki-Jitsu (Ritual) filmlərini çəkdi. 2004-cü ildə Cha no aji (Çayın dadı) filmində anime rejissoru, 2006-cı ildə isə Naisu no mori: The First Contact (Qorxmuş meşə: İlk təmas) filmində öz rolunda oynayıb.
Aqno-Visambur
Aqno-Visambur (fr. Haguenau-Wissembourg) — Fransanın Qrand Est regionun rayonlarından biri. Departamenti — Aşağı Reyn . Rayon 2015-ci il yanvarın 1-də Strasbur-Kampan və Savern (rayon) rayonlarından Aqno, Visambur və bir neçə kommunalarının birləşməsi ilə formalaşmışdır.. Rayonun inzibati mərkəzi — Aqno. 2014-ci ildən bu günə kimi rayon başçısı Jan-Qi Merkandır. Subprefektura binası 1810-cu ildə inşa edilmişdir . Aqno-Visambur şimalındakı Savern və Strasburq vilayətləri ilə cənubda, şimalda Mozel departamentinin Sarqemin rayonu ilə və Almaniya ilə sərhəddir.
Aqno (şəhər)
Aqno, həmçinin Aqeno (fr. Haguenau, Hàwenau, alm. Hagenau‎ — Xaqenau və ya Qaqenau) — Fransanın şimal-şərqində yerləşən Qrand Est regionun şəhər, kommuna və suprefekturası. ,(keçmiş Elzas — Şampan — Ardenlər — Lotarinqiya), departament — Aşağı Reyn, rayon — Aqno-Visambur, kanton — Aqno. == Əhalisi == Kommunanın əhalisi 2011-ci ildə 34 619 nəfər təşkil edirdi, 2012-ci ildə — 34 406 nəfər, 2013-cü ildə — 34 419 nəfər.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Arno Danjua
Arno Danjua (fr. Arnaud Denjoy;5 yanvar 1884[…] – 21 yanvar 1974[…], Paris) — fransız riyaziyyatçısı,Fransa Elmlər Akademiyasının Prezidenti (1962) == Həyatı və təhsili == Arno Danjua 5 may 1884-cü ildə Oş,dep-t Jerdə anadan olmuşdur. Paris Ali normal məktəbi bitirmişdir. === Vəfatı === 21 fevral 1974-cü ildə Paris şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Monpelye (1909-1917), Utrexta (1917-19), Strasburq (1919-22) və Paris (1922-25) universitetlərində dərs demişdir. Paris Univeristetinin professoru olub. === Elmi fəaliyyəti === Əsas elmi işləri həqiqi və kompleks dəyişənli funksiyası nəzəriyyəsi, kvazi-analitik funksiyalar, topologiya, çoxluqların deskriptiv nəzəriyyəsinə aiddir. Analiz məsələlərinin həlli üçün həm topoloji, həm də metrik üsullardan istifadə etmişdir. İnteqral anlayışının ümumiləşdirilmələrindən biri Danjuanın adı ilə bağlıdır.
Arno Nordin
Arno Nordin (17 iyun 1998, Paris, Fransa) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Nordin Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 25 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. == Şəxsi həyatı == Nordin Fransada anadan olmuşdur. Valideynləri isə Martinika vətəndaşlarıdır.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Avto FM
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Avto idman
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Avto qəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb olur Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896 günü baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Minako Ayno
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Vano Zodelava
Vano Zodelava (gürc.
Bernar Arno
Bernar Arno, 5 mart 1949-cu ildə Rube şəhərində anadan olub, fransız sahibkar və milyarder LVMH lüks qrupunun baş direktorudur. Daşınmaz əmlakın inkişafına yönəltdiyi tikinti şirkətinin varisi, o, Fransa dövlətindən subsidiyalar alaraq ''Boussac'' qrupunu satın aldı . O, ''Christian Dior'' və ''Le Bon Marché''-ni saxladı və ''Boussac''-ın digər fəaliyyətlərindən ayrıldı. 1989-cu ildə LVMH lüks qrupunun əsas səhmdarı, sədri və baş direktoru oldu. O, LVMH-ni stratejik satın almalar yolu ilə inkişaf etdirərək qrupu lüks sənayedə dünya lideri etdi. Həmçinin Le Parisien, Radio Classique və Les Échos kimi fransız mediasının sahibkarıdır. Bernar Arno və ailəsinin sərvəti 2022-ci ildə Challenges jurnalı tərəfindən 149 milliards avro hesab eddi. 2019-cu ildən bəri Avropanın ən böyük sərvəti kimi sıralanır , o, 2022-ci ilin dekabrından Forbes milyarderlərinin dünya reytinqində birinci yeri tutur . == Şəxsi vəziyyəti == === Milli Kimliyi === Bernar Jon Etiyen Arno Rubedə, Nord departamentində 5 mart 1949-cu ildə anadan olub. Varlı ailənin uşağı , Bernard Arno burjua təhsilindən bəhrələnirdi o cümlədən - fortepiano, atçılıq və tennis öyrənirdi .
AVN Awards
AVN Awards – ABŞ-nin "AVN" (Adult Video News) jurnalı tərəfindən pornofilmlərdə qazanılmış naaliyyətlərə görə verilən mükafatdır. İlk dəfə 1984-cü ildə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində təltif edilməyə başlanmışdır. Pornoqrafik filmlər üçün bu mükafat Oskar mükafatına bənzəyir.
Qabriel Ano
Qabriel Ano — Fransanın məşhur futbolçusu, məşqçisi və jurnalisti. "France Football"ın sorğu keçirməsi ideyası Qabriel Anoya məxsusdur. O, 1955-ci ildə "köhnə dünya"nın klub birinciliyini keçirməyi bacardıqdan sonra (turnir Avropa Çempionlar Kuboku adlandırılırdı, 1993-cü ildən isə onun adı Çempionlar Liqasına dəyişdirilib) Ano həmfikirləri ilə birgə "Avropanın ən yaxşı futbolçusu" adına müsabiqənin qaydalarını hazırladı. == Həyatı == 1889-cu il noyabrın 6-da anadan olub, Berlində təhsil alıb, çox səyahət edib, ingilis və alman dillərini əla bilib, futbol oyununun tərəfdarı olub. Hələ Birinci Dünya müharibəsinə qədər Ano müdafiəçi mövqeyində Fransa yığmasında 11 oyun keçirmişdi, sonra orduya çağırıldı, 1919-cu ildə isə daha bir dəfə kapitan sarğısı ilə "üçrənglilər"in formasında meydana çıxdı, bundan sonra karyerasını başa vurmaq qərarına gələrək, özünü jurnalistikaya həsr etdi. Özü də Qabriel Ano təkcə futbolla bağlı yazılar yazmırdı. 1920-1930-cu illərdə o, "Le Mirour des Sports" qəzetində çalışanda qolf və aviasiya haqqında məqalələri ilə də tanınırdı. Öz fikirlərini birbaşa və düzgün çatdırmağı bacaran Ano buna görə həmkarları arasında böyük hörmətə malik idi. Onun barəsində bir insan kimi xəbər verən ən parlaq və məzəli hadisə İkinci Dünya müharibəsindən sonra baş verib. Reportyorluq fəaliyyətini davam etdirən Qabriel Fransa yığmasının baş məşqçisi təyin edildi.
Avto Radio (Azərbaycan)
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Hüseyn Avni Paşa
Hüseyn Avni Paşa (d. 1819 - ö. 15 iyun 1876) — Sultan Əbdüləziz və V Murad səltənətlərinin səltənətində 1 il 2 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Yılmaz Öztuna, 2.
Hüseyn Avni Qarslıoğlu
Hüseyn Avni Qarslıoğlu (15 noyabr 1956, Yozqat) — Türkiyə diplomatı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Hüseyn Avni Qarslıoğlu 15 noyabr 1956-cı ildə Yozğadda dünyaya gəlib. Ankara Cümhuriyyət Litseyi və Ankara Universitetinin siyasi bilgilər fakültəsinin beynəlxalq əlaqələr bölümünü bitirdikdən sonra 1982-ci ildə Xarici İşlər Nazirliyində işləyib. 1982-ci ildə İstihbarat və Araşdırma Dairəsində məmur olub, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı daimi təmsilçiliyində işləyib, 1998-ci ildə Oslo səfirliyində müştərək olaraq işləyib və 2001-ci ildə Batum Baş Konsuluğu vəzifəsinə qədər yüksəlib. Qarslıoğlu 2004-cü ildə mərkəzə dönüb. Evlidir və iki övladı var. Alman və ingilis dillərini bilir. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri təyin olunmuşdur.
UEFA Avro 1912
UEFA Avropa Kuboku 2012 - Qalibi – İspaniyadır. AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. == Seçmə mərhələ == Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
UEFA Avro 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.